“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                 

"Universitetlərin başı biznesə qarışıb..." – REYTİNQ SAXTAKARLIĞI AÇIQLANDI
Tarix: 9-10-2025, 12:47 | Çap et

“Universitetlərin başı şəxsi biznes qurmağa, öz dost-tanışlarını vəzifələrə gətirməyə qarışıb”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yüksək yer tuta bilməməsinin səbəblərini şərh edərkən deyib.

Ekspert bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan isə cəmi 6–7-si beynəlxalq reytinqlər istiqamətdə fəaliyyət göstərirlər. Digər universitetlər isə, təəssüf ki, yalnız “divardan və partadan” ibarətdir:

“Hər il müxtəlif beynəlxalq reytinqlər açıqlanır – məsələn, QS və “Times Higher Education” (THE). Bunların hər biri Azərbaycanın ali təhsil sisteminin beynəlxalq reytinqlərdəki mövqeyi üçün çox vacibdir.

Hər il bu reytinqlər açıqlananda görürük ki, bəzi Azərbaycan universitetləri 2000-lik siyahıya düşə bilir. Sevindirici haldır ki, İqtisad Universiteti 2000-likdə yer alıb. Amma QS reytinqində Bakı Dövlət Universiteti daha öndədir.

Bu il reytinq göstəricisində 115 ölkədən 2191 universitet iştirak edib. Təəssüf ki, bu siyahıda Azərbaycanın mövqeyi ürəkaçan səviyyədə deyil. Halbuki, ölkəmizdəki ali təhsil müəssisələrinin maliyyə imkanları və kadr potensialı daha yaxşı nəticələr göstərməyə tam imkan verir. İqtisad Universiteti və Bakı Dövlət Universiteti dünya reytinqlərində daha yüksək yerlərdə olmalıdır”.

O qeyd edib ki, müqayisə üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ermənistanın ali təhsil müəssisələrinə baxsaq fərqli mənzərə görürük:

“Məsələn, Qazaxıstanın “Nazarbayev Universiteti” eyni siyahıda 450-də, “Əl-Farabi” Universiteti isə daha yuxarı sıralarda qərarlaşıb. Özbəkistanda “Daşkənd Universiteti” 550-ci yerdədir. Gürcüstanda Tbilisi Dövlət Universiteti də bizdən daha yüksək nəticə göstərir.

Əslində, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti və Texniki Universitet kimi ali məktəblərin potensialı var ki, ilk 1000-likdə yer alsınlar. Amma bu gün universitetlərimizin əksəriyyəti texniki və təbiət elmləri, mühəndislik istiqamətləri üzrə elmi-tədqiqat işlərinə lazımi diqqət yetirmirlər.

Təəssüf ki, bəzi ali təhsil müəssisələri reytinqlərlə bağlı saxtakarlıqla məşğuldur. Onlar cəmiyyəti və bəzən də dövlət rəhbərliyini aldadırlar. Universitetlər, adətən, reytinqlərdə adlarının çəkilməsi üçün xaricdəki alimlərə pulla əməkdaş statusu verirlər. Məsələn, həmin alimlərə ayda 5-6 min dollar ödənilir ki, elmi məqalələrdə universitetin adını qeyd etsinlər. Halbuki o pula Azərbaycanda gənc alimlər yetişdirmək olar”.

Kamran Əsədov vurğulayıb ki, Azərbaycan beynəlxalq reytinqlərdə olmalı olduğu yerdən kifayət qədər geridədir:

“Minimum 5 il vaxt lazımdır ki, müsbət irəliləyiş baş versin. Lakin nəzərə alınmalı əsas məqam bizim müstəqillik dövrümüzün 33 ildən çox olmasıdır. Misal üçün 2015-ci ildən sonranı götürək: Nə etmişik? Həmin dövrdən bu günə qədər 51 universitetdən yarısı saxta və yalançı reytinqlə məşğul olub.

Azərbaycana xaricdən tələbə gəlirmi? Ərazisi Bakı şəhərinin yarısı qədər olan Sinqapurun iki universitetində xaricdən 80 min xarici tələbə təhsil alır. Azərbaycanda isə 51 universitetdə yalvar-yaxar, xahişlə, təqaüdlə cəmi 9 min xarici tələbə var. Onların da əksəriyyəti Nepal, Banqladeş, Pakistan, Əfqanıstan kimi ölkələrdən, evindən qaçan avaralar, hətta cinayətkarlardır.

Bir sözlə, bu gün Azərbaycan universitetləri daha yaxşı nəticə göstərə bilərlər. Sadəcə olaraq Elm və Təhsil Nazirliyi bu istiqamətdə iş görmür. Universitetlərin başı şəxsi biznes qurmağa, öz dost-tanışlarını vəzifələrə gətirməyə qarışıb. Belə olan halda isə vəziyyətimiz elə acınacaqlı olaraq da qalacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyin məlumatına görə, ilk dəfə Azərbaycanın 4 universiteti “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də yer alır. 1501+ diapazonunda yer alan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru