Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                 

İşğaldakı rayonunun icra başçısının topdağıtmaz biznes şəbəkəsi
Tarix: 4-07-2015, 10:07 | Çap et
İşğaldakı rayonunun icra başçısının topdağıtmaz biznes şəbəkəsi
Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyevin adı dəfələrlə qalmaqallı məsələlərlə bağlı medianın gündəminə gəlib. 2000-ci ildən bu postda çalışan məmur əsasən cəbrayıllı köçkünləri narahat edən problemlərin həllinə maraq göstərməməkdə və şəxsi işlərinə daha çox vaxt ayırmaqda ittiham edilir. Bu günlərdə icra başçısının qohumlarının Saatlıda əhalinin istifadəsində olan otlaq sahələrini zəbt etmələri barədə məlumat yayılıb.

Yerli sakinlərin sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarıblar: "Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında icra başçısı dayanır. Sakinlərə hədə-qorxu gəlirlər.

Ölkə başçısı Bakıda yanan bina ilə bağlı keçirilən iclasda məmurların özbaşınalığına toxundu. Bizim diqqətə çatdırdığımız fakt da məmur özbaşınalığıdır. Ölkə başçısından xahiş edirik ki, bu məsələyə diqqət ayırsın. Təsəvvür edin, biz mal-qaramızı otarmağa yer tapa bilmirik. Bu otlaqlar uzun illərdir ki, bizim mal-qaranın örüş yeri olub. İndi hansısa məmurun qohumu gəlib torpaqları camaatın əlindən alır. Özü də heç bir qanun tanımadan".

Qarşı tərəf vətəndaşların bu etirazına heç bir cavab verməyib. Xatırladaq ki, 2010-cu ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa müstəqil namizəd olmuş və Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə yaşayan Sərvər Mehdiyev bir neçə il əvvəl icra başçısının ünvanına kəskin ittihamlar səsləndirib: "Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir. Başçının tapşırığı ilə həyata keçirilən bu özbaşınalıq nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olurlar, həm də hər ay dövlətin 100 ton yanacağı silinmiş olur. Faktiki olaraq icra başçısı hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu yoxa çıxarır. Bu barədə qəsəbə sakinləri "Qaçqınkom"a, Respublika Prokurorluğuna, 120 saylı dairənin deputatı Astan Şahverdiyevə şikayət edib. İcra hakiminin özünə müraciət edilib, lakin heç bir nəticəsi olmayıb. Başçı şikayət edən sakinlərə deyib ki, o, heç kimdən qorxmur. Deyir arxamda elə bir qüvvə dayanır ki, mənə heç kim bata bilməz".

Mətbuatda dərc olunan digər materiallarda Cəbrayıl Rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi məsələsinə toxunulub. Bildirilib ki, Biləsuvardakı şəhərcikdə yay aylarında cəmi bir uşaq bağçasının fəaliyyət göstərməsinə baxmayaraq, sənədlərdə ondan artıq uşaq bağçası göstərilir: "Ötən il dövlət tərəfindən Cəbrayıl İcra Hakimiyyətinin balansındakı uşaq bağçalarının təminatı üçün 120 min manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi icra hakimiyyəti tərəfindən yoxa çıxarılıb. Lakin fakt təkcə bağçaların təminatı ilə yekunlaşmayıb. Belə ki, rayon rəhbərliyi uşaq bağçalarındakı "ölü can"ların maaşlarını da özünə götürür və yüzdən artıq plastik kart icra hakimiyyətinin işçilərindən birində saxlanılır. Digər tərəfdən, rayonun büdcədən maliyyələşən idarə və müəssisələrinə ayrılan vəsaitlərin də müəyyən hissəsi icra hakimiyyətinin rəhbərliyinə çatdırılır".

Dəqiq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 15 ildir icra başçısı işləyən M.Quliyev bu müddət ərzində çoxsaylı qanunsuzluqlar törədərək özünə geniş biznes şəbəkəsi qurmağı bacarıb. Adıçəkilən məmurun Biləsuvar rayonu ilə yanaşı, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektlərinin, şadlıq evlərinin və bahalı mülklərinin olduğu yayılan məlumatlar arasındadır.

İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Burda cərəyan edən xoşagəlməz hadisələr, vergidən yayınma halları və vətəndaşlara ödədikləri pulun müqabilində keyfiyyətli tibbi xidmət göstərilməməsi haqda çox danışılıb. Lakin hansısa səbəblərə görə aidiyyəti dövlət qurumları, ələlxüsus da Səhiyyə Nazirliyinin nümayəndələri tibb mərkəzinin fəaliyyətini yoxlamırlar. Bundan istifadə edən mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyev isə qanunvericiliyin tələbini pozmaqla özbaşınalıq edir: "Tibb mərkəzinin 4-cü mərtəbəsində hansı işlərin cərəyan etdiyini bilsəniz, dəhşətə gələrsiniz. Həmin mərtəbəyə Ramil Quliyevlə Mahmud və Vəlidən başqa heç kim qalxa bilmir. Mərkəz direktoru qapının qarşısında nəzarətçi qoyub, həmin şəxs heç kimin 4-cü mərtəbəyə qalxmasına imkan vermir. "Elmed" tibb mərkəzinin direktoru vaxtının çoxunu başqa işlərə ayırır. Buna görə də səhiyyə müəssisəsindəki vəziyyətə istənilən səviyyədə nəzarət edə bilmir".

Sonda vurğulamaq istəyirik ki, nazirlərin, icra başçılarının, millət vəkillərinin, bir sözlə dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağandır. Ay Mahmud müəllim, məgər sizin bundan xəbəriniz yoxdur? Cəbrayıllı köçkünlər müxtəlif problemlərin əlində əsir-yesir qalıblar, amma siz varidatınızı artırmaq barədə düşünürsünüz. Nə deyirik, düşünün, lakin baxaq görək axırı yaxşı olacaq ya yox.

P.S. Maraqlıdır, görəsən Mahmud Quliyev niyə 2000-ci ilin yanvar ayına, yəni vəzifəyə qoyulana qədər YAP-a üzv olmamışdı?

Qarşı tərəfi də dinləyə bilərik.

//"Gündəlik-Bakı" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru