44 NƏFƏR RÜŞVƏT ALARKƏN YAXALANIB
Tarix: 20-09-2012, 10:55 | Çap et
 ZAKİR QARALOV GÖRÜLƏN İŞLƏRDƏN DANIŞIB
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb.
APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
O, qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulub. Fəaliyyətə başladığı bir ildən artıq müddət ərzində idarənin əməliyyat şöbəsi tərəfindən keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb. Bu fəaliyyətin təkcə latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən sui-istifadə ilə bağlı digər cinayət növlərinin aşkar edilməsi istiqamətində genişləndirilməsi, korrupsiya cinayətlərinin açılması üzrə idarənin qoşulması nəzərdə tutulan elektron informasiya bazaları və sistemlərindən istifadə edilməsi, əldə edilmiş məlumatların düzgün və məqsədəuyğun emalı və təhlili, korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi ilə əlaqədar işin gücləndirilməsi nəzərdə tutulur.
Z. Qaralov müsahibəsində bildirib ki, hər bir cinayət, hər bir ictimai təhlükəli əməl obyektə fiziki, mənəvi zərərlə yanaşı, maddi zərər vurulması ilə də bağlı olur. Cinayət təqibi orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri də cinayət törətmiş şəxsi məsuliyyətə cəlb etməklə yanaşı, həmçinin zərərçəkmiş şəxsin pozulmuş əmlak hüquqlarının bərpasından, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsindən ibarətdir. Milli qanunvericilikdə bu nəzərdə tutulsa da, göstərilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə mənimsənilmiş əmlakın bərpasını hər bir halda real olaraq təmin edə bilən çevik və işlək mexanizmin yaradılması və fəaliyyəti üçün xüsusi normativ-hüquqi aktın mövcudluğuna ehtiyac var.
Z. Qaralov həmçinin qeyd edib ki, ictimaiyyətin məlumatlandırılması sahəsində geniş əks-səda doğuran və maraq kəsb edən işlər üzrə məlumatların mütəmadi olaraq prokurorluğun internet səhifəsində yerləşdirilməsi və kütləvi informasiya vasitələrində dərc edilməsi kimi ənənəvi üsullarla yanaşı, korrupsiya cinayətləri üzrə statistik və analitik məlumatları özündə əks etdirən informasiya bülletenlərinin buraxılması planlaşdırılır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50 |
|
|
|
| • 30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47 |
|
|
|
| • Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44 |
|
|
|
| • Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41 |
|
|
|
| • Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33 |
|
|
|
| • Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
| • Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27 |
|
|
|
| • "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21 |
|
|
|
| • ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
| • Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37 |
|
|
|
| • Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33 |
|
|
|
| • Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28 |
|
|
|
| • Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23 |
|
|
|
| • “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02 |
|
|
|
| • Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59 |
|
|
|
| • "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45 |
|
|
|
| • "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39 |
|
|
|
| • Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37 |
|
|
|
| • "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31 |
|
|
|
| • Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13 |
|
|
|
| • "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03 |
|
|
|
| • "Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50 |
|
|
|
| • "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42 |
|
|
|
| • Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34 |
|
|
|
| • Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22 |
|
|
|
| • Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17 |
|
|
|
| • "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53 |
|
|
|
| • Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49 |
|
|
|
| • Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45 |
|
|
|
| • “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42 |
|
|
|
| • Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39 |
|
|
|
| • Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35 |
|
|
|
| • Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33 |
|
|
|
| • "Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24 |
|
|
|
| • "Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17 |
|
|
|
| • Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13 |
|
|
|
| • Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23 |
|
|
|
| • Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21 |
|
|
|
| • Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15 |
|
|
|
| • Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06 |
|
|
|
| • Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03 |
|
|
|
| • Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01 |
|
|
|
| • Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56 |
|
|
|
| • "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55 |
|
|
|
| • Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52 |
|
|
|
| • Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39 |
|
|
|
| • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33 |
|
|
|
| • Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25 |
|
|
|
|