Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                 

“Unibank” məcburi köçkün ailəsini evindən məhrum etdi? – ARAŞDIRMA
Tarix: 20-08-2016, 09:55 | Çap et
“Unibank” məcburi köçkün ailəsini evindən məhrum etdi?
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Şuşa rayonundan olan məcburi köçkün Elvin Rizvan oğlu Əliyev müraciət edib. Onun Qafqaznews.az-a bildirdiyinə görə, 2012-ci ilin noyabrında onun atası Rizvan Əli oğlu Əliyev Əhmədli qəsəbəsi, Gəncə prospekti 53 ünvanındakı üçotaqlı mənzili “Unibank”ın Yasamal filialında girov qoyaraq, 30 min manat kredit götürüb. “Kredit müqaviləsi üç illik idi. 2013-cü ilin əvvəllərinə kimi, “Unibank”a 4500 dollar pul keçirmişdik. 2013-cü ilin martında atamın səhhəti pisləşdi, başımız qarışdı.

Elə həmin vaxt bizə Şuşa Rayon Məhkəməsindən atamın adına bildiriş gəldi, qısa müddətdə bizim iştirakımız olmadan məhkəmə keçirildi və mənzilimizin hərraca çıxarılması ilə bağlı qərar verildi.

Məhkəmə qətnaməsində bizim borcumuz 39 min dollar çıxarılmışdı.Mən ailə məsələlərinə görə Apellyasiya şikayəti vermədim. Atam uzun sürən xəstəlikdən sonra noyabr ayında dünyasını dəyişdi. Mən atamın ölümündən az sonra getdim “Unibank”a, xahiş elədim ki, mənim borcumun ödəmə qrafikini dəyişsinlər, hissə-hissə özüm ödəyim. Bank rəhbərliyinə ərizə ilə də müraciət etdim.

Mənə dedilər ki, siz gedin “Unibank”ın hüquq şöbəsindən Maarif müəllimin yanına. Maarif müəllim isə mənə dedi ki, 15-20 min manat gətir, sonra qrafik dəyişməsi (restrukturizasiya – red.) məsələsinə baxarıq. Məndə o qədər imkan birdən yox idi. Beləliklə, məsələ uzandı və nəhayət bizi zorla evimizdən çıxardılar. İndi anam, bacım və mən Zabratda kirayədə yaşayırıq”, – deyə E.Əliyev vurğuladı.

Məcburi köçkün Elvin Əliyevin sözlərinə görə, “Unibank” 2014-cü ilin martında ailəsinin mənzilini auksionda 44 min manat qiymətində rəsmiləşdirərək öz balansına keçirib, bu il isə mayın 11-də onları evdən zorla çıxartdıraraq, “Riyad” Mühafizə Xidmətində çalışan birinə satıb.

“Mən hələ də anlaya bilmirəm, 4500 dollar ödəniş etdiyimiz halda, necə oldu ki, “Unibank” birdən bizi məhkəməyə vermək fikrinə düşdü. Belə çıxır ki, onların planları elə bu idi – mənzilimizi əlimizdən almaq”, – deyə vətəndaş Qafqaznews.az-a bildirdi. Biz şikayətdə adı hallanan “Unibank”ın hüquq şöbəsinin əməkdaşı Maarif Mirzəyevlə də əlaqə saxladıq. “Dövlətin məhkəməsinin qərarı var. Mənsə bankda məhkəmə qərarlarının icrasına nəzarət edirəm. Onlar çoxdandır ödəniş eləmirlər, ona görə də, mənzillərini itiriblər”, – deyə M.Mirzəyev bildirdi.

“Elvin Əliyevin dediyinə görə, 2012-ci ilin noyabrından 2013-cü ilin martına qədər 4500 dollar ödəniş etmişdi…” – deyə qeyd etdik. “Mən bu barədə danışa bilmərəm. Banka rəsmi müraciət edin. Açığı, məsələnin detalları mənim yadımdan çıxıb”, – deyə M.Mirzəyev cavab verdi. “O, restrukturizasiya üçün bank rəhbərliyinə müraciət etdiyini də deyib. Onun müraciətinə niyə baxılmayıb?”, – deyə soruşduq. “Mənim xəbərim yoxdur. Ola bilər ki, ərizəsində ağlasığmaz şeylər yazıb, bank rəhbərliyi uyğun görməyib”, – deyə bank əməkdaşı cavab verdi. “Yəni, “Unibank”ın rəhbərliyi vətəndaşın borcunu restrukturizaya etməyi məqsədəuyğun hesab etməyib?” – deyə dəqiqləşdirmək istədik.

“Mən qanun əsasında danışıram. Əlimizdə məhkəmə qətnaməsi var və orda girov qoyulan mənzilin hərraca çıxarılmasından söz gedir”, – deyə “Unibank” nümayəndəsi qəti şəkildə vurğuladı. Beləliklə, oxucularda sual yaranır: “Unibank” rəhbərliyi hazır mənzilə sahiblənmək imkanı olduğu halda, vətəndaşın xahişini yerinə yetirmək, məcburi köçkün ailəsinə bir şans vermək istəməyib? Qafqaznews.az olaraq xatırladaq ki, son zamakollektornlar mətbuatda “Unibank” adından vətəndaşlara hədə-qorxu gələn, hətta böyrəyini satmağa məcbur edən şəxslər barədə çoxsaylı şikayətlər dərc olunur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslərin əksəriyyəti heç “Unibank” əməkdaşı deyil… Bəs kimlərdir? Əlbəttə ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovun bilavasitə nəzarətində və himayəsində olan “Baku Collecting Agency”nin əməkdaşları.

Bu agentlik özünü cəmiyyətdə BOA, yəni “ilan” kimi də təqdim edir. Qeyd edək ki, vətəndaşlara hədə-qorxu gələn “Baku Collecting Agency”nin təsisçilərindən biri “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu İlkin Qəribli, digəri isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. Bu və digər məqamlar barədə ““Unibank” rəhbərinin oğlu reketliklə məşğuldur?” başlıqlı yazıdan oxuya bilərsiniz. Məsələ ilə bağlı araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru