“Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                 

“Qoç Ət”dəki ət niyə dadsızdır, harada saxlanılır, mənşəyi necədir? – Ekspertlər üz-üzə
Tarix: 6-10-2025, 09:27 | Çap et

Qida mütəxəssisi Ağa Salamov Pravda.az-ın 30 sentyabr tarixli “Sıradan qəssablardan ət almaq düzgün deyil” başlıqlı araşdırma yazısında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun “Qoç Ət”in Xankəndi filialı ilə bağlı dediklərinə etiraz edib, onu şər atmaqda ittiham edib. Həmin məqalədə A.Salmanov özü də ekspert kimi fikirlərini bildirib. Yazı dərc edildikdən sonra isə məlum olub ki, o, həm də “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-yə məxsus “Qoç Ət” restoranının koordinatoru imiş.

O, oktyabrın 4-də Pravda.az-a müraciət edərək etirazını bildirib, hətta bir az da irəli gedərək xəbər portalını işini bilməməkdə ittiham edib.

Əvvəlcə vurğulamaq istərdik ki, “Pravda.az”da sözügedən araşdırma yazısı və ondan əvvəl yazılan bütün araşdırmalar sırf vətəndaşları maarifləndirmək məqsədi daşıyır. Hansısa şirkət və ya qurumlara qarşı tərəfimizdən qərəzin olması mümkün deyil. İstənilən yazımızda qanunvericiliyin tələblərinə lazımi qaydada əməl edilir, qanunun heç bir tələbi pozulmur. Bu əsasdan yola çıxaraq və qanunu rəhbər tutaraq “Qoç Ət”ə də mövqe haqqı tanımışıq. Lakin koordinator Ağa Salamov mövqe bildirməkdən imtina edərək məsələ ilə hüquqi müstəvidə məşğul olacaqlarını dedi.

Ağa Salamovun araşdırma yazımıza etiraz olaraq dediklərini də olduğu kimi oxucularımıza təqdim edirik: ““Qoç Ət”in bütün şöbələrində jurnalist olaraq yaxınlaşıb baytar sertifikatını istəsəniz, sizin qarşınıza qoymasalar, bu, başqa məsələ. Bu gün baxıram, Eyyub kişi bildi-bilmədi, şirkətə şər atır. Mən hüquqşünasımızla danışıb, həmin cümləni (Bu yaxınlarda Xankəndidə oldum, "Qoç Ət" restoranına getdim. Orada mətbəx açıqdır, hər şey görünür. Lakin görünməyən yerləri var ki, o ətlər harada saxlanılır, mənşəyi necədir? – red) məhkəmədə mübahisələndirəcəyəm. Sizin saytınıza da zərər gələ bilər. Hədə-qorxu gəlmirəm. Ya oradan “Qoç Ət” sözünü silirsiniz… “Qoç Ət”ə mən baxıram, A-dan Z-yə. “Qoç Ət”in adını çəkən adam heç “HACCP” sözünün mənasını bilmir. Qida təhlükəsizliyinin bütün normativlərini hamısını həyata keçiririk. Bu gün o kişinin (Eyyub Hüseynovu nəzərdə tutur-red) sözünə görə Xanabada gəlmişəm. Hər şey qaydasındadır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işçilərini cəlb etmişik. Şahid nümunəyə qədər götürürlər. Yazını bilməyərəkdən paylaşırsınız. Xahiş edirəm, yazıdan “Qoç Ət” sözünü silsinlər. Səhv məlumatdır. Mütəxəssis olaraq bəzi restoranlardan narazıyam, amma mənim öz baxdığım, nəzarət etdiyim, HACCP sistemini tərtib etdiyim işçilərin hamısının bir-bir həkimdən altı aydan bir keçmiş sənədləri, sertifikatları, qida təhlükəsizliyinin izlənməsi… Bunları bilmir, amma biz onu tanış edəcəyik. Bakıya gələn kimi hüquqşünasla danışacağam. Yaşı var, hörmət edirəm, xətrini də çox istəyirəm. Ola bilər, keçək. Amma adam marka adı çəkirsə, markaya bildi-bilmədi şər atır, zərər gətirir. Sizin də məlumatınız olsun. Sizdən ricam, mənə hörmətiniz varsa, o cümləni çıxarın. Səhifələrimdə verdiyim bütün müsahibələri paylaşıram, amma bunu paylaşmadım. Çünki adam ağız-başına danışır. Bəzi şirkətlər haqqında çox vaxt elə iddialı danışır ki. AQTA onun sözünü qulaq ardına vurdu. Gedib araşdırıblar ki, səhvdir. Elə bil ki, özü “Qoç Ət”in ətindən şahid nümunə götürüb, laboratoriyaya aparıb, bakteriya yükü çox çıxıb, camaatı zəhərləyirlər. Adam elə danışır, elə bil, laborantdır. Qoşqar Təhməzlinin hər şeydən məlumatı var. Yeganə mütəxəssisəm ki, AQTA həmişə məndən müsahibə alır. Heç bir dəfə görmüsünüz, AQTA ondan müsahibə alsın, onunla əməkdaşlığı olsun? AQTA öz səhifəsində paylaşdı ki, dönəri necə almaq lazımdır? Gəlib onu “Qoç Ət”də çəkdi. Çünki orada Ağa var, Ağa (özünü nəzərdə tutur-red) ora baxır. Eyyub Hüseynovu məhkəməyə verəcəyik. Baxım görüm bizi “udacaq”, ya “udmayacaq?””

Pravda.az Ağa Salamova mövqe haqqı tanısa da, o cavabında bunları deyib: “Ehtiyac yoxdur. Hüquqşünasımız lazım gələn tədbirləri görəcək. Ara qızışdırmaqla aram yoxdur. Mən saytla sözümü deyən ekspertəm? İkincisi, sizin saytınız öz qara siyahıma - düzgün xəbərlər dərc etməyənlər siyahısına düşdü. Bundan sonra işini bilməyən, dezinformasiya yayan mütəxəssislərdən müsahibə alarsınız”.

Pravda.az olaraq A.Salamova istənilən platformada qarşı-qarşıya gəlməyə hazır olduğumuzu bildirdik. Xatırlatdıq ki, xüsusilə qida məhsulları sahəsində “ən yaxşı”ların adının çəkilməsini reklam hesab etmirik, açıq yazırıq. Ziyanlı, tövsiyə olunmayanları da o cür. Elə əsl maarifləndirmə işi budur, oxucu məqaləni oxuyandan sonra düzgün nəticə çıxara bilsin, ağı-qaradan seçə bilsin. Biz bu yolda həm də tanınmış ekspertlərin fikirlərinə etimad göstəririk. Artıq o ekspertin vicdanına qalıb ki, tövsiyə olunmayanı tövsiyə, tövsiyə olunanı da tövsiyə etmir. Təbii ki, rəsmi dövlət qurumları var, dəqiqləşdirmə üçün həmin qurumlara müvafiq sorğular ünvanlayırıq. Onlar da işinin öhdəsindən gələ bilməyəndə problemlər üzə çıxır, çaşqınlıq yaranır. Məsələn, “Gədəbəy Mineral Suları” MMC-yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə əlaqədar şikayətə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə 4 həftəyə yaxındır, sorğu ünvanlamışıq, amma heç bir tutarlı cavab ala bilməmişik. “Araşdırılır” deyib durublar. Araşdırma bitmədi bəs? Ya desinlər ki, iddia doğru deyil, ya da doğruluğunu təsdiqləsinlər, “yola vermək” düzgün idarəetmə deyil, hələ də cavab gözləyirik, çünki oxucular gözləyir. Müvafiq qurumun, ekspertin davranışları göz qabağındadır, biz isə maksimum obyektiv olmağa çalışdıq. İkinci bir məsələ isə, kimsə media subyekti və jurnalistlə diktə dili ilə danışa bilməz. Diktəni yalnız qanun edir! Baş verənləri A-dan Z-yə ona görə yazdıq ki, özümüzü tamamilə haqlı hesab edirik və bunu oxucular da bilməlidir. Bizi izləyən, etimad göstərən hər kəsə təşəkkür edirik!

Koordinatorun yenilənmiş mövqeyini də əlavə edirik: “Mətbəx baxımından otellər də, restoranlar da açmışam. Amma heç birini tövsiyə etmirəm. Çünki deyəcəklər ki, özü orada işləyir. Şirkətin adını çəkmək düzgün deyil. Bir yeri kimsə tanımadan pisləyir. Mən “Qoç Ət”ə yeni gəlmişəm. Sizi dəvət edərəm, qonağımız olarsınız. Mətbəximizlə tanış olarsınız. Yeməklərin keyfiyyətinə baxarsınız. Mətbəximiz şəffafdır. Xalat qoymuşuq, müştərilərə icazə verilir ki, baxsınlar. Təmizliklə də sizə tanış edərəm. Baytar sertifikatlarını da göstərərəm. Oturub dadına baxarıq, görərsiniz, vəziyyət necədir…”

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Ağa Salamovun dediklərinə belə cavab verib:

“Xankəndinə turist səfərinə getmişdim. Günorta yeməyində hərə bir tərəfə getdi, mən isə "Qoç Ət"i seçdim. Çünki ora Ağa Salamov kimi bir texnoloq nəzarət edir. Lakin yediyim nə lülə, nə də tikə kabab dadlı idi. Onların üç nəfər nümayəndəsini çağırdım, məsləhət verdim ki, bu nə ətidir, niyə dadlı deyil? İradlarımı bildirdim. Qeyd edim ki, lülə və tikənin masaya verilişi çox mükəmməl idi. Yanında əlavə pomidor, düyü və s. verirlər. Bu, yaxşı cəhətdir. Bunları da onlara dedim. Ağa Salamova zəng vurub iradlarımı bildirdim. O da müəyyən izahlar verdi. Vəssalam, söhbətimiz bununla bitdi. Sizin araşdırma yazınızda da yeri gəlmişkən, "Qoç Ət"in adını çəkdim. Bu restoran barədə mənə gələn telefon zənglərinə həmişə izah verməyə çalışıram. "Qoç Ət" restoranlarının ciddi nəzarət altında olduğunu hamıya bildirirəm. Ağa Salamova bunu da dedim ki, həmin restoranda yeməklər açıq yerdə bişirilir və bu da çox yaxşı cəhətdir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru