“Nikoilbank”da “şapka” insidenti - İDDİA
Tarix: 8-09-2016, 08:47 | Çap et
 Son vaxtlar ölkə mətbuatının səhifələrində Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə, bu müəssisələrin müştəriləri arasında yaranan problemlərdən bəhs edən yazılara tez-tez rast gəlinir. Artıq bu kimi hallar insanlarda nə təəccüb, nə də əslində heç böyük maraq da yaratmır. Səbəb də belə problemlərlə rastlaşan vətəndaşların sayının həddindən artıq çox olmasıdır. Lakin, bəzən bank-müştəri “qarşıdurması” elə bir forma alır ki, artıq hətta məsələnin mahiyyətini belə bir kənara qoyub, insanların əl atdıqları “mübarizə üsulları” barədə düşünürsən.
Bu yaxınlarda redaksiyamıza şikayət ərizəsilə müraciət etmiş Bakı şəhər sakini Yaqubova Natiqə Rəcəb qızının başına gələnlər də bu qəbildən olan müstəsna hal kimi qiymətləndirilə bilər. Həm də bu müstəsnalığı biz Natiqə xanımın bir müddət əvvəl müştərisi olduğu “Nikoilbank” tərəfindən vətəndaşa qarşı yol verilmiş ciddi qanun pozuntuları ilə bağlamırıq. Bu, məsələnin prokurorluq orqanları tərəfindən araşdırılması gərəkən tərəfidir. Yeri gəlmişkən, belə bir araşdırma hazırda Bakı şəhər prokurorluğu tərəfindən aparılır da. Bizim toxunmaq istədiyimiz məqam isə, “Nikoilbank”ın 12 saylı filialının müdir müavini Elnur Ağayevin bankın müştərisinə, həm də bir müddət əvvəl ailə başçısını itirmiş, bir qız övladı ilə həyatını təkbaşına davam etdirmək məcburiyyətində qalmış bir xanıma qarşı yol verdiyi hərəkətlərlə bağlıdır. Və bizi düşündürən əsas sual da budur ki, görəsən bu gün cəmiyyətimizdə çoxmu kişi özünə belə davranışı rəva görə bilər?
Amma gəlin əvvəlcə baş verənlər barədə Natiqə Yaqubovanın dedikləri ilə tanış olaq. Beləliklə, Natiqə xanım bizə verdiyi açıqlamasında göstərir ki, o, təxminən iki il bundan əvvəl “Nikoilbank”ın 12 saylı filialına müraciət edərək, yaşadığı mənzili girov qoymaqla, bankdan 70 min ABŞ dolları məbləğində kredit götürüb. Bu kreditin müqabilində isə, Elnur Ağayev müştəridən məbləğin 15%-i həcmində, yəni 10 min 500 ABŞ dolları rüşvət (şapka) alıb. Bundan heç bir il keçməmiş Natiqə Yaqubova banka gələrək krediti tam bağlamaq və evi girovdan çıxarmaq istədiyini bildirib. Diqqət edin, Elnur Ağayev kreditin tez bağlanmasını səbəbmi, bəhanəmi gətirərək, müştəridən daha 1000-1500 ABŞ dolları məbləğində “şirinlik” tələb edib. Bundan hiddətlənən Natiqə xanım artıq bu dəfə pulu verməkdən imtina edib. Bundan sonra isə, Natiqə Yaqubovanın verdiyi etibarnamə əsasında hərəkət edən hüquqşünas (təmsilçi), Elnur Ağayevdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edir. Məsələnin artıq ciddiləşdiyini görən Elnur Ağayev artıq özü Natiqə Yaqubova ilə görüşərək, ona yalvar-yaxar etməyə başlayır. Hətta filial müdirinin müavini keçmiş müştərisinə ondan aldığı 10500 dalları da təxminən bir il, il yarım ərzində qaytaracağına söz verir. Natiqə xanım deyir ki, Elnur Ağayev “balalarıma yazığınız gəlsin” ifadəsini işlədəndə artıq inad edə bilmədim. Bundan sonra, şikayətçi öz ərizəsini geri götürməsə də, hər halda müvəqqəti barışığa gələrək, qarşı tərəfin verdiyi müddətin dolmasını gözləməyə başlayır.
İndi görün, Elnur Ağayev nə edir. Bu ilin əvvəllərində bu kişi Yasamal Rayon Polis İdarəsinə gələrək, bir müddət əvvəl bağışlanması üçün yalvardığı qadına qarşı böhtan və iftira xarakterli ittiham irəli sürdüyü ərizə təqdim edir. Digər yalan iddialarla yanaşı, Elnur Ağayev həmin ərizədə göstərir ki, guya o, bir müddət əvvəl rüşvət kimi aldığı puldan Natiqə Yaqubovaya 4000 (dörd min) manat qaytarıb. Əlbəttə, məsələnin prokurorluğun nəzarətində olduğunu nəzərə alsaq, bir bank işçisinin verdiyi pulun müqabilində imzalanmış qəbz almayacağını ehtimal etmək belə, inandırıcı deyil. Belə bir qəbzi isə Elnur Ağayev təbii ki, təqdim edə bilmir.
Bundan sonra, 2016-cı ilin aprel ayında Natiqə Yaqubovanın təmsilçisi yenidən Baş Prokurorluğa müraciət edib. Avust ayının 2-də isə, artıq Bakı şəhər prokurorluğunda cinayət işinə başlanılıb. Hal-hazırda da iş üzrə istintaq aparılır. Yəqin ki, bu hal Yasamal Rayon Polis İdarəsində də diqqətə alınacaq.
Mövzuya qayıdacağıq.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
|