Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                 

Paşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər - Görünəni odur ki...
Tarix: 10-10-2025, 06:33 | Çap et

Hazırda Ermənistan cəmiyyətində və siyasi sistemində baş verən proseslər ölkənin gələcək kursunu müəyyən edəcək həlledici mərhələyə daxil olduğunu göstərir. Siyasi qarşıdurmaların kəskinləşməsi, daxili parçalanma və xarici təsirlərin artması fonunda 2026-cı il parlament seçkiləri təkcə hakimiyyətin dəyişməsi deyil, həm də Ermənistanın geosiyasi yönünün seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu günlərdə isə ölkə daxilində gərginliyi daha da artıran yeni bir təşəbbüs gündəmə gəlib: Ermənistan parlamentində müxalifət baş nazir Nikol Paşinyanın impiçmenti üçün tələb olunan səslərin demək olar ki, hamısını toplayıb. “Şərəfim var” partiyasının lideri Hayk Mamicanyanın verdiyi məlumata görə, artıq 34 deputat impiçment təşəbbüsünə qoşulub və səsvermənin başlanması üçün cəmi iki imza çatmır. “Ermənistan” partiyasının bütün 28 üzvü də təşəbbüsə dəstək verib. Qanunvericiliyə əsasən, impiçmentin baş tutması üçün 101 nəfərlik parlamentdə 54 deputatın lehinə səs verməsi tələb olunur. Bu dinamika ölkədə siyasi proseslərin sürətlə dəyişə biləcəyinə işarədir və qarşıdakı aylarda Ermənistanı daha mürəkkəb bir siyasi mənzərə gözləyir.
 
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Ermənistan cəmiyyətində hazırda ciddi təlatüm yaşandığını bildirib: 
"Ölkədə siyasi qarşıdurma getdikcə daha da gərginləşir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri fonunda, həm hakimiyyət, həm də müxalifət düşərgəsi bu prosesə ciddi şəkildə hazırlaşır. Cəmiyyətdəki qarşıdurmanın əsas səbəblərindən biri, erməni diasporunun Rusiya və Qərb qanadları arasında yaranmış fikir ayrılığıdır. Bu qarşıdurmanın mərkəzində duran sual isə belədir: “Ermənistanın gələcək taleyi hansı qütbün təsiri altında formalaşacaq?” Tarixən Ermənistan heç vaxt tam müstəqil və suveren siyasət yürüdə bilməyib. Müxtəlif dövrlərdə böyük güclərin-istər Rusiya, istərsə də Qərb dairələrinin təsiri altında olaraq, regionda öz maraqları naminə istifadə olunan bir alətə çevrilib. Uzun illər Rusiya orbitində olan Ermənistan bu gün isə Qərbin, xüsusilə ABŞ-nin təsirinə düşüb. Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Qərbə inteqrasiya siyasəti yürütməyə çalışır və bu da ölkə daxilində parçalanmaya səbəb olur. Erməni cəmiyyətində və siyasi elitasında hazırda "Sorosçular" adlandırılan qrupun güclü təsiri hiss olunur. Bu qrup əsasən Qərb institutları ilə əlaqəli olub, dövlət strukturlarında mühüm mövqeləri tutur. Bu səbəbdən də Rusiyaya yaxın düşərgənin cəmiyyətdəki gücü zəif görünür. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi dinamika dəyişə bilər. Müxalifət Paşinyanın nüfuzuna zərbə vurmaq üçün təbliğat mexanizmlərini işə salmağa çalışır. Lakin indiki mərhələdə parlament seçkilərinin növbədənkənar keçirilməsi daha çox Paşinyanın maraqlarına cavab verir. Çünki hazırda bütün inzibati resurslar və struktur imkanlar hakim komandanın nəzarətindədir. Bu isə seçkilərin nəticələrinə təsir etmək potensialını artırır. Hakimiyyət daxilində də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər mövcuddur".
 
Ekspert qeyd edib ki, əgər Paşinyanın impiçment məsələsi gündəmə gətirilərsə və parlament bu istiqamətdə qərar qəbul edərsə, bu, seçki prosesini daha da tezləşdirə bilər:
"Lakin bütün bu daxili proseslərdən asılı olmayaraq, Ermənistan bölgədə dəyişən geosiyasi reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Azərbaycanın yaratdığı yeni reallıq-2020-ci ildən sonra formalaşan təhlükəsizlik və əməkdaşlıq şərtləri regionda əsas amilə çevrilib. Ermənistan, qonşuları ilə dinc və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyirsə, ilk növbədə konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməlidir. Əgər erməni xalqı hələ də köhnə təfəkkür tərzindən əl çəkməsə, bu, yalnız Ermənistanın təcrid olunmasına və daha ağır nəticələrlə üzləşməsinə səbəb olacaq. Qarşı tərəf bunu dərk etməli və Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru