Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                 

“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı - Camaatı BOĞAZA YIĞIBLAR...
Tarix: 9-10-2025, 09:01 | Çap et

“Ölkədə ən çox şikayət daxil olan elektronik əşyalar satan mağazalar "Kontakt Home" və “Baku Electronics”dir. Bu iki şirkətlə bağlı şikayətlərin ardı-arası kəsilmir.

“Yeni Müsvat” xəbər verir ki, bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Todaypress” TV-yə açıqlamasında bildirib. İB sədri qeyd edib ki, illərdir bu sahədə vəziyyət acınacaqlı həddədir: “Ən acınacaqlı vəziyyət ”Kontakt Home"dadır. Artıq “Baku Electronics” də ona çatmaq üzrədir. Biz şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik, amma bu iki şirkətlə mümkün olmur".

E.Hüseynov əlavə edib ki, “Music Gallery”dən əvvəllər şikayətlər yox dərəcəsində idi. Bu şəbəkəni “Kontakt Home” alandan sonra problemlər çoxalıb: “İndi artıq ”Music Gallery"dən də şikayətlər yağış kimi gəlir".

Ekspert insanları belə şirkətləri boykot etməyə çağırıb.

Göründüyü kimi, istehlakçı hüquqlarını müdafiə edən QHT rəhbəri konkret adlar çəkir. Sosial şəbəkələrdə də bu firmalardan kütləvi narazılıqları görmək olar.

Bəs vətəndaşlar nədə diqqətli olmalıdırlar?

Azərbaycanda istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericilik mövcuddur, lakin praktiki tətbiqlərdə problemlər qalır. Bu səbəbdən istehlakçılar daha diqqətli olmalı, alış-veriş zamanı bütün sənədləri (qəbz, zəmanət talonu və s.) toplamalı və onları saxlamaq vərdişinə yiyələnməlidirlər. Məhsulun istismar qaydaları, zəmanət müddəti və dəyişdirilmə şərtləri yazılı şəkildə təqdim edilməlidir. Elektronika məhsullarını alarkən onu dərhal yoxlamaq, nasazlıq halında gecikmədən rəsmi şikayət vermək vacibdir.

Ekspertlər daha geniş həll yolu kimi Azərbaycanda alternativ mübahisə həll mexanizmlərinin yaradılması, onlayn şikayət sisteminin sadələşdirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olunur. Eyni zamanda tez-tez şikayət edilən şirkətlər üçün qara siyahıların rəsmi şəkildə ictimaiyyətə təqdim olunması və bu cür şirkətlərə qarşı maliyyə sanksiyalarının tətbiqi də problemin qarşısını ala bilər.

İstehlakçılar yalnız şikayət etməklə deyil, həm də hüquqlarını bilməklə və tələbkar olmaqla daha güclü mövqe qazana bilərlər. Bazar iqtisadiyyatının sağlam inkişafı üçün ilk növbədə istehlakçının hüquqları ön planda olmalıdır.

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Vətəndaşların elektronika məhsulu alarkən diqqət etməli olduqları əsas məqamlardan biri həmin məhsula istehsalçı və ya distribütor şirkət tərəfindən rəsmi zəmanətin təqdim olunub-olunmamasıdır. Əgər zəmanət üçün əlavə ödəniş tələb edilirsə, bu məbləğ ayrıca göstərilməli və mütləq şəkildə istehlakçıya zəmanət talonu təqdim olunmalıdır. Zəmanət talonunda istehlakçı üçün mühüm olan bütün detallara - o cümlədən hansı məhsullara və hansı hallarda "qızıl zəmanət"in şamil olunduğuna dair müddəalar aydın şəkildə göstərilməlidir. Həmçinin talonda məhsulun hansı müddət ərzində və hansı şərtlərlə geri qaytarıla biləcəyi də qeyd olunmalıdır. Əgər bu məlumatlar talonda əksini tapmayıbsa, o zaman Azərbaycan qanunvericiliyinə əsasən, istehlakçı məhsuldan narazı qaldığı halda 14 gün müddətində həmin malı satıcı şirkətə geri qaytara bilər".

Vəkil qeyd edir ki, bəzən vətəndaşlar şifahi formada aldadılırlar: “Şirkət zəmanət verdiyini bildirir, lakin bu barədə məlumat yazılı şəkildə qeyd olunmur. Nəticədə, sonradan həmin öhdəlikdən imtina edilir. Buna görə də bütün zəmanət şərtləri mütləq yazılı şəkildə, bənd-bənd göstərilməli, zəmanət talonuna satıcı şirkətin möhürü vurulmalı və səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.

Əgər bu tələblər yerinə yetirilmirsə, vətəndaşlar öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman onlar həm pozulmuş hüquqlarının tanınmasını, həm də vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilərlər. Bundan əlavə, hüquqların müdafiəsi məqsədilə çəkilmiş hüquqi xərclər də qarşı tərəfdən tələb oluna bilər".

Hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Pozuntu varsa, vətəndaş danışıqla həll etməlidir, məsələ həll olunmursa, o, məhkəməyə şikayət edə bilər. Eyni zamanda istehlakçının Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət vermək hüququ var. Söhbət elə şirkətlərdən gedir ki, demək olar, bu sahədə bazar elə "Kontakt Home" və “Baku Elektroniks”in əlindədir. Biz deyək ki, gəlin bunları boykot edək. Bəs insanlar lazım olan əşyaları kimdən alsınlar? Həm də elektronika malları ən geniş alınan mallardır. Hesab edirəm ki, bu halda vətəndaşlar malı alanda keyfiyyətə fikir versinlər. Onlarla müqavilə bağlanır, zəmanət talonu verilir. Əgər problem varsa, əvvəldə qeyd etdiyim qurumlara şikayət etsinlər. Eyni zamanda məsələni ictimailəşdirsinlər ki, şirkətlər də müştəri itirəcəklərinə görə narahat olsunlar".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru