Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                 

Hacıbala Abutalıbovun adı yeni bina qalmaqalında
Tarix: 11-07-2015, 10:52 | Çap et
Hacıbala Abutalıbovun adı yeni bina qalmaqalında
“Olimp” MTK sakinlərinin müvafiq problemlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndləri tərəfindən qəbul olunmalarından artıq 2 ay keçir. Həmin görüşdən sonra nə BŞİH bir tədbir görüb, nə də “Olimp” MTK iki mindən artıq sakinə verdiyi vədə əməl edib.
Deyilənləri kompleksin sakinləri mətbuata ünvanladıqları müraciətdə bildirirlər. “Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri bizimlə görüş zamanı bildirmişdilər ki, kommunal xidmətlər üzrə ödənişlər bina tam təhvil verildikdən sonra həyata keçirilməyə başlanmalıdır. Bina təhvil verildikdən sonra mənzil istismar sahəsi yaradılmalı və sakinlər yaşayış sahəsi üzrə komendant seçməlidirlər. Kommunal xidmətlər üzrə ödənişlərin məbləği də komendantla sakinlərin qarşılıqlı razılaşması əsasında təyin edilməlidir. Həyətimiz zəbt olunub, təhlükəsizlik yoxdur, muhafizəçi gecələr çıxıb gedir otağında yatır, burada isə narkomanlar yığışır, xidmətləri isə bizdən pul yığmaqdan ibarətdir. İndi nə haqla, hansı əsasla bizdən kommunal xidmət haqqı tələb edirlər”, - deyə müraciətdə qeyd olunur.
Sakinlərin sözlərinə görə, kompleksdəki texniki mərtəbələr və qaraj üçün nəzərdə tutulmuş ərazilər qanunsuz şəkildə satılıb, orada artıq yaşayırlar. Sakinlərin abtomobillərini saxlamaq üçün nəzərdə tutulmuş binanın altındakı qaraj ərazisinin yarısı bağlanıb və orada hazırda tikinti gedir. Üstəlik, sakinlər satılmış qarajların hansı məqsədlə istifadə olunacağını da bilmirlər. “Hamıya yaxşı bəllidir ki, bina dövlət komissiyası tərəfindən qəbul olunduqdan sonra 6 ay müddətində mənzil tikinti kooperativi pilləkən, lift, eyvanlar kimi qarajları da sakinlərə təhvil verməlidir. Həmin qarajların sakinlərə təhvili və onların istifadəsinə nəzarət isə mənzil istismar sahəsi tərəfindən həyata keçirilməlidir. Bu gün isə MTK-nın əməkdaşları bizə deyirlər ki, bu qarajın yerində restoran tikiləcək. Bizim yaşayış binamız MTK rəhbərinin istirahət məkanına çevrilir: idman zalı, sauna Neçə ildir burada yaşamağımıza baxmayaraq, biz bu günə kimi “Olimp” MTK-nın direktorunun kim olduğunu bilmirik. Həmin işi icra edən şəxs iki gündən bir dəyişir, lakin vergilər idarəsinin bu haqda xəbəri yoxdur. Bizim MTK elə bil ki, Azərbaycan qanunlarına yox, öz qaydalarına riayət edir”, - deyə sakinlər öz məktublarında qeyd edirlər.
Redaksiyaya verdikləri məlumata görə, sakinlər hazırda ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırlar. Onların məqsədi hər ay kommunal xidmət haqqı adı ilə verdikləri məbləğin hansı əsasla toplandığına aydınlıq gətirməkdir. Bu günə kimi 420 payçının “Olimp” MTK ilə imzalanmış müqavilə əsasında aldığı mənzillərin qanunu sahibinə çevrilə bilməməsi də kompleks sakinlərini narahat edən əsas məsələlərdən biridir.
Xatırladaq ki, “Olimp” MTK sakinləri bu ilin mayın 24-də Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşmüş və halal mənzillərinin reyestrdən çıxarışını ala bilmədiklərindən şikayətlənmişdirlər. Sakinlər buna səbəb kimi binanın dövlət komissiyasından keçmədiyini göstərmişdirlər.
Yeni tikilinin narazı sakinlərindən olan Vüqar Səfərovun sözlərinə görə, uzun müddətdir ki, “Olimp” MTK bütün günahların Bakı şəhər İcra Hakimiyyətində olduğunu bəyan edir. Guya binanın bütün sənədləri toplanılıb və Bakı şəhər İcra Hakimiyyətinə təhvil verilib. “MTK-nın əməkdaşları neçə vaxtdır ki, məni və digər sakinləri Bakı şəhər meri Hacıbala Abutalıbovdan şikayət yazmağa səsləyirdi. Guya bizim bu günə kimi çıxarış ala bilməməyimizin səbəbkarı odur. Hətta bir müddət əvvəl bizə meri məhkəməyə verməyi tövsiyə etmişdilər. Biz isə qətiyyətlə buna etiraz etmiş, heç bir sənədə qol çəkməmişik. Hamımız ali təhsil almış insanlarıq. Dərk edirik ki, tikilinin başa çatdırılıb təhvil verilməsini MTK rəhbərindən tələb etməliyik. Bu məsələyə görə məsuliyyət daşıyan yeganə şəxs odur. Amma vətəndaşların heç də hamısı qanunu yaxşı bilmir. MTK əməkdaşları bundan sitifadə edərək bəzi qonşulara merdən şikayət yazdırıb. Amma istənilən halda məsələ hələ də həll olunmamış qalmaqdadır. Məsələyə aydınlıq gətirməkdən ötrü biz 10 nəfərdən ibarət təşkilat komitəsi yaradıb Bakı şəhər İcra Hakimiyyətinə yollandıq. Orada bizi qəbul edib dərdimizi dinlədilər”, - deyə V. Səfərov qeyd edib.
Həmin görüşdə iştirak edənlərdən biri də binanın digər sakini Rizvan Osmanov adlı şəxs olub. Onun sözlərinə görə, qəbul zamanı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları həmin bina ilə bağlı ciddi problemlərin mövcud olduğunu söyləyib. Onlardan ən böyüyünün isə kompleksin həyətində inşa edilən qanunsuz tikililəri olduğu qeyd olunub. “Bakı şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, “Olimp” MTK indiyə kimi onlara heç bir sənəd təhvil verməyib. Həqiqəti üzə çıxarmaqdan ötrü BŞİH-nin əməkdaşları hətta kompleksin nümayəndəsi Fazil Məmmədovu ora dəvət etdilər. Söhbət zamanı bəlli oldu ki, “Olimp” MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə həqiqətən heç bir sənəd təqdim olunmayıb. Belə çıxır ki, MTK rəhbərliyi bizi aldadır. 420 ailəni bu günə kimi ələ salıb?! Bina hələ 2010-cu ildə təhvil verilməli idi. Biz bu günə kimi mühafizə xidmətinin olmadığı, yanğına qarşı təhlükəsizlik qaydalarına əməl olunmadığı bir həyətdə yaşayırıq. Bu azmış kimi qapımızın ağzında qanunsuz obyektlər inşa olunur. Heç kim bilmir ki, sabah həmin obyektlər gecə klubu, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərəcək, yoxsa yaxşı məqsədə xidmət göstərəcək. Bəs bizim uşaqlarımız harada oynasınlar? Asudə vaxtlarını harada keçirsinlər? Bu məsələləri eşidən kimi Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları MTK rəhbərliyinə dərhal göstəriş verdi ki, bir ay ərzində bütün problemlərimiz həll olunsun və bütün lazımi sənədlər toplanıb aidiyyəti quruma təhvil verilsin. Həmin gündən iki ay ötür. Hər şey əvvəlki qaydada davam edir. Biz yenə də boş vədlərlə aldatdılar!”, - deyə bina sakini 2-ci qrup əmək əlili R. Osmanov söyləyib: “Bizim uşaqlarımızın gələcəyi Bakı şəhər İcra Hakimiyyətinin həyətdəki qanunsuz tikililərlə bağlı verəcəyi qərardan asılıdır. Bu yaxınlarda Binəqədi rayonu ərazisində yerləşən yeni tikilidə yanğın səbəbindən yaşanmış faciədən sonra mer qanunsuz tikililəri yenidən gündəmə gətirdi. Amma verilən göstərişlərin bizim həyətə niyə gəlib çatmadığını heç cürə anlamırıq. Dəfələrlə həmin qanunsuz tikililərlə bağlı şikayət məktublarını və onların fotolarını aidiyyəti qurumlara ünvanlamışıq. Bu haqda bütün şəhər bilir. Nəticə isə yoxdur. Hətta biz eşitmişik ki, həmin şikayətlər artıq Bakı şəhər icra hakiminəcən gedib çatıb. Bildirilib ki, nə qədər ki, kompleksin həyətində qanunsuz tikintilər var bina komissiyadan keçməyəcək. İndi nə edək? həmin obyektləri özümüz sökək? Məlum məsələ ilə bağlı bir həftə əvvəl Bakı şəhər İcra Hakimiyyətinə daha bir şikayət məktubu ünvanlamışıq. Xahiş etmişik ki, həyətimizin qısa zaman ərzində bu qanunsuz tikililərdən təmizləsinlər və 500-dən çox uşaqların əlindən alınan meydanşa onlara qaytarılsın. Başa düşürük ki, yalnız bu halda bina dövlət komissyası tərəfindən təhvil alınacaq və biz min bir çətinliklə aldığımız bu hala mənzillərimizin qanuni sahibinə çevriləcəyik”, - deyə bina sakini, əmək veteranı Məmməd Məmmədov bildlirir.
Xatırladaq ki, həmin kompleksdə bir neçə xalq artisti, əməkdar idman ustası, Qarabağ muharibəsinin veteranı, əmək veteranları və əlillər yaşayır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru