TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                 

"Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY
Tarix: 7-04-2020, 09:50 | Çap et
"Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..."
Sadıqovlar ailəsi 4 ildən artıqdır ki, Gəncənin Teymur Hacıyev küçəsində yerləşən zirzəmidə yaşayır. 5 nəfərdən ibarət ailədə 3 azyaşlı, məktəbli var. DİA.AZ-ın məlumatına görə, ailə başçısı Saməddin Sadıqov əvvəl usta kimi işləyirmiş. Bu zaman ailə kirayədə qalırmış. Sonradan 2 dəfə ağır mədə əməliyyatı keçirib, iş qabiliyyətini itirib. Bundan sonra ailə aylıq ödədiyi kirayə haqqını çatdırmayıb. Nəticədə, tək yaşayan, yaşlı bir qadın evini təmizləmək, yeməyini bişirmək, işlərini görmək müqabilində ailəyə evinin zirməsini təklif edib.

“Görürsünüz, darısqal, nəmişlik və qaranlıq yerdir. Uşaqların üçün də burada revmatizma xəstəliyi tapıblar. Günün günorta çağı da evdə işıq yandırırıq. Başqa cür mümkün deyil. Elektrik xətləri o qədər köhnədir ki, tez-tez xarab olur. Bəzən günlərlə işıqsız qalırıq. Bu uşaqlar dərslərini şam işığında oxumalı olurlar”.

48 yaşlı ana Elmira Sadıqova belə deyir. Ana bilmir hansı problemindən danışsın. Deyir, indiyə qədər dəfələrlə aidiyyatı qurumlardan kömək istəyiblər. Dadlarına çatan olmayıb. İlk dəfədir ki, kimsə qapılarını açır, o da şikayətlərini dinləməyə: “Bilirəm, medianın əlindən nə gələ bilər? Ancaq çəkib göstərəcək. Bəlkə aidiyyatı qurumlar bundan sonra baxıb utana, bizə bir kömək edələr. Çox şey istəmirik. Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik. Sosial yardım üçün yalvarmışıq. Vermirlər. İş üçün müraciət etmişik. Uyğun iş tapılmır ki, tapılmır. İcra Hakimiyyətinə də düz 4 dəfə getmişik. Onun üçü Elmar Vəliyevin dövründə, biri də yeni başçı gələndən sonra. Hər dəfə kömək olacaq, deyib, yola salıblar. Bu günədək heç bir köməklərini görməmişik”.

Saməddin Sadıqov deyir ki, yaxşı işləyə bildiyi zamanlarda kimsəyə ehtiyacları olmayıb. Hətta ev almaq haqqında da düşünüblər. Elə ki, səhhətində problem yaranıb, həyatlarında hər şey alt-üst olub: “Xaricdə küçədə yatanlara da dövlət kömək edir. Mən çox şey istəmirəm. Bizə sosial yardım ayırsınlar. Heç olmasa, evə bir qəpik pul girsin. Biz də həmin puldan kənara atıb özümüzə bir sot torpaq alaq. Ya da bizə 1-cə sot torpaq versinlər, canım cəhənnəm, birtəhər işləyib içində özümüzə ev tikərik. Vallah, yemərik, içmərik, nəsə edərik”.

Elmira Sadıqova şəraitsizlikdən, çətinlikdən bezib. Deyir, tək ümidi uşaqlarıdır, onların gələcəyidir: “İnanın, üçü də əlaçıdır. Hətta indiki qaldığımız yer məktəblərinə uzaqdır. Çıxarıb, yaxınlıqdakı məktəbə qoymaq istədik. Müəllimələri qoymadı, o cür yaxşı şagirdləri itirmək istəmədilər. İndi uzaqdakı, keçmiş məktəblərinə gedib-gəlirlər. O da ki marşurt yoludur. Çox vaxt pulları da olmur. Məcbur olub, 1 saat yarım əvvəldən çıxıb, piyada getməli olurlar. Heç olmasa avtobus belə şagirdlər üçün pulsuz deyil. Bu ölkədə yaşamaq zülmdür”.

Elmira Sadıqovanın ən böyük arzusu işıqlı mənzilinin olmasıdır. Deyir, lap 2 otaq olsun, kiçik olsun, amma işıqlı və quru olsun: “Nəmişlikdən bezmişik. Baxın, yerimiz, çarpayımız yoxdur. Uşaqlara yerdən yataq salıram. Gecələri dəhşətli soyuq olur. Deyirlər: “Ana, bizim yerimiz sudur”. Baxıram, o qədər soyuq və nəmişlikdir ki, yazıq uşaqlar gecələri qızına bilmirlər. Ayaqları, sümükləri bütün günü sızıldayır. Təkcə, uşaqlarda yox, elə hamımızda”.

Saməddin Sadıqov metal toplayıb, satır. Ailəsinin gündəlik xərclərini bununla çıxarır. Deyir, həmin gəlirlə nəinki ev al, heç kirayə də çıxa bilməzlər: “Çörəyə və kommunal xərclərə güclə yetir. İndi də zirzəmisində qaldığımız qadın deyir ki, yaxında uşaqları Rusiyadan qayıdacaq. Onun da nəvələri var. Zirzəmi olsa da, həyəti kiçikdir, bir yerə açılır. Onlar gələnə qədər bizdən bir yer tapıb, çıxmağımızı xahiş edib. Sağ olsun, 4 ildir saxlayır, ona bir şey deyə bilmərəm. Heç kimin heç kimə borcu yoxdur. Vətəndaşa köməyi də, dəstəyi də dövlət verməlidir, ayrı-ayrı adamlardan nə gözləmək olar ki? İndidən məni dərd alıb. 3 uşaqla hara gedək, bilmirik. Heç yerdən gümanımız yoxdur”.

Elmira Sadıqovanın gözünə gecələr yuxu getmir. Deyir, bütün gecəni uşaqlarına nəzarət edir. Son vaxtlar içəri tez-tez siçovul, kərtənkələ girir: “Qorxuram, ancaq başqa çarəmiz yoxdur. Mən yaşamışam, bilirəm bu dünyada çarəsizlikdən pis hiss yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru