"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                 

Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? - NƏ BAŞ VERİR?
Tarix: 19-11-2025, 09:22 | Çap et

Rusiya qoşunlarının Kiyevə növbəti zərbələri nəticəsində Azərbaycan səfirliyinin binasına da zərər dəyməsi Bakı və Moskva arasında gərginlik yaradıb. Hadisədən sonra Azərbaycan Rusiyanın səfiri Mixail Yevdokimova nota verib. Kremlə yaxın Rusiya mediası isə bu hadisəni Azərbaycana yeni hücum fürsəti bilib.

Məsələn, “Moskovskiy komsomelts” Azərbaycanın səfirlik səviyyəsində Rusiyaya etirazına nədənsə barəsində ev dustaqlığı qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi yada salmaqla “cavab verib”.

Məqalədə bildirilir ki, iki ölkə lideri arasında Düşənbədəki danışıqlardan sonra Bakı Rusiyaya qarşı mövqe alıb. “Düşənbə görüşündən az sonra Azərbaycanda siyasi sensasiya yaranıb. Əsrin dörddə birindən artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyev dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham olunub. 87 yaşlı siyasi ağsaqqalın Kremlin maraqları naminə Bakıda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilir”. Nəşr Azərbaycanda Ramiz Mehdiyev xəyanətinin Rusiya tərəfindən ifşa edildiyi haqda rəyləri də yada salıb.

Bundan əvvəl də “Kommersant” qəzetində erməni jurnalist Lusine Balasyanın imzası ilə dərc edilən məqalədə Mehdiyev “Bakının boz kardinalı” adlandırılırdı. Qəzet onu uzun illər Azərbaycan siyasətində mühüm rol oynamış, dövlət ideologiyasının formalaşmasında iştirak etmiş “nüfuzlu siyasi fiqur” kimi təqdim edib. “Kommersant” yazırdı ki, Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri “dövlətə xəyanət” maddəsidir və bu, “Rusiya xeyrinə fəaliyyət” kontekstində izah olunur.

Rusiya mediasının bir hissəsi Mehdiyevlə bağlı hadisəni “Bakı ilə Moskva arasında münasibətlərdəki gərginliyin təzahürü” kimi qiymətləndirirdi. Bu məqalələrdə açıq-aşkar Mehdiyev ittiham olunan şəxs yox, “sabiq nüfuzlu dövlət xadimi” kimi göstərilirdi. Kiyevdəki səfirliklə bağlı hadisə gərginlik yaradan kimi Ramiz Mehdiyevin yenidən yada düşməsi diqqət çəkir.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Rusiyanın daxilində müəyyən qüvvələr var ki, hər zaman istəyir və çalışır ki, Moskva-Bakı münasibətləri gərgin olsun. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yazdıqlarının heç bir əsası ola bilməz. İstintaqın obyektiv araşdırmasından sonra dəqiq biləcəyik ki, bu məsələdə kimlərin iştirakı və ya hansı ölkənin rolu olub. Mətbuatda gedən mülahizələr, fikirlər, ittihamlar tam həqiqəti əks etdirə bilməz. Özü də nəzərə alsaq ki, ən ağır ittihamlardan, vətənə xəyanət, dövlət çevrilişi və s. - dən söhbət gedir. Bunu, dediyim kimi, ancaq istintaq orqanı müəyyənləşdirməlidir. İstintaqın yekununu gözləyək”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın bu addımlarının bumeranq effekti verəcəyini düşünür: “Rusiyanın Kiyevə noyabrın 14-də endirdiyi hava zərbələri zamanı Azərbaycanın bu şəhərdə yerləşən Ukraynadakı səfirliyinin də hədəf alınması növbəti təxribatıdır. Bundan öncə də səfirliyi hücuma məruz qalmış, dağıntılar törədilib. Moskva bir müddət əvvəl SOCAR-ın Odessa vilayətində olan yanacaq bazası və Azərbaycan qazını Ukraynaya nəql edən stansiya hücumlarına məruz qaldı. Rusiyanın bu dəfəki səfirliyi dağıtması həm də beynəlxalq hüquq normalarına sayğısızlığının bir daha dünyaya nümayişi oldu. "Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası"na görə, diplomatik nümayəndəliklər, səfirliklər toxunulmazdır və onlar hər hansı bir təsirə məruz qala bilməzlər. Odur ki, BMT baş katibi və Belçikanın xarici işlər naziri də Moskvanın bu addımına etirazını bildirdi. Rəsmi Bakı haqlı olaraq Rusiyaya etiraz notasını verməklə, səfirliyə raket hücumunu qəbuledilməz adlandırdı. Lakin Moskva törətdiyi beynəlxalq cinayətə görə üzr istəmək əvəzinə öz ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına start verdi, ağılasığmaz iddialar səsləndirdi, məsuliyyətdən qaçmağa çalışdı. Rusiyanın Kremlə bağlı media qurumları və sifarişlər icra edən politoloqları vahid mərkəzdən düşmənçilik mövqelərini, nifrət və qərəzlərini açıq şəkildə ortaya qoydular. Bu dəfə aparılan çirkin kampaniya zamanı Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin adının hallandırılması, onun "nüfuzlu siyasi fiqur" kimi təqdim edilməsi məkrli niyyətlərdən xəbər verir. Görünür, bu hələ başlanğıcdır. Onun yenidən Rusiya tərəfindən gündəmə gətirilməsi təsadüfi deyil. Növbəti mərhələdə Ramiz Mehdiyevdən Kreml öz məqsədləri üçün istifadə edə bilər.

“Boz kardinal”ın Rusiyanın tapşırıqlarını icra etməsi, nökəri olması hər kəsə məlumdur. Rusiya Azərbaycanla yenidən gərginlik fazasına keçməyi üstün tutursa, bu, Moskva üçün böyük səhv və itki ola bilər. Kremlin məqsədləri aydındır. Təzyiqlə, güc, hədə və şantaj dilində danışmaqla Azərbaycanı haqlı və ədalətli mövqeyindən çəkindirməkdir. Ukrayna ilə əlaqələrinə mane olmaqdır, həmçinin Bakının Moskvanın ənənəvi nüfuz zonaları hesab etdiyi Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirini artırması və möhkəmləndirməsidir. Kremldəkilər bir həqiqəti anlamaq istəmirlər ki, Azərbaycanla dostluq münasibətlərindən daha çox faydalana bilərlər. Eyni zamanda Azərbaycan güclü dövlət olduğundan hansısa “nüfuzlu siyasi fiqur”dan istifadə etməklə nəyəsə nail ola bilməzlər. Həmin “fiqurlar” və onun çevrəsi zamanında ifşa olunub tam zərərsizləşdirilməkdədir. Rusiyanın Azərbaycandakı “5-ci kolon”u son dövrlər ciddi surətdə zəiflədilib. Kremlin zamanında daxili faktorlardan bəhrələnmək planları demək olar ki, iflasa uğradılıb. Azərbaycanın Ukrayna ilə enerji əməkdaşlığını, diplomatik nümayəndəliyini, mədəniyyət bağlarını hədəf seçməklə Kreml istəyinə çata bilməyəcək. Bu addımlar bumeranq effekti verərək Rusiyanın əleyhinə işləyəcək".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru