Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Tarix: 9-11-2025, 07:07 | Çap et

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Azərbaycanda məşhur milyonçu Əbülfəz Babayevin 2 milyon 500 min manatını ələ keçiriblər. Pullar milyonçu qayınatadan Hollivud kinosunu xatırladan dələduzluq sxemi üzrə alınıb.

Musavat com xəbər verir ki, adi bir makler Əliyar Abbasov bir xanım tanışı və digər 5 nəfərlə birgə kinolardakı qibtə olunası fırıldaqçılar kimi, bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb.

Plan isə sadə olub – Əbülfəz Babayevi əvvəlcə Bakıda bir binanın satış hekayəsinə inandırıb. Sonra atasını ona böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı qadın Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb!

Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb – İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar.

Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb!

İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır – Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova.

Onlar Cinayət Məcəlləsinin 3 maddəsi – külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmədə ittiham olunurlar.

Prosesdə Sevinc Abbasova şahid qismində dindirilib.

Deyib ki, müttəhimlərdən Əliyar Abbasov onun həyat yoldaşı, Ümid Abbasov isə qaynıdır.

Məlum olub ki, şahid Sevinc Abbasova ilə qaynı Ümid Abbasov arasında insident yaşanıb və o, bu barədə polisə məlumat verib.

Vəkillərin bununla bağlı sualına şahidin cavabı proses iştirakçılarında təəccüb doğurub.

O, qaynı barədə polisə şikayət verməsinə zərərçəkən Əbülfəz Babayev tərəfindən təhrik edildiyini açıqlayıb.

Sevinc Abbasovanın sözlərindən bəlli olub ki, həyat yoldaşının bir-birindən bahalı maşınlar alması onda müəyyən şübhələr doğurub. Ona görə də Əbülfəz Babayevlə əlaqə saxlayıb, pulun mənbəyini öyrənməyə çalışıb.

Onun sözlərinə görə, Əbülfəz Babayevlə Sumqayıtdakı kafelərdən birində görüşüb. Görüş zamanı Əbülfəz Babayevin yanında vəkili də olub. Sonradan bilib ki, həmin şəxs vəkil deyil, müstəntiqdir. Söhbət əsnasında Əbülfəz Babayev onunla qaynı arasında insident olmasından xəbər tutub və DİN-in “102” xidmətinə şikayət etməsinə təhrik edib.

Bundan sonra Əbülfəz Babayevin vəkili şahidə mülkləri ilə bağlı suallar verib. Bu isə Əliyar Abbasovu özündən çıxarıb. O, vəkili təhqir və təhdid edib.

Hakim onun zaldan çıxarılmasına göstəriş verib.

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadədə ziddiyyətli məqamlar olub. Buna görə də prosesdə ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, Sevinc Abbasova ibtidai istintaq zamanı həyat yoldaşının əleyhinə ifadə verib. “TikTok” sosial şəbəkəsindən Əliyar Abbasovun hazırda müttəhim statusunda olan Xəyalə Hüseynova ilə münasibətdə olduğundan, onunla evləndiyindən xəbər tutub. Şahid həyat yoldaşının əvvəllər sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından biri ilə evli olduğunu da açıqlayıb.

Sevinc Abbasova məhkəmədə deyib ki, ibtidai istintaqa verdiyi ifadələri oxumadan imzalayıb, hazır sənədlərə imza atıb.

Şahidin dindirilməsi sona çatandan sonra müttəhimlər Xəyalə Hüseynova, Ümid Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərlə çıxış ediblər. Vəsatətlər təmin olunmayıb.

İş üzrə zərərçəkən Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir.

İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər. Dəstə üzvləri 2018-ci ilin yayından etibarən Əbülfəz Babayevin xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Xəyalə Hüseynova, bacısının əri Ramal Əzimov, tanışları Asiman Əzimov və Pərvin Zeynallı ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər.

Belə ki, Əliyar Abbasov makler olub. 2018-ci ilin əvvəllərində Əbülfəz Babayevlə tanış olduqdan sonra onun perspektivli əmlak almaq niyyətində olduğunu öyrənib. Həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, ARB televiziya şirkətinin ofisinin olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin satıldığını öyrənib və bu barədə Əbülfəz Babayevə məlumat verib. Binanın 3 milyon 500 min manata satıldığını deməklə ondan 100 min manat beh alıb. Bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır. Bu barədə Əliyar Abbasovdan soruşduqda sonuncu bildirib ki, ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxaracaq və onun mülkiyyətinə veriləcək.

Bir müddət sonra isə əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu deməklə Əbülfəz Babayevi alqı-satqının baş tutacağına inandırıb. 2019-cu ilin əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu “Hacı Kamal” adlı şəxsə 3 milyon 900 min manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını bildirib.

Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 min manat və gələcəkdə verilən əlavə pulun qarşılığında İstanbulda tikilən çoxmərtəbəli yaşayış kompleksindən – 1000 kvadratmetr qeyri-yaşayış və 450 kvadratmetr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini vəd edib.

Bundan başqa, həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib. Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov Əbülfəz Babayevi İstanbulda tikintinin aparılmasına inandırmaq, ondan hər hansı bir şübhə qalmaması üçün yaxın ətrafını da ona müxtəlif vəzifəli şəxslər kimi təqdim edib. Bacısının əri, əvvəllər məhkum olunmuş Ramal Əzimovun mərhum atası Hacı Kamalın şəriki olduğunu deyib. Ramal Əzimovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalı üzrə 50 faiz hissəsinin sahibi olduğunu bildirib.

Orta təhsilli, heç bir fəaliyyətlə məşğul olmayan Xəyalə Hüseynovanı isə Əbülfəz Babayevə vəkil Bahar xanım kimi təqdim etməklə onun İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib. Əlavə edib ki, Bahar xanım hüquqi məsələlərdə onlara kömək göstərir. Tanışı Asiman Əzimovu da uydurma adla – Kərbəlayi Asiman kimi Əbülfəz Babayevə Türkiyə-Azərbaycan arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər olduqlarını deyib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycandan Türkiyəyə nağd formada çatdırılması görüntüsü yaradıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən böyük pullar qoparmaq üçün çoxşaxəli addımlar atıb. Yaşadığı Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə yollanıb. Orada müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil nömrələrin vatsap proqramı üzərindən Əbülfəz Babayevə göndərib. Videolarda, fotolarda İstanbulda tikinti prosesi əks olunub. Beləliklə, Əbülfəz Babayev İstanbul şəhərində tikinti aparmaqda fayda olduğuna əmin olub. Əliyar Abbasova İstanbulda torpaq sahəsinin alınması üçün ümumilikdə 2 milyon 550 min 150 manat pul verib.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar alıb.

Həmin əmlakların siyahısı belədir:

– Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iri buynuzlu heyvan ferması,

– Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi,

– Binəqədi rayonu, 9-cu mikrarayon, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil,

– Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə hektar torpaq sahəsi,

“BMW” markalı, Az 10 ZZ 016 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, Az 10 XX 016 dövlət qeydiyyat nişanlı, “Ford” markalı, Az 41 ZZ 041 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 77 EY 777 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 99 AS 203 dövlət qeydiyyat nişanlı, Az 10-NX-016, Az 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər alıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla bacısı Arzu Əzimovaya 2 mərtəbəli yaşayış evi tikib.

Qeyd edək ki, Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisi, Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir.

Musavat com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru