Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                 

Kreml maskasını tam çıxardı - "Azərbaycanı rəsmən düşmın dövlət kimi tanıyaq"
Tarix: 6-10-2025, 09:24 | Çap et

Musavat.com xəbər verir ki, Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. “The Duran” adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı “düşmən dövlət” kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir.

O, sərsəm və nifrət dolu çıxışında iddia edib ki, guya “Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür”:

“Doğrudanmı, insanlar iqtisadiyyatdan daha az önəmlidir?” – deyə Kabanov etiraz edib.

Kabanov bununla da kifayətlənməyib, Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə hədəfə alaraq “mədəniyyətlə məşğul olun, siyasətə qarışmayın, çünki onlar başqa dövlətlərin maraqlarını müdafiə edirlər” kimi ifadələrlə millətimizi aşağılayıb.

Bu açıqlama tək bir şəxsin emosional bəyanatı deyil – bu, Kreml ideoloqlarının planlı xəttidir. Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən anti-Azərbaycan ritorikasının bir parçasıdır.

Kremlin idarə etdiyi ideoloji hücum xətti

Əslində Kabanovun bu ritorikası Moskvanın təbliğat maşınının bir parçasıdır. Bu tip “vətənpərvər” görünüşlü ideoloqlar birbaşa Kremlin daxili siyasət və ideoloji müharibə kuratoru Sergey Kiriyenko tərəfindən yönləndirilir. Məqsəd aydındır – Azərbaycan dövlətinə qarşı informasiya təzyiqini artırmaq, ictimai rəyə təsir göstərmək və Moskvanın gələcək düşmənçilik addımlarına zəmin hazırlamaq.

Bu, artıq təkcə söz müharibəsi də deyil. Kabanov kimi şəxslərin ritorikası ilə eyni vaxtda Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı hüquqi və inzibati təqiblər güclənib. Bir çox tanınmış diaspor təmsilçiləri qanunsuz saxlanılır, biznesləri müsadirə olunur, bəziləri isə – Səfərov qardaşlarının timsalında – fiziki zorakılıq və qətlə qədər uzanan təzyiqlərə məruz qalır.

Bu hadisələr Moskvanın Azərbaycana qarşı yeni tipli ideoloji müharibəsinin tərkib hissəsidir. Məqsəd həm diaspora institutunu sarsıtmaq, həm də ölkə daxilində Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaqdır.

Təyyarə hadisəsindən başlayan açıq düşmənçilik

2024-cü ilin dekabrında Rusiyanın Müdafiə Nazirliyinə tabe qüvvələrin Qroznı üzərində Azərbaycan Mülki Aviasiyasına məxsus təyyarəni vurması iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. O hadisə Moskvanın münasibətindəki maskanı tam çıxardı: üzr istəmək, kompensasiya ödəmək, günahkarları cəzalandırmaq əvəzinə, Kreml əksinə, anti-Azərbaycan ritorikasını sərtləşdirməyi seçdi.

Bu da o deməkdir ki, Rusiya artıq təkcə diplomatik münasibətləri pozmur, Azərbaycanı bütövlükdə hədəf kimi müəyyənləşdirib. Kabanovun çıxışları həmin xəttin ideoloji ifadəsidir – bu, Rusiyanın “yeni siyasəti”nin səsini daşıyır.

200 illik düşmən obrazı və imperiya genetikası

Tarix göstərir ki, Rusiya imperiyası 200 ildir Qafqazda öz maraqlarını qorumaq üçün xalqları bir-birinə qarşı qoyur. İndi isə eyni imperiya instinkti yenidən işə düşüb – Azərbaycanın müstəqil siyasət yürütməsi, Türkiyə ilə strateji ittifaqı, Qərblə enerji əməkdaşlığı Moskva üçün “bağışlanmaz günah” sayılır.

Bu gün Rusiya təcrid olunmuş, zəifləyən və öz beynəlxalq məğlubiyyətini yeni düşmən axtarışları ilə ört-basdır etməyə çalışan dövlətdir. Ukraynaya qarşı başlatdığı mənasız və qanlı müharibə Kreml hakimiyyətini həm siyasi, həm iqtisadi, həm də mənəvi müstəvidə çökdürüb. Artıq Rusiya “özünü qorumaq” üçün deyil, başqalarını qorxutmaq üçün yaşayır.

Lakin bu cəhdlər bir fayda vermir – Kreml indi dünyanın pis yuxusuna çevrilib. Hər kəs ondan “oyanmaq” və bu kabusdan qurtulmaq istəyir.

Kirill Kabanovun bəyanatı tək bir şəxsin dili ilə səslənmiş düşmənlik deyil – bu, Kremlin rəsmi ideoloji kursunun səsidir. Maskalar artıq düşüb. Rusiyanın “faşist hüquq müdafiəçisi” obrazı onun gerçək simasını gizlədə bilmir.

Bu sima 200 ildir eyni qalır – Azərbaycanı təzyiqlə, hədə ilə, ideoloji manipulyasiya ilə əyməyə çalışan bir imperiyanın siması. Amma bu dəfə o imperiya tənəzzül dövründədir.

Azərbaycan isə güclənir, müstəqildir və bu cür qara ritorikalara boyun əyməyəcək qədər təcrübəlidir.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru