13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                 

Azərbaycanın Tacikistandakı səfirinin qardaşı pul “atmaq”da ittiham olunur - "“Bu gün verəcəm”, “sabah verəcəm” deyə-deyə məni aldatdı"
Tarix: 13-08-2016, 08:43 | Çap et
Azərbaycanın Tacikistandakı səfirinin qardaşı pul “atmaq”da ittiham olunur
Bu günlərdə Aydın Bağırov adlı sahibkar Qafqaz Xəbər Agentliyinə müraciət edərək İsaq Kərəm oğlu Həsənzadə tərəfindən aldadıldığını və 20400 dollar pulunun mənimsənildiyini bildirir. “Bu ilin may ayının əvvəlində İsaq Kərəm oğlu Həsənzadə (Hacı İsaq deyilir) məndən 26450 dollarlıq nisyə kartof götürdü və ilkin olaraq ayrı günlərdə iki dəfə 3000 dollar olmaqla cəmi 6000 dollar verdi və qalan 20450 dollar məbləği isə ən geci iyun ayının 20-də verəcəyini bildirdi. Mən də buna razılaşdım.İsaq Həsənzadə mənə demişdi ki, guya pullar qardaşındadır, yaxında göndərəcək”, – deyə şikayətçi sahibkar bildirib. Aydın Bağırov Qafqaznews.az-a qeyd edib ki, Hacı İsaqın qardaşı Abbasəli Kərəm oğlu Həsənov hazırda Azərbaycanın Tacikistandakı səfiridir.

“İyunun 20-dən sonra mən zəng edib pulu istədim, lakin o, “bu gün verəcəm”, “sabah verəcəm” deyə-deyə məni aldatdı. Qeyd etdiyi vaxtdan iki ay keçməsinə baxmayaraq, pulumu hələ də ala bilməmişəm. Son vaxtlarda isə ya “pulum yoxdur, vermirəm” deyir, ya da heç zənglərimə də cavab vermir”, – deyə A.Bağırov vurğulayıb.

Sahibkar bildirib ki, İ.Həsənzadənin şəhərin bir çox yerində mağazaları və avtoservisləri var. “Yüzlərlə yük maşınları, “Komfort” Mebel salonu, “Komfort” şadlıq sarayı var. Bir neçə il öncə hətta deputatlığa namizədiliyini vermiş bu şəxs hal-hazırda sahibkarlıqla məşğul olur və bu qədər imkanı olduğu halda mənim pulumu mənimsəyərək vermir”, – deyə A.Bağırov Qafqaznews.az-a əlavə edib.

Biz İ.Həsənzadənin mobil telefon nömrələrini əldə edərək, onun özüylə əlaqə saxlamağa, fikrini öyrənməyə çalışdıq. Lakin təəssüflər olsun ki, İ.Həsənzadə gün ərzində bizim telefon zənglərimizə cavab vermədi. Bu qardaşların faəliyyəti barədə mətbuatda vaxtaşırı məlumatlar dərc olunub. Xüsusilə də, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsindən sonra, Abbasəli Həsənovun da adı gündəmə gəldi.

Bu il mayın 14-də sonra ölkə mətbuatında yayılmış bir məlumatı oxuculara təqdim edirik: “Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Tutulanlar arasında “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov da var. O, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qudasıdır” (azpolitika.info).

Araşdırma zamanı, ölkə mətbuatındakı məlumatlardan onu da öyrəndik ki, Miryusif Mahmudovun kürəkəni Anar Abbasəli oğlu Həsənov da yanğından sonra istintaq orqanlarında dindirilib, lakin dindirmədən dərhal sonra ölkəni tərk edib: “Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb” (report.az).

Əgər Anar Həsənov yanğına görə məsuliyyət daşıyan şirkətlərdən birinin rəhbəri idisə, onun istintaqda dindirildikdən az sonra ölkəni tərk etməsi suallar doğurur. Aydındır ki, bəzi məsələlərlə bağlı hüquq mühafizə orqanlarından Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verilmir və bir sıra məqamlar “istintaq sirri” olaraq dəyərləndirilir. Lakin yenə də maraqlıdır, Anar Həsənovun tələm-tələsik Azərbaycanı tərk etməsinə nə səbəb olub? Biz Anar Həsənovun hazırda harda olması ilə maraqlandıq, lakin müxtəlif versiyalarla rastlaşdıq. Kimi onun Avropada yaşadığını, kimi isə elə Tacikistanda, atasının yanında olduğunu bildirdi. Bu barədə araşdırmamızı davam etdirəcək, A.Həsənovun da fikrini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, ölkə mətbuatında yazılanlara görə, A.Həsənovun qudası Miryusif Mahmudova məxsus “Global Construction” şirkətinin ilk işi sərhəd qoşunları üçün Gəncə-Samux zonasında hərbçilər üçün kazarma tikmək olub. Sonra isə “Global Construction” şirkəti Dövlət Sərhəd Xidmətinin Akademiyasının tikintisini həyata keçirib. Bir sözlə, böyük layihələrə imza atıb… Eləcə də, Dövlət Miqrasiya Xidmətinin əsas binasını da “Global Construction” şirkəti tikərək istifadəyə verdiyi barədə məlumat əldə etmişik.

Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru