Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                 

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Tarix: 18-09-2025, 09:07 | Çap et

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlıqlarını yeniləyərək, sərhədyanı zonalardan çəkinməyi məsləhət görüb. Bu barədə “The Street” nəşri yazıb. Nəşr qeyd edir ki, Dövlət Departamenti “yüksək diqqətlilik” səviyyəsini saxlayıb, bu kateqoriyaya Fransa, İtaliya və Tailand da daxildir. Bununla yanaşı, ABŞ hakimiyyəti bəyan edib ki, bəzi bölgələrdə “risklər daha yüksəkdir. "Xüsusi narahatlıq doğuran ərazilər Azərbaycana sərhəd olan bölgələrdir, çünki regionda yeni hərbi əməliyyatların baş verməsi mümkündür.

Ermənistanda rəsmi işlərdə olan ABŞ vətəndaşlarına aşağıdakı ərazilərə səfəri qadağan olunur: Göyçə vilayətində Vardenisdən şərqdə yerləşən ərazi, Zəngəzur vilayətində Gorusdan şərqdə yerləşən ərazi və həmin vilayətdə Qafan şəhərindən cənubda yerləşən ərazi", - deyə nəşr bildirib.

Ordu.az-ın məlumatına görə, “The Street” nəşri vurğulayıb ki, şəxsi məqsədlə səyahət edənlərə bu yerlərdən ciddi şəkildə uzaq durmaq tövsiyə olunur. “Arazdəyən kəndindən keçmək icazəlidir, lakin dayanmaq qadağandır”, - deyə bu yaxınlarda dərc olunmuş məlumatda bildirilib. Qeyd edilir ki, keçmişdə Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar baş verib və silahlı münaqişə ehtimalı qalır.

“Ermənistan-Azərbaycan sərhədinə yaxın yollarda ehtiyatlı olun. Bəzi hissələr beynəlxalq sərhədi xəbərdarlıq edilmədən keçə bilər. Yollar keçid məntəqələri ilə nəzarət oluna və ya hakimiyyət orqanları tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər. ABŞ səfirliyi öz əməkdaşlarına və onların ailə üzvlərinə sərhədyanı bölgələrə, həmçinin bu xəbərdarlıqda qeyd olunmuş Ermənistanın digər ərazilərinə zərurət olmadan səfər etməyi qadağan edir”, - deyə məlumatda bildirilib.

Maraqlıdır ki, bu xəbərdarlıq ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen Ermənistana səfərindən və rəsmilərlə görüşlərindən sonraya təsadüf edir. Henrehen sentyabrın 11 və 12-də Ermənistanda olub.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendan Henrehenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin də iştirak etdiyi görüşdə baş nazirin müavini avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlərin nəticəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndirərək ümidlə bildirmişdi ki, birgə səylərlə Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumları çərçivəsində ikitərəfli münasibətləri inkişaf etdirmək mümkün olacaq. Vurğulanıb ki, tərəflər regional inkişafları və kommunikasiyaların açılma imkanlarını müzakirə ediblər, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin əhəmiyyətinə toxunublar. Bu kontekstdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri bildirib: “Çox məmnunam ki, Konqreslə birgə işləyərək, biz Ermənistana 145 milyon ABŞ dolları dəstək vermək niyyətindəyik. Bu, maliyyələşdirmənin ilk hissəsidir və məqsədi "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" layihəsini, həmçinin avqustun 8-də əldə olunmuş müvafiq razılaşmaların icrasını dəstəkləməkdir. Bu vəsait ticarət, infrastruktur, strateji faydalı qazıntıların təchizat zəncirlərinin və sərhədyanı təhlükəsizliyin inkişafı istiqamətində sərmayələri dəstəkləyəcək".

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla Zəngəzur dəhlizini - “Tramp marşrutu” layihəsini müzakirə etmişdi. Qeyd edək ki, bu marşrut Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Papoyan İrəvanın layihədə maraqlı olduğunu bildirib. O, özəl sərmayələrin cəlb edilməsi və həyata keçirilməsinə dair yol xəritəsinin hazırlanmasını təklif edib. Nazir həmçinin infrastrukturun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin təminində Amerikanın dəstəyinin vacibliyini vurğulayıb. Tərəflər əlavə olaraq ABŞ-Ermənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Buraya ticarət, investisiya, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və turizm sahələri daxildir.

ABŞ-nin artıq Zəngəzur dəhlizi - Tramp marşrutunu maliyyələşdirməyə başlaması, deyəsən, bəlli mərkəzləri hərəkətə keçirib və Ermənistandakı əlaltılarını hərəkətə keçməyə sövq etməkdədir. Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının Paşinyana impiçment təşəbbüsü ilə çıxış etməsi, separatçıların baş qaldırması təsadüf sayıla bilməz. Üstəlik, sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyi, hətta Paşinyanın növbədənkənar seçkilərə qərar verəcəyi barədə informasiyaların fonunda revanşistlərin baş qaldırması təxribatları qaçılmaz edir. Təbii ki, ABŞ rəsmisi ciddi informasiyalarla geri dönüb və məlum xəbərdarlıq yayılıb. Bu vəziyyət nə vəd edir? Gərginliyi tətikləyən qüvvələr kimlərdir? Dövlət Departamentinin açıqlamasını necə şərh etmək olar?

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin Ermənistana dair son xəbərdarlığı əslində regional proseslərdə mühüm siqnal xarakteri daşıyır: “Burada əsas diqqət Ermənistanın sərhədyanı bölgələrinin "riskli zona" elan edilməsidir. Bu, Ermənistan daxilində ictimai rəyi psixoloji təzyiq altında saxlamaq məqsədi güdür. Əslində isə ABŞ Dövlət Departamentinin bu açıqlaması Ermənistanın geosiyasi oyunların bir parçasına çevrildiyini göstərir". 

T.İsmayılov hesab edir ki, Henrehenin Ermənistana səfərindən dərhal sonra bu bəyanatın verilməsi təsadüfi deyil: “ABŞ açıq şəkildə Ermənistana mesaj verir ki, hər an yeni gərginlik mümkündür. Bununla Vaşinqton həm İrəvanı öz orbitindən çıxmağa qoymaq istəmir, həm də daxili təzyiq mexanizmlərini işə salır. 145 milyon dollarlıq yardım paketi, sadəcə, iqtisadi dəstək deyil, siyasi alət funksiyasını daşıyır. Çünki bu vəsait Paşinyanın əlini gücləndirmək və onu daha çox Qərbə bağlamaq məqsədini güdür. "Tramp marşrutu" kimi təqdim olunan layihə də Ermənistanın Zəngəzur istiqamətində Qərbə inteqrasiyasının başlanğıcıdır". Ekspert vurğuladı ki, Papoyanın ABŞ rəsmiləri ilə görüşündə bu məsələlərin önə çıxarılması da təsadüfi deyil: “Burada ABŞ-nin Ermənistanı regiondakı yeni kommunikasiya xəritəsində öz maraqlarına uyğun yerləşdirmək istəyi görünür. Bu isə Ermənistan daxilindəki revanşist qüvvələrin narahatlığını artırır. Çünki onların illərdir müdafiə etdiyi köhnə mövqelər Qərbin təzyiqi altında əriyir. Məhz buna görə də parlamentdə impiçment təşəbbüslərinin gündəmə gəlməsi təsadüfi xarakter daşımır. Paşinyanın ətrafında yenidən siyasi xaos yaratmaq cəhdləri başlanıb. Separatçı qrupların fəallaşması da eyni ssenarinin tərkib hissəsidir. Yəni Ermənistan daxilində müəyyən qüvvələr ABŞ-nin açıq dəstəyi ilə Paşinyanı həm sıxışdırır, həm də idarə olunan vəziyyətdə saxlayır”.

STM təmsilçisi qeyd etdi ki, xüsusilə sərhəd bölgələrinin “qırmızı xətt” kimi elan edilməsi Ermənistan ictimaiyyətində böyük qorxu yaradır: “Bu qorxu isə hakimiyyətin zəifləmiş dayaqlarını daha da risk altına qoyur. Eyni zamanda ABŞ-ın bəyanatı Ermənistanda seçkilərlə bağlı ehtimalları da artırır. Çünki Paşinyanın mövqelərinin zəiflədiyi hər kəsə bəllidir. Revanşist qüvvələr bundan istifadə etməyə çalışır. Amma ABŞ paralel olaraq Paşinyana maliyyə və siyasi dəstək də verir. Bu, ikiqat oyun taktikasının bariz nümunəsidir. Bir tərəfdən Paşinyanı gücləndirirlər, digər tərəfdən onun üzərində təzyiq alətləri saxlayırlar. Bütün bunlar Ermənistanda siyasi mühitin sabitləşməsinə yox, əksinə, daha da gərginləşməsinə yol açır. Səfər xəbərdarlığı da əslində Ermənistan cəmiyyətinə verilmiş psixoloji mesajdır. Yəni "sizin ölkəniz təhlükəsiz deyil və hər an risk mövcuddur" mesajı yayılır. Bu isə Ermənistanda həm siyasi panikanı, həm də sosial çaxnaşmanı artırır".

Siyasi şərhçi deyir ki, belə vəziyyətin fonunda Ermənistanın gələcək siyasi kursu yenidən sual altına düşür: “Qərbin dəstəyi ilə Paşinyan gücləndikcə, revanşistlər daha sərt çıxış edirlər. Əksinə, revanşistlərin səsi artdıqca, ABŞ Paşinyana daha çox dəstək ayırır. Bu, Ermənistanın klassik "təzyiq altında idarəetmə" modelinə salınması deməkdir. Ən diqqətçəkən məqam isə ABŞ-nin bəyanatı ilə paralel şəkildə Ermənistanda daxili siyasi xaosun sinxron başlamasıdır. Bu sinxronluq heç də təsadüfi deyil, planlı proseslərin nəticəsidir. Paşinyanın yaxın aylarda növbədənkənar seçkiyə gedə biləcəyi barədə informasiyalar da bu kontekstdə təsadüfi səslənmir. Çünki belə addım həm Qərbin, həm də Paşinyanın maraqlarına cavab verə bilər. Nəticə etibarilə, ABŞ Dövlət Departamentinin bu xəbərdarlığı Ermənistan üçün sadəcə təhlükəsizlik mesajı deyil, həm də ciddi siyasi siqnaldır. Ermənistan artıq birbaşa xarici təzyiq və yönləndirmə altında olan ölkəyə çevrilib. Bu isə bölgədə gərginliyi artırmaqla yanaşı, Ermənistanın daxili sabitliyini də sual altına salır".

Ermənistanı yenidən oda atmaq istəyənlər var və bu, gizli deyil. Xüsusən də Vaşinqton razılaşmasını pozmaqdan ötrü Ermənistandakı revanşistlərə “ev tapşırığı” verənlərin bəlli məqsədləri mövcuddur. Amma yekunda fəlakətli durumla üz-üzə qalan ilk növbədə Ermənistan olacaq. Əgər maşa rolunda çıxış edən erməni radikalların da istəyi budursa, onda buyursunlar. Prezident İlham Əliyev demişkən, “peşman olacaqlar!”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru