Ucar sakinlərinin KORONAVİRUS QORXUSU... - NARAZILIQ...
Tarix: 4-04-2020, 09:37 | Çap et
 Dünyanın bir çox ölkələrini ağuşuna alan "koronovirus" bəlası təkcə paytaxtda deyil, bölgələrimizə də ayaq açıb. Ölkədə virusa yoluxanların sayı durmadan artır. Bəs görəsən, rayonlarda insanlar qoyulan qaydalara necə əməl edirlər? Bu suala cavab tapmaq üçün ölkənin ucqar rayonlarından biri olan Qax rayonunun mərkəzinə yollandıq. Görünən mənzərə heç də ürəkaçan deyildi. İnsanların əksəriyyəti küçədə maskasız və məqsədsiz dolaşırdı. Əsas arqumentləri də o olurdu ki, evdə görəcəkləri bir iş yoxdur, darıxdıqları üçün küçəyə çıxırlar. Apteklərdə də ki, maska tapa bilmədiklərindən, maskasız dolaşmaq məcburiyyətindədirlər.
Rayon sakini Əlövsət Məmmədov deyir ki, neçə müddətdir apteklərdə maska yoxdur: "Neçə gündür dalbadal rayon mərkəzindəki aptekləri dolaşıram, maska soruşuram, deyirlər, yoxdur. Əsasən günün çoxunu evdə qalmağa çalışıram. Amma dükana, aptekə getməyə ehtiyac yaranır, evdən çıxıram. Maska taxmaq, həm özümü, həm də ətrafdakıları qorumaq istəyirəm. Amma nə maska var, nə də spirt".
Bu problem rayon sakini Roza Məmmədovanı da narahat edib: "Dəfələrlə aptekə maska üçün gəlmişəm. Çalışıram küçəyə az çıxım, çıxanda da maskasız olduğum üçün qorxuram. Evdə azyaşlı uşaqlar var. Onlara yoluxa bilər. Neçə dəfə müraciət eləmişəm, deyirlər yoxdur. Ona görə də məcburam ağzımı şalla bağlayım. Başqa əlacımız yoxdur".
Evdə oturmaqdan sıxılan, bunun üçün də arabir rayon mərkəzini dolaşmağa çıxan Hacı Kərimov isə virusun oralara gedib çıxacağına o qədər də inanmır. Lakin yumorla deyir ki, "biz maska tapana qədər, virus Qaxı bir dəfə dövrə vurub qayıdacaq".
"Karantindən qabaq tədarük görülməli, apteklər zəruri qoruyucu vasitələrlə doldurulmalı idi. Başa düşürük ki, virus bizi qəfil yaxalayıb, qabaqcadan hazırlığımız olmayıb. Amma belə vəziyyətdə adamları da "maskasız küçəyə çıxma" deyib məcbur eləmək düz deyil", - deyə Kərimov bildirib. Rayon sakini Zülfiyyə Məmmədova isə "koronovirusun dərmanı" sayılan zəncəfilin qiymətinin qalxmasından narazıdır. "Zəncəfil immun sisteminin gücləndirilməsi üçün əvəzsiz vasitədir. Di gəl, bəzi işbazlar bu fürsətdən yaralanmaq istəyirlər. Zəncəfilin, sarımsağın qiymətini qaldırıblar. Heç cür anlamıram, qazanmaq istəyirsənsə, bir az ucuz sat, çox sat, sən də qazan, camaat da öz immun sistemini möhkəmləndirsin ki, bu xəstəliklə mübarizə apara bilək", - Məmmədova deyib.
Söylənilən şikayətləri nəzərə alaraq rayonda yerləşən apteklərə baş çəkdik. Təəssüf ki, apteklərdə qoruyucu vasitələrin bitdiyini söylədilər.
"İndi heç paytaxtdakı apteklərdə maska, əlcək, spirt tapılmır, ucqar rayonda necə tapılsın?! Həftədə bir dəfə rayon apteklərinə mal gəlir, o da gələn kimi qurtarır", - deyə apteklərdən birinin satıcısı bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34 |
|
|
|
|