Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                 

Dünya yeni “Türk NATO”su ilə üz-üzədir - GƏLİŞMƏ
Tarix: 9-10-2025, 09:50 | Çap et

Oktyabrın 6-7-də Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. İki gün davam edən tədbir türk liderlərini bir araya gətirərək, gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynadı. "Regional sülh və təhlükəsizlik" devizi ilə keçirilən Zirvə görüşü geosiyasi gərginliklərin artdığı bir dövrdə türkdilli ölkələrin vahid mövqedən çıxış etməklə sabitlik və kollektiv təhlükəsizliyə töhfə verməsinin göstəricisi oldu. Toplantıda siyasi, iqtisadi, nəqliyyat, müdafiə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə qərarlar qəbul edildi. Xüsusilə Orta Dəhliz və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu idi. Qəbələ Zirvəsi türk birliyinin möhkəmlənməsi, TDT-nin beynəlxalq nüfuzunun artması və inteqrasiyanın yeni mərhələyə keçidi baxımından əlamətdar oldu.
Prezident İlham Əliyev Sammitdə çıxışında təşkilatın ortaq dəyərlərə əsaslanaraq siyasi, iqtisadi və hərbi gücü ilə qlobal arenada strateji mərkəzə çevrildiyini vurğuladı. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi. Ölkə rəhbərinin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq "sadəcə əməkdaşlıq platforması" olmayıb, "ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması"dır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli təkamülü əks etdirir. TDT-nin beynəlxalq nüfuzunun artması bir sıra obyektiv amillərə - daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali strukturu, nəqliyyat-logistika sahəsində böyük imkanlar və zəngin təbii resurslara əsaslanır. Azərbaycanın təşkilata 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi isə ölkənin TDT-nin institusional güclənməsinə verdiyi əhəmiyyəti göstərir. Zirvə görüşlərinin iki formatda - rəsmi və qeyri-rəsmi - keçirilməsinin ənənəyə çevrilməsi, türk diplomatiyasının çevikliyini və effektivliyini artıran mühüm yenilikdir. Eyni zamanda Azərbaycanın 2026-cı ildə TDT üzvü ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi təşkilat daxilində müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması cəhdidir. 2024-2025-ci illərdə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
 
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a deyib ki, Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diktə etdiyi zərurətdir. Siyasi şərhçinin sözlərinə görə, müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir:
"ABŞ və Avropa ilə Rusiyanın geosiyasi qarşıdurmasına Çinin qoşulması yeni qlobal və regional güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır. Yaxın Şərqdə İsrailin təcavüzkar siyasəti, İranın diplomatik fəallığının artması da nəzərə alınmalı olan məqamlardandır. Belə bir şərait Türk dünyasının bir araya gələrək vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər və birgə maraqlarını digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər".
 
Həmsöhbətimiz hesab edir ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur:
"İndiyə kimi Azərbaycan ilə Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib. Lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyır. Qəbələ sammitində isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlim keçirilməsi təklif olunur. Bu da türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətinin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər. Əlbəttə, birgə təlimlərin keçirilməsi hələ vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Lakin birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının (bəzi dairələrdə "Türk NATO"su da adlandırılır - red) yaradılması yolunda ilk addımlardan biri ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu gün türk dövlətləri içərisində hərbi cəhətdən daha çox inkişaf etmiş Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verməklə heç bir hərbi blokda təmsil olunmur. Mərkəzi Asiyanın Türk dövlətləri isə "rus NATO-su" adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvləridir. Ona görə də ümumtürk hərbi ittifaqının yaradılması nə qədər arzuedilən olsa da, yaxın perspektivdə gerçəkləşməsi çətin görünür. Bu gerçəkləşmə uzaq perspektivdə olsa da, ABŞ-ni, Avropanı, Rusiyanı, Çini, İsraili və İranı indidən qorxu bürüyüb".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru