Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                 

Təyyarəmizi vurdular... səfirliyimizi bombaladılar... - İNDİ DƏ...
Tarix: 18-11-2025, 08:46 | Çap et

Kiyevin raket zərbəsinə məruz qalması nəticəsində Ukraynadakı səfirliyimizə ziyan dəyməsinə Bakının haqlı reaksiyası Rusiyanın bir sıra media orqanları və ekspertləri tərəfindən yenə də yersiz qərəzlə qarşılanıb. Guya günahkar Ukraynanın hava hücumundan müdafiə sistemidir, Azərbaycan isə hadisəyə qədərindən artıq sərt reaksiya verib.

Qeyd edək ki, rəsmi Bakı verdiyi etiraz notasında iki dəfə səfirliyə hücumun, Xarkovda Fəxri Konsulluğa zərbənin, Odessada enerji obyektimizə hücumun artıq məqsədli şəkildə edildiyi haqda suallar yaratdığını elan edib. Duma üzvü Aleksey Çepa isə hücumun səfirliyi vurmaq məqsədi daşımadığını bildirib. TASS agentliyi isə yazıb ki, guya ABŞ-nin “Patriot” sistemi səfirliyi hədəf alıb. Yəni günahı ABŞ-nin üzərinə atır.

Öz növbəsində rusiyalı politoloq Nikolay Silayev bir az da qabağa gedərək iddia edib ki, səfirliyin yaxınlığında raket bazası yerləşir. “Xatırladığım qədər Azərbaycan səfirliyi əvvəllər heç vaxt zərbə almayıb (?! - red.). Yaxınlıqda raket zavodu var. Bəs indi bununla bağlı nə etməliyik? Azərbaycan səfirliyində heç kimin zərər görməməsi yaxşıdır. Bizimkilər buna görə əlbəttə ki, üzr istəyəcəklər. Yaxınlıqda hərbi obyektin olmasına görə kim günahkardı?” , - politoloq qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı Azərbaycan səfirliyinin Moskva ilə Bakı arasında yeni gərginlik mərhələsinə səbəb olub-olmayacağı Bakıdan asılı olacaq: “Yayda Moskva ilə Bakı arasında gərginlik Azərbaycan rəhbərliyinin qərarı olduğu kimi, indi də elə olacaq. Əgər onlar belə bir gərginlikdə maraqlıdırlarsa, bu, baş verəcək. Rusiya qəsdən səfirliyi hədəfə alan ölkəyə oxşayırmı?”

Göründüyü kimi, Rusiya tərəfi yenə özündə günah axtarmağa tələsmir. Məsələ həm də ondadır ki, bu ilk belə hal deyil - hansı ki, Rusiyaya təqdim edilən notada da vurğulanıb. Bütün hallarda 1 nömrəli günahkar əlbəttə ki, suveren bir dövlətə qarşı 4 ildir işğalçı müharibə aparan Rusiya sayılmalıdır.

Rusiya bizdən nə istəyir? Düşənbə görüşü ilə problemlər həllini tapmadımı?

Səfirlik yaxınlığında raket bazası iddiası doğrumu? Elədirsə, baza sonradan tikilib, yoxsa?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə başlayandan indiyə qədər Azərbaycana məxsus müxtəlif obyektlərə Rusiyanın zərbələr endirməsi ilk dəfə deyil: “Bilirsiniz ki, bir müddət öncə Odessada SOCAR-ın obyektinə zərbə endirilmişdi. Mən əminəm ki, bu zərbələri Rusiya ordusu bilərəkdən endirir. Bu, əslində cinayətdir və bir sıra beynəlxalq konvensiyaların Rusiya tərəfindən pozulmasıdır. Azərbaycanın Kiyevdəki səfirliyində olmuşam. Ətrafda yaşayış massivi yerləşir. Səfirliyimizin yerləşdiyi istiqamətdə heç bir zavodun və raket bazasının olmadığına əminəm. Rusiya mediası və bəzi rus siyasi ekspertlər açıq-aşkar yalan yazırlar və bununla Rusiyanın törətdiyi cinayət hərəkətinin üstünü örtməyə, həmçinin özlərinə haqq qazandırmağa çalışırlar. Azərbaycan səfirliyinə yaxın ərazidə rusların dediyi obyektlər yoxdur”.

Polkovnik qeyd etdi ki, səfirliyimizə qarşı məlum hadisə Rusiyanın hələ də Azərbaycana münasibətində xoflu yanaşmanın olduğunu göstərdi: “Düşənbə görüşü uzun müddət sonra reallaşmış müsbət hadisə olsa da, belə görünür ki, heç də hər şey o görüşdə həllini tapmayıb. Bunun da günahkarı yenə Rusiya tərəfidir. Rusiyadakı bir sıra dairələr Azərbaycandan əl çəkmirlər, hər fürsətdə Azərbaycana qarşı nə isə etməyə çalışırlar. Kiyevdəki səfirliyimizin yaxınlığına raket zərbəsi endirilməsində məqsəd həm də elə məhz səfirliyə ziyan vurulması olub. Bununla öz aləmlərində Azərbaycana təzyiq edirlər. O raket təadüfən həmin nöqtəyə düşməyib. Bəzi rus ekspertlər o dərəcədə absurda varırlar az qala deyəcəklər ki, raketi Ukrayna ordusu atıb. Yaşayış binalarına, uşaq bağçalarına raket zərbəsi endirən bir dövlətin ordusundan da, siyasi, hərbi ekspertlərindən də hər cür absurd gözləniləndir. Müharibə qanunlarına məhəl qoymurlar, bütün humanitar normaları pozurlar və faktiki olaraq dörd ilə yaxındır müharibə cinayəti həyata keçirirlər. Utanıb-çəkinmədən də başqalarını günahlandırırlar”.

R.Məhərrəmov hesab edir ki, Rusiyanın gələcəkdə Azərbaycanın Ukrayna ərazisində olan diplomatik nümayəndəliklərinə, digər obyektlərinə zərbələr endirəcəyi istisna deyil: “Belə görünür ki, onlardan hər cür qanun-qayda gözləməyən hərəkət gözləniləndir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru