Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin sosial şəbəkə hesabı profilindəki diqqətçəkən qeydlə diqqət çəkib.
32gun.az xəbər verir ki, Ali təhsil ocağının rəhbərinin rəsmi Facebook hesabının dil nizamlamasını türk dilinə çevirdikdə fəaliyyət sahəsi kimi "Dijital İçerik Üreticisi", ingilis dilində isə "Digital creator" yazıldığı görünür. Azərbaycan dilində birbaşa "Rəqəmsal məzmun yaradıcısı" mənasını verən bu peşə sahəsinə adətən sosial media platformaları üçün video, bloq, foto və ya digər onlayn materiallar hazırlayan şəxslər, yəni bloggerlər daxildir.
Profilində rəsmi iş geyimində fotosu olan və iş yeri olaraq universitet rəhbərliyini qeyd edən rektorun özünü rəqəmsal mühitdə bu statusla təqdim etməsi rəsmi imiclə sosial şəbəkə dili arasındakı maraqlı ziddiyyəti ortaya qoyur.









