Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                 

"ELDAR QASIMOV YAXŞI İNSANDIR"
Tarix: 25-07-2012, 12:26 | Çap et
"ELDAR QASIMOV YAXŞI İNSANDIR"

“HEÇ KƏS İNANMIR Kİ, SADƏ BAKILI QIZI”...

Tanınmış aktrisa Yana Nikitinanın Milli.Az-a müsahibəsi.

- Yana xanım, Bakıda çox sevilirsiniz. Bu neçə il ərzində Azərbaycan dilində danışmağı öyrənmisiniz?

- Əlbəttə. Hesab edirəm ki, Azərbaycanda yaşayan hər bir şəxs milliyyətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir.

- Özünüzü teatr aktrisası kimi hansı xarakterik rollarda görürsünüz?

- Bilirsiniz, mən yeddi il teatrda işləmişəm. Bu müddət ərzində irili-xırdalı müxtəlif rollar oynamışam. Hər biri də mənə əzizdir. Moskvada olarkən Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusmanın quruluşunda "Lamanşlı adam" tamaşasına baxdım. Onda dəqiq anladım ki, mən harada oynamaq istərdim. Neçə illər geriyə baxdım, o illəri xatırlayanların söhbəti yadıma düşdü. Məhz o illərdə Yuli Qusman Bakıda ilk dəfə "Üç muşketyor" tamaşasına quruluş vermişdi və bu günə qədər də o tamaşa bakılıların ürəyində bir əfsanə kimi qalır. Həm də təkcə Bakıda deyil, Yuli Solomonoviç hər yerdə tamaşalara quruluşlar verib: Amerikada, Rusiyada, Yaponiyada. Lakin mən çox istərdim ki, o, Bakıda, öz vətənində, yeni bir tamaşaya quruluş versin. Qoy hamı görsün ki, Azərbaycanda nə qədər istedadlı insanlar var.

- Ailəniz haqda danışa bilərsiniz?

- Mənim həyatımın mənası oğlumdur, bütün ailə onun başına dolanır.

- Ailədə sizdən başqa kimsə bu sənətlə məşğuldur?

- Yox, yaxşı ki, yoxdur. Ailədə bir insan incəsənətlə məşğul olar.

- Facebook sosial şəbəkəsində çox olursunuz?

- "Qorxma, mən səninləyəm-2" filmində çəkilmək üçün cavan uşaqlar lazım idi. Elə o zamandan etibarən Facebook ilə dostluq edirəm (gülür).

- Bakıda çəkildiyiniz filmlər haqda nə danışa bilərsiniz? Daha çox sizi epizodik rollarda görmüşəm. Yoxsa yanılıram?

- Yox, yanılmırsınız. Həqiqətən, belədir. Bu illər ərzində xırda rollara çəkilmişəm. Rejissoru Vaqif Mustafayev olan "Milli bomba" filmində müxbir Katerina rolunu ifa etmişəm. Ramiz Fətəliyevin "Qraf Krestovski" filmində teleaparıcını, Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində Valya, Yuli Qusmanın "Qorxma, mən səninləyəm-2" filmində dayə kimi rolları ifa etmişəm. Bundan əlavə, rejissoru Nərgiz Bağırzadə olan "Barbados" filmində əsas qadın rolunu oynamışam. Lakin yaxın zamanda tamaşaçıları sürpriz gözləyir, amma o haqda danışmayacağam. Hər şey öz vaxtında.

- "Qorxma, mən səninləyəm-2" filmindəki rolunuz barədə məlumat verə bilərsiniz?

- İlk dəfə mən bu filmi görəndə 6 yaşım var idi. O vaxtlar o, 2 seriyalı idi, həm də Mərkəzi televiziyada xəbərlərdən sonra göstərilirdi. Amma valideynlərim məni o zaman yatmağa göndərdilər deyə baxa bilmədim. Səhər isə təkrarı olanda mən məktəbdən qaçdım, yadımdadır, yağış yağırdı, gəlib evdə filmə baxdım. Baş rolda oynayan Rüstəmə (Muxtarbek Kantemirov) vurulmuşdum. Hər kişidə o rolda olan xasiyyəti görmək istəyirdim. Heç vaxt ağlıma gəlməzdi ki, onunla həyatda görüşə bilərəm. 30 ildən sonra onunla bu filmdə çəkildim. Filmdə o məni xilas edir. 30 il keçməsinə baxmayaraq, uşaqlıq arzum həyata keçdi.

- Sizi köhnə KVN-çi də adlandırmaq olar. Xatirələri bölüşə bilərsiniz bizimlə?

- Bu haqda heç nə deyə bilmərəm. Onu bilirəm ki, mənə hər şeyi KVN verdi və bununla fəxr edirəm.

- Yana xanım, xasiyyətiniz necədir?

- Şir bürcündənəm, bununla da hər şey deyilir (gülür).

- Özünüzü ev xanımı kimi görürsünüz, yoxsa aktrisa kimi?

- Özümü elə iki rolda da rahat görürəm.

- Moskvadakı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?

- Mən "Qorxma, mən səninləyəm-2" filmində kastinq direktoru işləyirdim. Biz filmin çəkilişləri ilə bağlı Moskvaya getməli olduq. Bakıya qayıtdıqdan sonra isə mən TNT-də serialda kastinq direktoru işləmək dəvəti aldım. Bu zaman Oksana xanım mənə zəng edib dekabrın 23-də SSRİ xalq artisti Lev Durovun tamaşasının premyerasına gəlməyimi istədi. Lev Konstantinoviç öz yubileyini qeyd edirdi və doğma teatrı olan Malı Bronnıda da "Qasırğa" tamaşasında Prospere rolunu oynayırdı. Elə həmin gün də mənə onun yubiley gecəsini aparmaq təklif olundu. Bu, çox fantastik idi, Moskvada o qədər ulduz olduğu halda, Lev Durov aparıcılığı mənə həvalə etmişdi.

Təntənəli gecə başlayanda mən çox həyəcanlı idim. Çünki mərasim internet vasitəsilə canlı olaraq yayımlanırdı. Lev Durov isə: "Sən ağıllısan və istədiyin kimi gecəni aparacaqsan", - deyərək məni sakitləşdirirdi. Heç kəs inanmırdı ki, adi bir bakılı qızı belə bir şöhrətli insanın təntənəli gecəsini apara bilər. Mərasim sona çatdıqdan sonra Lev Durov mənə hədsiz minnətdarlığını bildirdi və hətta məni teatrdan getdiyimə görə qınadı.

- Gözəlliyinizin qeydinə necə qalırsınız?

- Mən kaloriləri yumorla yandırıram (gülür). Bildiyiniz kimi, yumor və gülüş insana uzun ömür verir və özünü həmişə formada saxlamağa kömək edir.

- Azərbaycan sənətçilərindən sıx münasibət saxladıqlarınız var?

- Eldar Qasımovla elə filmdə tanış olduq. Hələ də dostluq edirik. Yaxşı insandır, istedadlıdır və romantikdir.

- Aktrisa olmasaydınız, bu gün hansı sənətlə məşğul olardınız?

- Düzünü deyim ki, mən filoloqam və düşünürəm ki, ssenarist olardım.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru