“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                 

Axtarışda olan “Hafka”nı “ip”dən aldılar
Tarix: 4-07-2015, 10:05 | Çap et
 Axtarışda olan “Hafka”nı “ip”dən aldılar
Beynəlxalq Bankda külli miqdarda kredit borcu olan iş adamlarının Avropa Oyunları bitən kimi yenidən başları dərdə girib. Modern.az saytının xəbərinə görə, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli Beynəlxalq Banka borcunu qaytara bilmədiyi üçün “Xəzər Adaları”nı itirməli olub. Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

Virtualaz.org saytı bu məlumatlara aydınlıq gətirmək üçün iş adamına müraciət edib.

Oliqarx sayta açıqlamasında bu məlumatları təkzib edib, “Xəzər adaları” layihəsini itirmədiyini bildirib: “Mənim Beynəlxalq Bankla heç bir problemim yoxdur. Ümumilikdə isə mən bu layihəni satmaq barədə heç vaxt düşünməmişəm. Bəzi adamlar belə yalan məlumatlar və şayiələr yayırlar. Deyirlər ki, obyektlərimi məndən guya alırlar. Azərbaycanda hüquqi dövlət qurulub, ölkədə qanunlar var. Heç kim heç kimin mülkünü ala bilməz. Mənim kreditlərimə gəlincə isə Beynəlxalq Banka olan kredit borclarımın hamısını 2019-cu ilə qədər ödəyəcəyəm”. Hacı İbrahim onu da qeyd edib ki, onun kredit borclarının həcmi hazırda 430 milyon manatdan çoxdur.

“Xəzər Adaları” hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Xatırladaq ki, Hacı İbrahim borc səbəbindən bir neçə gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılmışdı.

Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində axtarışa verildiyi deyilən məşhur iş adamı Hafiz Məmmədov (“Hafka”) barədə də sensasion məlumat yayılıb.

Beynəlxalq Banka bir neçə 100 milyon manat borcu olan “Hafka” barədə mayın 18-də həbs-qətimkan tədbiri seçildiyi bildirilirdi. O, bu pulu 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Bu xəbər ictimailəşəndən sonra “Hafka” yerli saytlardan birinə açıqlama verərək ölkədə olmadığını təsdiqlədi. Ancaq yaydığı bəyanatda qaçdığı və cinayət məsuliyyətinə cəlb olunduğu haqda məlumatları təkzib etdi: “Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”. Hələ o zaman da “Yeni Müsavat” yazmışdı ki, “Hafka”nın “xəstələnərək” Londona getməsi, üstəlik, yerini də açıqlaması şübhəlidir.

Azpolitika.az saytı yazıb ki, “Hafka” Bakıya qayıdıb. Belə ki, onu bir neçə gün əvvəl “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, Naxçıvandan olan iş adamı İman Quliyevin əmisi oğlunun yas mərasimində görüblər.

Bəs Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin təqdimatı ilə haqqında məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilən Hafiz Məmmədovun saxlanılmamasının səbəbi nədir?

Məlumata görə, Monako knyazı II Alberlə yaxın dostluq əlaqələri olan Hafiz Məmmədov həbs xəbərini aldıqdan sonra Londona deyil, Monakoya uçub. Saytın iddiasında deyilir ki, “Hafka” barəsindəki həbs-qətimkan tədbirini dəyişdirmək üçün Monako knyazını iqtidara minnətçi salıb.

Məlumata görə, Monakonun cəmi 5 idmançı ilə qatıldığı I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn knyaz Azərbaycan rəhbərliyindən Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. “Hafka”nın artıq Bakıda olması faktı Monako knyazının xahişinin nəzərə alındığını deməyə əsas verir.
Müflisləşmiş iş adamının bu cırtdan ölkəylə bağlılığı isə təsadüfi sayılmır. Bəzi məlumatlara görə, kazino, qumar oyunlarının mərkəzlərindən biri sayılan Monakonun Monte Karlo şəhərində Hafiz Məmmədovun iri mülkü də var.

Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Bu baxımdan Hafiz Məmmədovun Monako knyazı əlahəzrət II Alberlə tanışlığının və dostluğunun da öz başlanğıcını Monte Karlonun elit kozinolarından başladığı güman edilir.

1958-ci il doğumlu Knyaz Alberin də maraqlı həyat tarixçəsi var. O, hələ uşaqlıqdan idmanın bir neçə növü-futbol, üzgüçülük və cüdo ilə maraqlanır. Bobsley (buz üstə araba sürmək) üzrə 5 Qış Olimpiadasının iştirakçısıdır. 2005-ci ilin 19 noyabrında taxt-taca yiyələnib.

“Hafka”nın problemi Beynəlxalq Bankla bitmir. İyulun 13-də Böyük Britaniyadakı Vircin adalarının kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited” şirkətinə qarşı məhkəmə iddiasına açıq baxışına başlanılacaq. 2012-ci ildə isə “Baghlan Group Limited” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollarlıq istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına qədər tam ödənilməli olsa da, Hafiz Məmmədov bu məsələni həll edə bilməyib.
Bu arada “Baghlan Group Limited” şirkəti ona ləğvedici təyin edilməsi barədə yerli məhkəməyə vəsatət verilib. Vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub.

“Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru