Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Tarix: 9-11-2025, 18:03 | Çap et

9 noyabr 1918-ci ildə Azərbaycan hökuməti üçrəngli bayrağımızı rəsmi şəkildə qəbul etdi. Cümhuriyyət illərində bayrağımız hər zaman yüksəldildi, işğaldan sonra isə mühacirətdə qorundu, gələcək nəsillərə ötürüldü. 1988-1989-cu illərdə isə SSRİ-nin çöküşü ilə 70 illik qadağadan sonra bayrağımız imperiyaya qarşı olan etirazlarda yenidən ucaldılmağa başlandı. Dövrün fotoşəkillərindən görürük ki, Meydanın bəzi hissələrində Sovet Azərbaycanının bayrağı, bəzi yerlərində isə evlərdə tikilmiş üçrəngli bayrağımız dalğalanmaqdadır. Bu bayraqlar Meydana necə gəlmişdi? O dövrdə bayraqları kimlər tikirdi? Bu barədə bir-birindən maraqlı xatirələr, iddialar, faktlar vardır.

Mühacirətdəki Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərlinin mərhum diplomat, tarixçi Ramiz Abutalıbova yazdığı məktublardan görürük ki, o dövrdə Ankaradan Bakıya xeyli bayraq göndərilib. Eləcə də başda Gültəkin Ana olmaqla bir neçə qadın evlərində bayraq hazırlayıblar.

“Bayrağı Meydana Salman Hüseynov gətirmişdi”

Hərəkatçılardan Hatəmi Tantəkin “Acı həqiqətlər” adlı xatirələrində Meydana ilk bayrağın gətirilməsi ilə bağlı yazıb: “Bayrağı meydana 19 noyabrda günortadan sonra Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Salman Hüseynov gətirmişdi”.

Bayraqdar ləqəbi ilə tanınan Elman Türkoğlu isə müsahibəsində başqa adlar çəkib: “İlk dəfə üçrəngli bayrağı 19 noyabr 1988-ci ildə Azadlıq meydanında qaldırmışıq – Bəxtiyar Tuncay, Tofiq Türkel, qızılbaş Eldar İbrahim, Məmməd Əlizadə və b. ilə birgə… Mənə bayrağı Məmməd Əlizadə verdi. Həmin Noyabr mitinqlərindən birində Dədə Bəxtiyar (Bəxtiyar Vahabzadə) tribunadan dedi ki, ey türk oğlu, endir o bayrağı – endirdim. Yenidən hayqırdı ki, qaldır o bayrağı – qaldırdım. Rəsulzadənin sözlərini xatırlatdı: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Dedi heç vaxt endirmə o bayrağı…”

Hərəkatçılardan Bəxtiyar Tuncay bildirib ki, 1988-ci ildə Meydana ilk bayrağı Lerikdən Tofiq adlı birisi (“Ulduz” metrosunda fəhlə işləyirdi) qaldırsa da, lakin bayraqda aypara düz verilməmişdi, tərsinə təsvir olunmuşdu. Onun dediklərinə görə, üçrəngli bayrağın şəklini Türkiyədə çıxmış “Azerbaycan” jurnalında görüblər və anası parçaları tikmiş, bacısı isə ayparanı hazırlamışdı. Sonra isə həmin bayrağı mitinqlərə aparmışdılar. Bu hadisəyə görə ona cinayət işi də açılmışdı.

Mərhum professor Nəsiman Yaqublu ilk bayrağı hazırlayanlar haqqında bioqrafik bilgilər təqdim edib: “Bəxtiyar Tuncayın anası - Şahverdiyeva Sura Səfər qızı 1939-cu ilin oktyabrın 1-də Bakı şəhərində anadan olub. 2012-ci ilin fevralın 16-da rəhmətə gedib. Bakıda Neft-Kimya Prosesləri İnstitutunun zavodunda “operator” vəzifəsində işləyib. İlk milli bayrağımızın rəngli çap formasını oğlu Bəxtiyar Tuncay evə gətirib onlara vermiş və mitinqə aparmaq üçün hazırlamağı tapşırmışdı. Sura xanım həmin bayrağı üç rəngli parçadan (göy, qırmızı, yaşıl) hazırlamış, ağ ayparanı isə qızı Arzu parçanın üzərinə toxumuşdur. Şahverdiyeva Arzu Adil qızı - Sura xanımın qızı, Bəxtiyar Tuncayın bacısıdır. 1970-ci ilin fevralın 2-də Bakıda anadan olub. 1992-ci ildən 2015-ci ilə qədər DİN QBİ-də Dayaq Rabitə Qovşağında “Rabitə Anbar” rəisi vəzifəsində işləyib. Hazırda təqaüdçüdür”.

“Meydana çatanda Elşad bəy də ona köməklik göstərib”

N. Yaqublu meydana bayraqları ilk dəfə gətirənlər haqqında isə bunları yazıb: “Üçrəngli bayrağı ilk dəfə meydana 1988-ci ilin 19 noyabrında Bədən Tərbiyəsi İnstitutunun tələbələri –Salman Hüseynov, Elşad Ziyadov gətirmişdilər… Salman Hüseynov əvvəlcə kağız parça üzərində bayrağın təsvirini çəkib və 19 noyabrda meydana gətirib. Sadəcə mavi rəngi daha çox tünd olaraq çəkib. Onu bayrağa görə təqib ediblər. 20 noyabrda isə Salman bəy bayrağı parça üzərində hazırlayıb. S. Hüseynov bildirir ki, bayraq haqqında ilk məlumatı M. Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından öyrənib. Ona əsasən də bayrağı hazırlayıb meydana gətirib. Meydana çatanda Elşad bəy də ona köməklik göstərib. Salman Hüseynov 1970-ci ildə Bakıda anadan olub. 1987-1991-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1992-ci ildə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib – Şuşada, Ağdamda, Ağdərədə olub. Sonra bir müddət ixtisası üzrə çalışıb, müəllimlik edib. Mühafizə sistemində çalışıb. 1989-cu ilin noyabrın 17-də Meydan hərəkatının bir illik yubileyi ilə bağlı keçirilən mitinqdə isə üçrəngli bayrağın dalğalandırılması Sakit Həsənova tapşırıldı. S. Həsənov 1988-ci ilin noyabrın 17-də Azərbaycan sovet bayrağını ilk dəfə tribunada dayanıb dalğalandırmışdı… Sakit Həsənli 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1986-1990-cı illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil alıb… 1990-cı ildə könüllü olaraq tələbə dostları ilə Qarabağın döyüş bölgələrinə gedib. Döyüşlərdə on bir ermənini əsir götürüb. S. Həsənli sonradan orta məktəbdə müəllimlik edib”.

Bayraqla simvollaşan Gültəkin Ana isə müsahibəsində o dövrü belə xatırlayırdı: “1989-cu ilin mitinqlərində meydana qonaqlar da gəlirdi. Bir dəfə bir neçə bayraq tikdim, belə bir məktubla tribunaya ötürdüm: “Əbülfəz bəy, mən varlı deyiləm, bu bayraqları öz istəyimlə tikirəm. Xahiş edirəm qonaqlara paylayın”. Bir ara ipəklər qıt düşmüşdü. Heç yerdən yaşıl rəng ipək tapa bilmirdim. Rəfiqəm qızı üçün yaşıl rəngli cehizlik balınc üzü tutmuşdu. Başqa rəngli balınc üzləri alıb verdim, yaşılı götürdüm”.

“Bu bayraqdan sonra küçə sanki təlatümə gəldi”

Hərəkatçılardan Yaşar Türkazər isə “Azərbaycan” qəzetində yazdığı geniş xatirəsində bayrağı ilk dəfə özünün qaldırdığını bildirib: “88-ci ilin noyabr-dekabr nümayişində cavan bir oğlan əlində kağıza çəkilmiş bir bayraq gəzdirirdi. Heç kəs onun nə olduğunu başa düşmürdü. Hətta ona təpinən də oldu: “Nə Təbriz, Təbriz, qoy hələ bu dərdimizi həll edək”. Gənc onun Təbriz yox, Azərbaycan Demokratik Respublikasının - Müsavatın bayrağı olduğunu dedi. Bu fikir məni tutdu. Amma oxumağa, öyrənməyə bir mənbə tapa bilmədim. Sonralar bioloq Teymur Əliyevin dediyinə görə kağız bayrağı gəzdirən oğlan universitetin hüquq fakültəsinin tələbəsi Türkel Süleymanov imiş. Fəlsəfə elmləri doktoru A. Şükürov Akademiyadan mənim üçün ADR-ə aid heç bir məlumat gətirə bilmədi. Amma bayrağı yadımda saxlamağa çalışdım. Eskizini verib rəssam Nizami Əsədova bir neçə nüsxə çəkdirdim. Nizami İncəsənət İnstitutunun yataqxanasının divarına da çəkdi.
28 may yaxınlaşırdı. Respublika mətbuatı isə susurdu. Mən poliklinikamızın təsərrüfat müdiri Məmməd İsfəndiyarova dedim ki, mənə Azərbaycan SSR-nin bir bayrağını gətir, milli bayrağımızı düzəldib Qız qalasının üstünə taxacağam. Şəhəri axtarıb mərkəzi univermaqdan yaşıl parça aldım, evdə tikmədilər. Ağlaşma düşdü. İndi konservatoriyanın prorektoru olan Gülnaz Abdullazadədən xahiş etdim. Gülnaz xanım bayrağı geri qaytaranda özünə xas səmimiliklə dedi: “Doktor, anam böyük məmnuniyyətlə tikdi”. Sonra A. Şükürovgildə bayrağın simvollarını çəkdim və iri bir ağaca bağladım. Ağayar mənə dedi ki, yaxşı, bu işin nə effekti olacaq? 50-ci illərdə bir ağdamlı taxıb, uzun müddət həbs ediblər. Ola bilsin, sən bayrağı taxıb yerə düşən kimi səni tutsunlar, heç bir effekti də olmasın. Dedim, yox, nə cür olursa olsun, ölsəm də taxacağam.

27 mayda “Elm” qəzeti ADR haqqında kiçik bir yazı çap etdi. 27 mayda Ağayar mənə zəng edib dedi: “X. Rza 28-ində “Çənlibel”də nəsə keçirmək istəyir”. Dedim: “Nədən danışacaq?”. Dedi: “Ya Müsavatdan, ya da Şah İsmayıldan”. Dedim: “Gələcəyəm”.

Günortaya yaxın “Azərnəşr”ə tərəf getdik. Monolitə çatanda Nizaminin heykəli tərəfdən bir qrup adamın yuxarı qalxdığını gördük. Mən tez maşına minib “Nizami” metrosunun yanında yerləşən mənzilinə getdim. Bayrağı götürüb geri qayıtdım. Avtomobili monolitin qabağında saxlayıb salondan bayrağı çıxartdım. Bayaqkı adamlar artıq XTİ ilə Akademiya arasında idi. Ağayar orada məni gözləyirdi. “Yaşarın qrupu” dediyim və sonralar “Vətən ocağı” adlandıqlarını öyrəndiyim qrupun da əlində kiçik bir bayraq var idi. Biz Ağayarla əlimizdə bayraq küçə ilə yuxarı qalxmağa başladıq. Bu bayraq çıxandan sonra küçə sanki təlatümə gəldi. Adamlar haradan belə çoxaldı, bilmədim. Bir azdan bayrağı cavanlara verdim. Nümayiş iştirakçıları MK-nın qarşısına gəldilər. Gənclər iri bayrağı dalğalandırır, küçə boyu onu öpməkdən doymayan camaat, hətta tribunada da öpürdülər...”

“28 May 1989-cu ildə Qız qalası üzərində dalğalandırılıb”

Dövrə aid bayraqlardan biri İstiqlal Muzeyində sərgilənməkdədir. Həmin bayraq 28 May 1989-cu il, saat 11:00-da Faiq Həsənov tərəfindən Qız qalası üzərində dalğalandırılıb. 1995-ci ildə Faiq Həsənov rənglərində yanlışlıq olan həmin bayrağı Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edib. Bayraq Faiq Həsənovun ideyası əsasında qaranlıq bir otaqda həyat yoldaşının qardaşı tərəfindən tikilmişdi. Muzeyin direktoru Sədi Mirseyibli həmin bayraq haqqındakı yazısında bildirib: “Bayrağın maraqlı tərəfi və onun “İstiqlala tələsən bayraq” adlandırılması da rənglərinin yerinin səhv salınmasında idi. Bayraq tikildikdən sonra ona baxış keçirilən zaman rənglərin yerinin səhv olduğu ortaya çıxır. Ancaq artıq gec idi, zaman yetişmişdi. Faiq bəy bayraqdakı yanlışlığa rəğmən, “Nə olursa-olsun, bu bayraq 28 Mayda dalğalanmalıdır”, – deyir. O zaman komendant saatı olmasına baxmayaraq, ürəyi azadlıq eşqi ilə döyünən Faiq Həsənov həyatını riskə ataraq “İstiqlala tələsən bayrağ”ı 28 May 1989-cu ildə – Cümhuriyyətin qurulmasının 71-ci ilində Qız qalası üzərində dalğalandırır. Sovet əsgəri dərhal bayrağı endirməyi tələb edir, əks halda onu vuracağını söyləyir. Artıq Faiq öz istəyinə çatmışdı... Nəhayət, altı il keçdikdən sonra – ölkəmizin müstəqillik qazanmasının dördüncü ilində Faiq Həsənov bayrağı muzeyə hədiyyə edib. 2016-cı ilin sentyabrında vəfat edən F.Həsənov müstəqil Azərbaycanı görə bildi və bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinin şahidi oldu”.

Həmin illərdə Qarabağda ilk dəfə üçrəngli bayrağı qaldıran Azərbaycanın müstəqilliyinə səs verən 43 millət vəkilindən biri - Eldar Bağırov olub. O, bayrağı ilk dəfə Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancıb.

1990-cı il mayın 28-də 70 illik fasilədən sonra ilk dəfə olaraq 28 May İstiqlal günü ilə bağlı yürüş keçirilib. Bu yürüşü Şimali Azərbaycan Azad Tələbə İttifaqı həyata keçirib. Həmin gün ASSR Elmlər Akademiyasının binasının üzərinə “1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının parlamenti bu binada yerləşmişdi” cümləsi yazılan lövhə vurulub, AXC sədri Əbülfəz Elçibəy çıxış edib. Həmin gün üçrəngli bayraq ilk Azərbaycan Parlamentinin yerləşdiyi binanın üstünə də sancılıb.
Naxçıvanda ucaldılan bayraq

Üçrəngli bayrağın rəsmiyyət qazanması ilk dəfə Naxçıvanda olub. Bu dövrdə Naxçıvanın SSRİ-dən ayrılması, ermənilərin bölgəyə hücumu kimi faktlar əhalini hərəkətə keçirib. 15 yanvar 1990-cı ildə ermənilərin Naxçıvanın Kərki kəndini işğal etməsindən sonra 19 yanvarda Naxçıvan əhalisinin təzyiqi ilə Naxçıvan Ali Sovetinin fövqəladə iclası çağırılıb. 20 yanvarda Naxçıvan Ali Soveti muxtar vilayətin ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığı, Qars müqaviləsi maddələri kobud şəkildə pozulduğu üçün özünü SSRİ-dən ayıraraq müstəqilliyini elan edib. Həmin ilin iyul ayının 20-də Azərbaycan SSR-nin keçmiş Baş katibi Heydər Əliyev Moskvadan Bakıya, iyulun 22-də isə Naxçıvana gəlib. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilib. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilib. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara alıb. Həmin gün Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib.

Dövrün iştirakçılarından, tədqiqatçı Əli Şamil Naxçıvanın SSRİ-nin tərkibindən çıxmasından və milli bayrağın qəbul edilməsindən bu şəkildə bəhs edib: “Naxçıvan Respublikası 8 gün müstəqil oldu. Bu az müddət xalqda öz gücünə inamı artırdı. İlin sonunda, noyabrın 17-də keçirilən sessiyada Naxçıvanın adına pərçimlənmiş “Sovet Sosialist” sözləri atıldı. Bir gecənin içərisində hökumət binaları üzərindəki qırmızı bayraqlar çıxarıldı, yerinə Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı sancıldı. Üç ay sonra Azərbaycan Ali Soveti bunları təkrarladı”.

1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edilib. Bununla da 1920-ci ildən sonra mühacirətdə yaşadılan ilk respublikanın bayrağı yenidən Bakıda rəsmiyyət qazanıb. Azərbaycan Respublikası Ali Soveti həmin gün bu qərarı qəbul edib: “Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağının bir çox onilliklər ərzində Azərbaycan xalqının milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu keçdiyini nəzərə alaraq, öz tarixinə, əvvəlki nəsillərin keçdiyi yola ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır: Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın; bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər”.

Nə xoşbəxtik ki, 1988-ci ildə gizli şəkildə hazırlanan üçrəngli bayrağımız bu gün suverenliyini tam şəkildə bərpa etmiş Azərbaycanın bütün bölgələrində dalğalanmaqdadır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru