Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                 

“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 20-11-2025, 12:10 | Çap et

Azərbaycanda yeni tikilən binalardan ev alan əksər insanların mənzil problemi aradan qalxsa da, rahat yaşayış problemi davam edir. Buna səbəb isə yeni binaları tikən şirkətlərin yaratdığı mənzil-tikinti kooperativləridir (MTK).

Azərbaycan Mənzil Məcəlləsinə əsasən binalar tikilib məskunlaşandan sonra tikinti şirkətləri onun idarə olunmasını sakinlərin yaratdığı müştərək idarəetmə qurumuna təhvil verməlidir. Mənzil Məcəlləsinin 109-cu maddəsinə görə, mənzil-tikinti kooperativləri - üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birlik formasıdır. MTK-lar daimi yox, müəyyən dövr üçün yaradılır. Belə ki, MTK-lar kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.

MTK-lar hüquqi statusuna görə istehlak kooperativi hesab olunur. Onun üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan sonra bir ay ərzində MTK-lar ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir (maddə 109.5.). Bunun üçün çoxmənzilli binadakı yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunda mülkiyyət hüququnun olması vacibdir. Binada yaşayan sahə mülkiyyətçiləri 50 faiz + 1 nəfər prinsipi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradırlar və ya öz istəklərinə uyğun olaraq binanın idarəçiliyini özəl şirkətin idarəçiliyinə verirlər. Hər bir halda bir məsələni qeyd etmək vacibdir: çoxmənzilli bina istismara veriləndən sonra MTK-lar ömrünü başa vurmalı, binanın idarə edilməsi ilə bağlı qərarı bina sakinləri verməlidir.

Məcəllənin 112.1-ci maddəsinə görə, pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş MTK üzvü müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla MTK-nı tərk edə bilər. Eyni zamanda MTK üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Lakin təcrübə göstərir ki, 100 haldan 95-96-da tikinti şirkəti bunu etmir, sakinlərdən bu istiqamətdə gələn təşəbbüslərin qarşısı alınır, MTK-lar binanın idarəçiliyini əlində saxlayır. Bu qurumlar binalarda komendant vəzifəsi yaradır, mənzil sahiblərindən müxtəlif adlar altında heç bir hüquqi əsası olmayan ödənişlər tələb edirlər. Ödənişləri verməyənlərin mənzilinin qaz, su, elektrik enerjisi təminatı qanunsuz halda dayandırılır.

Son illərdə MTK-ların zibilpulu, binanın saxlanması, komendantın haqqı, dayanacaq pulu və sair adlar altında irihəcmli vəsaitləri yığaraq, binanın saxlanması üçün faktiki olaraq heç bir iş görməmələri böyük narazılıqlara səbəb olmaqdadır. Sakinlərin getdikcə artan şikayətlərində qeyd olunur ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu onlar “lifti təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik” və s. bəhanələrlə istəyirlər.

Maraqlısı da budur ki, birinci mərtəbədə yaşayan şəxslə 16-cı mərtəbədəki şəxs eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Lent.az-a dediyinə görə, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən nəzarət edilməlidir: “Bu, hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətəndaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manatdan gedir. Bu maliyyənin nəzarətdənkənar və səmərəsiz istifadəsi ölkə iqtisadiyyatına zərbədir.

Birincisi, MTK-ların “kommunal xidmət haqqı” kimi təyin etdiyi ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada həyata keçirilir. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və komendantlıq vaxtaşırı kommunal haqlarını 10-20 faiz qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından sakinlər etiraz edə bilmirlər".

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, problem çox ciddi və genişdir: “Bu, şəhərdəki ən böyük problemlərdən biridir. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə riayət olunmur, heç bir dövlət orqanı bu sahəyə nəzarət etmir. Sakinlər də əksər hallarda qanunları bilmədiklərindən səslərini çıxarmırlar. Məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, MTK binanı idarə edə bilməz. Qanunvericiliyə əsasən maksimum 1 aya binadan çəkilib getməlidir. Hətta İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən MTK-lar qanunvericilikdə nəzərdə tutulmuş bir ay ərzində ləğv edilməzsə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməzsə, bu halda vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə edilməlidir. Bu hallarda MTK-dan Baş Prokurorluğa şikayət edilə bilər.

Hazırda minə yaxın MTK var ki, hələ də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməyib, köhnə qaydada işləməkdə davam edirlər, ancaq onlar cərimə olunmur. Qanunda nəzərdə tutulan cəzalardan yayınmaq üçün və Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərini yerinə yetirmək görüntüsü yaratmaq məqsədilə guya binadan çıxıb gedirlər. Lakin bir MMC (məhdud məsuliyyətli cəmiyyət) yaradır, sakinləri də əksər hallarda aldadaraq onunla idarəedici qurum kimi müqavilə imzaladırlar. Əslində bu, MTK-ların atdığı növbəti qanun pozuntusudur. Çünki Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilir ki, idarəetmə üsulları ancaq çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən seçilə bilər. Məcəllənin 141.3-cü maddəsində qeyd edilir ki, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Yəni MTK-ların yaratdıqları MMC-lərin binanın idarəçiliyini öz üzərinə götürməsi üçün mütləq və mütləq sakinlərin ümumi yığıncağının qərarı olmalıdır. Sakinlər ümumi yığıncaq keçirmirlərsə, 6 ay ərzində bələdiyyə ümumi yığıncaq təşkil etməlidir. Bu da alınmasa, bələdiyyə binanın idarəçiliyini tenderə çıxarmalıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər 300-800 manat, hüquqi şəxslər 1000-2000 manat məbləğdə cərimə edilir. Bu cərimə mexanizmi də işləmir. Nümunələr göstərir ki, MTK-lar nəinki MMMC-yə (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) çevrilməyə maraq göstərmir, hətta bu istiqamətdə təşəbbüs göstərən mülkiyyətçiyə müxtəlif süni maneələr törədirlər.

Şəxsən mənim yaşadığım binada biz məhkəmə iddiası qaldıraraq, MMMC yaradılmasına nail olmuşuq, son vaxtlar belə qərarlar artır".

Ekspertin dediyinə görə, bina sakinlərinin ümumi yığıncağının keçirilməsinə bir sıra amillər mane olur: “Binadan ev alan şəxslərin bir xeyli hissəsi özü orada yaşamır. Yaxud kimlərinsə marağı olmur binanın idarəçiliyində iştirak etməyə. Belə-belə səbəblərdən ümumi yığıncaq keçirmək çox çətindir. MTK-lar da bundan istifadə edərək özlərini idarəçi kimi sırıyırlar. Bəzən saxta protokollarla ümumi yığıncaq keçirilməsi də qeyd olunur. Bəzi hallarda bir binaya qanunsuz olaraq iki idarəedici təyin olunur. Bunun da səbəbi odur ki, 200 min manatdan artıq yığım olduqda MMC ƏDV ödəyicisinə çevrilir. Vergini ödəməmək üçün bir binaya iki idarəedici təyin edirlər. Halbuki qanunla bu, qadağandır. Qanunvericiliyə əsasən bu prosesə nəzarət İqtisadiyyat Nazirliyindədir. Lakin ora müraciət etdikdə məhkəməyə üz tutmağı məsləhət görürlər. Nə yerli icra hakimiyyətləri, nə bələdiyyələr bu işlərə qarışmırlar. Ona görə də tikinti şirkətlərinin MMC-ləri istədiklərini edə bilirlər. Onlar binanı idarəçiliklərində saxlayıb bundan pul qazanırlar. Göstərdikləri xidmətin səviyyəsi də yığdıqları pula uyğun gəlmir. Digər maddi qazancı binadakı müəyyən üçüncü şirkətlərin xidmətlərində inhisarın yaradılmasıdır. Onlar binaya hansı provayderin buraxılmasını belə özləri özləri seçir. Həmin kabel televiziyasından da, provayderdən də aylıq rüşvət alır. Sakinlər internetdən narazıdırsa, başqa şirkətdən kabel çəkdirə bilmirlər”.

Hüquqşünas da hesab edir ki, hazırkı şəraitdə yeganə yol sakinlərin özlərinin fəallaşmasıdır: “Sakinlər birləşərək idarəetməni öz əllərinə almalıdılar. Məhkəmə yolu ilə bunu etmək ən rahat yoldur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru