DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                 

Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”
Tarix: 7-04-2021, 08:59 | Çap et
Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin neft daşıyan gəmilərinin (tankerlər) bir qrup işçisi Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciət-şikayətdə QSC-də baş verən və kimsənin belə təsəvvür edə bilmədiyi problemlərdən bəhs olunur. Aşağıda həmin müraciəti və əlavə olunmuş fotosübutları təqdim edirik və şikayətçilərin xahişi ilə (məktubda belə yazıblar) KİV-də işıqlandırıldığından imzalarını hələ ki təqdim etmirik:
Hörmətli cənab Prezident!
Bildiririk ki, Sizin 2021-ci il 11 fevral tarixli sərəncamınıza əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası təsis edilmişdir. Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovdur. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. Eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının həyata keçirilməsində vacib rol oynayır. Biz dənizçilər-gəminin matros və kapitanları bununla fəxr edirik. Lakin bizim iş və social şəraitimiz, əmək haqlarımız... ölkə iqtisadiyyatı qarşısında göstərdiyimiz misilsiz xidmətlərə qətiyyən uyğun gəlmir. Dəfələrlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevə müraciətlərimiz olub ki, mövcud problemlərin aradan qaldırılmasına nail olunsun. Amma heç bir xeyri olmayıb. Həmin problemlər isə bunlardan ibarətdir: Beynəlxalq Dəniz Təşkilatının (İMO) tövsiyyələri və beynəlxalq qanunlara görə biz dənizçilərə maaşdan əlavə sutkalıq əlavələr də verilməlidir. Yəni, nə qədər ki, sahilə çıxmırıq, sudayıq, bu əlavələr ödənilməlidir. Biz isə qonşu Xəzəryanı ölkələrdən, o cümlədən Qazaxıstandan, Türkmənistandan, Rusiyadan nefti gətirib boşaldırıq, bəzən günlərlə sahilə çıxmırıq. Digər yük gəlincə Türkanda reyddə qalmalı oluruq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyi isə təzə qayda çıxarıb ki, ayda yalnız 5 gün sutkalıq pulu verilsin. Qalanını isə vermirlər. Azərbaycan büdcəsinə yüz milyonları gətirən biz dənizçilərə bu cür münasibət nə dərəcədə ədalətlidir?
Cənab Prezident!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərində matrosun maaşı 400 manatdır, matorçunun maaşı isə vur-tut 500 manat. Bu maaşdan isə bəhanə edib “Yaşat” Fonduna məcburi pul tuturlar. Hansı ki, QSC-nin hesabında milyonlarla sərbəst vəsait var. Lazımsız yerlərə milyonları silməkdənsə, bu Fonda pul köçürə bilərlər. “Sutka” pulu isə günə 15 dollar olmalıdır, onun isə 5 gününü verirlər, qalanını saxlayırlar. vermirlər. Gəmilər, tankerlər (13 min tonluq yük götürənlər) təxminən 15-dir, 5 min tonluq yük daşıyanlar isə təxminən 5-6, bərələr təxminən 10-12, quru yük gəmiləri isə daha çoxdur. Heç birinə sutkalıq pul vermirlər. Əvvələr verirdilər, sabiq rəis Aydın Bəşirovun vaxtında. Yəni, bu Beynəlxalq Dəniz Təşkilatının (İMO-nun) qərarıdır. Azərbaycan da İMO-nun üzvüdür.
Ən dəhşətlisi budur ki, bu qədər əziyyətlərə qatlaşan biz dənizçilərə verilən ərzaqlar da ölkənin iri ticarət mərkəzlərində satılmayan, vaxtı keçmiş, məhv edilməyə veriləsi ərzaqlardır ki, bizə verirlər (fotoşəkillərini göndədirik). Gəmilərdə bizə heç bir gigiyena, sanitar ləvazimatları da verilmir. Amma bilirik ki, bunlara kifayət qədər pul silinir. Axı biz dənizçilər bəzən 6 ay evimizdən uzaq oluruq. Dəhşətli hal həm də budur ki, gəmilərin hamısında ərzaq təchizatına Gəmiçiliyin rəisi Rauf Vəliyevin qardaşı rəhbərlik edir. Rauf Vəliyevin Zaur adlı bacısı oğlu var, onun üçün ərzaq, yemək və s. xidmətlər göstərən “Grand Catering” şirkəti yaradıblar və bütün bu korrupsiya əməlləri bu şirkətin əli ilə edilir. Əgər təftiş edilsə və audit yoxlaması aparılsa, məlum olacaq ki, bu şirkətin əli ilə biz dənizçilərin ailəsinin boğazından kəsilən pullar necə silinir. Məsələn, bir acınacaqlı fakt: bizə aprel ayının ilk günlərində fotosunu təqdim etdiyimiz xamanı veriblər. 28 mart tarixində istifadə müddəti bitmişdi, qorxumuzdan yemədik. Fotosunu təqdim etdiyimiz bu kolbasanın istifadə müddəti isə fevral ayında qurtarıb. Hətta gəmi aşpazları yeyilməsi təhlükəli olan bu kolbasaları və digər ərzaqları dənizə tullamayaraq soyuducuya yığıb itlərinə aparırlar. Novruz bayramında isə Rauf Vəliyev günlərlə dənizdə can çürüdən biz dənizçilərə Bayram payı göndərtmişdi (fotosu təqdim edilir). Hərəyə 5-6 ədəd alma, 2 ədəd apelsin, 6 ədəd kivi ruletinə bənzər nəsə. Müddəti keçdiyindən dadı zəhər kimi idi.
Cənab Prezident!
Təsəvvür edin, gəmiləri keyfiyyətli ərzaq məhsulları ilə təmin etməli olan “Grand Catering” şirkətinin Zaur adlı direktoru, dayısı Rauf Vəliyevə arxalanaraq istədiyini edir. Hətta diqqətinizə çatdıraq ki, Rauf Vəliyevin rəhbərliyi ilə 40 köhnə gəmini kəsib-doğratdırıb metallom kimi satdılar. Bütün işlərə isə, qeyd etdiyimiz kimi, Rauf Vəliyev və qardaşı rəhbərlik edirdi.
Biz dənizçilər nə istəyirik: istəyirik ki, Azərbaycanın büdcəsinə milyardlarla qazanc gətirən biz dənizçilərə insan rəftarı və münasibəti olsun, haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin. Nə vaxta kimi istifadə müddəti keçmiş ərzaqları bizə yedirdəcəklər??? Bəlkə buna görədir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda (mətbuatdan oxumuşuq) Rauf Vəliyevin adı korrupsiyalaşmış məmur siyahısındadır. Həmin hesabatda qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan Rauf Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində “Braxon Group S.A” şirkətini yaradan dörd şəxsdən biri olub (vizual). Daha sonra şirkət Britaniyanın Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə yəqin ki Azərbaycanın hüquq mühafizə orqanları məlumat verə bilər.
Güman edirik, bu gün gəmiçilikdəki əksər problemlər doğru olmayan kadr siyasəti ilə də bağlıdır. Sosial şəbəkələrdən də oxuyuruq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə vacib postlarda çalışan şəxslərin əksəriyyəti sədr Rauf Vəliyevin yaxın adamları, qohumlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, “Zığ” Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar.
Cənab Prezident!
Dənizçilərin həyatı suda keçir, onların problemləri, gəmiçilikdə baş verən neqativlər sanki görünməz olur. Biz mövcut problemləri qaldırdıq ki, bu nöqsanlar aradan qaldırılsın. Siz dəfələrlə bildirmisiniz ki, mənə məlumat verin, korrupsioner məmurların barəsində ölçü götürülsün. Bu məqsədlə də Sizə müraciət etdik. İnanırıq ki, tezliklə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də və “Grand Catering” MMC-də yoxlamalar aparılacaq, ciddi tədbirlər görüləcək.
Redaksiyadan: Cənab Prezidentə ünvanlı şikayətlə əlaqədar “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Müraciətdə bəzi ciddi faktlar vardır ki, araşdırılmasına ehtiyac vardır, bunun üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə və Baş Prokurorluğa, eləcə də Hesablama Palatasına rəsmi sorğu göndəriləcək.
”Təzadlar”ın
Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru