"Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                 

Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Tarix: 20-11-2025, 09:53 | Çap et

"Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, həmçinin TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunu olduqca cəlbedici logistik mərkəzə çevirəcək". Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata açıqlamasında deyib. O, Gürcüstanın dövlət başçısı ilə görüşdə regional məsələlərin, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh bəyannaməsinin reallaşdırılmasının müzakirə olunduğunu bildirib.

Erməni politoloq Aleksandr İskəndəryan da deyib ki, Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün iştirakçılarının maraqlarının uzlaşdırılması asan deyil, amma bu, mümkün olmadığı anlamına gəlmir. Sadəcə, bu proses çox ciddi və həssas iş tələb edir. Ekspert İrəvanın təklif etdiyi “Sülh qovşağı” və “Tramp yolu” (yaxud Zəngəzur dəhlizi) layihələrinin perspektivlərinə toxunub: "Xüsusilə “Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır. Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Mütləq nəzərə almalıyıq ki, vəziyyət mürəkkəbdir: Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda türklər. Həmçinin, iranlılar Ermənistana yol çəkirlər, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya da Qafanda konsulluq açmaq istəyir. İndi bunlara amerikalıları da əlavə edirik, indi bütün bunların necə həll edilə biləcəyini düşünməliyik. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu, mümkünsüz deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir”. Erməni politoloq prosesin mürəkkəb və uzunmüddətli olduğunu bildirib. 

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Ermənistan ətrafında geosiyasi mübarizə hələ bitməyib. Alimin sözlərinə görə, "TRİİP" layihəsinə yanaşmada əsas istiqamətlərdən biri xarici güc vektorlarının Ermənistanla bağlı hesabları, İrəvanın siyasətinin hansı istiqamətə yönələcəyi ilə bağlıdır: "Orta Dəhlizin şaxələndirilməsi, Cənubi Qafqazda kommunikasiyalar, Azərbaycanın yüksələn rolu, yeni dünya nizamının qurulmasında ortaya çıxan parametrlər və s. hamısı birlikdə dəyərləndirilməlidir. Nəzərə alaq ki, Ermənistanın milli müstəqilliyi çox kövrəkdir və İrəvan xarici güc faktorlarından, xüsusi xidmət orqanlarından asılıdır. İrəvanın daxili siyasətini daha çox bu nüanslar dizayn edir. "TRİİP" layihəsi məsələsində ABŞ və Ermənistan arasında razılığın olduğu, daha doğrusu, müzakirələrin getdiyi deyilir. Amma bəzi detallar hələ açıq qalır. Rusiyanın bu məsələdə Ermənistan üzərində təsir mexanizmləri olacaqmı? Paşinyanın mövqeləri sabit qalacaqmı? Bu suallar cavabsızdır. Dəhliz məsələsində əsas rəqabət mühüm qlobal yola kimin nəzarət etməsi ilə bağlıdır. Əslində, tarix boyu sürən mübarizə bu gün də davam etməkdədir. ABŞ-Çin və ABŞ-Rusiya münasibətləri bu işin əsasını təşkil edir".

T.Nüsrətoğlu vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin gələcəyinin necə olacağı, Vaşinqton-Moskva danışıqlarının hansı məcraya yönələcəyi də önəmli məqamlardır: "Əgər ABŞ və Rusiya müzakirələrində müsbət nəticə olarsa, Vaşinqton və Moskva "TRİİP" layihəsində də razılıq əldə edə bilər. Yəni Ermənistanı geosiyasi mübarizə məkanına çevirmək əvəzinə əməkdaşlıq məkanına çevirə bilərlər. Dəhlizin işlədilməsi, təhlükəsizliyin təmin olunması və s. məsələlərdə razılaşma çox mühümdür. Əks təqdirdə, xarici güclərin bölgədə ən zəif halqa olan Ermənistan üzərindəki mübarizəsi davam edəcək. Onu da xüsusi vurğulayaq ki, Orta Dəhlizin əsas ölkələri türk dövlətləridir. Dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsi sadəcə 42-43 kilometrlik bir məsafəni əhatə edir. Yəni Türk dünyası və Türk Dövlətləri Təşkilatının təhlükəsizlik qarantiyası olmadan, xüsusən Azərbaycansız Orta Dəhlizin işləməsi mümkünsüzdür. Türk dövlətləri hərbi gücü ilə də ön plana çıxır. Yenə deyirəm, burada mübarizə məkanı Ermənistandır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru