Bir neçə gün öncə məmur oğlu ilə kəbin kəsdirən müğənni Afaq Aslan Ramazan bayramından 2-3 gün sonra restoranların birində nikah masasına əyləşəcək. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, toyunun dəqiq gününü söyləmək niyyətində deyil: “Bir müddət öncə mətbuata məmur oğlu ilə ailə qurmağa hazırlaşmağım xəbərini açıqladım. Bu açıqlamamdan sonra bir çox problemlər yaşadım. Ailə quracağım bəyin adını açıqlamasam da, onun fotosu saytlarda dərc olundu. Buna görə də başım çox ağrıdı. Ona çox zənglər gəldi. Hətta küsülü olduğum bir müğənni həmkarım ona zəng edib, barəmdə xoşagəlməz ifadələr söyləyib. Həmin həmkarımın kim olduğunu isə toyumdan sonra açıqlayacam. Həmin müğənninin mənim ailə quracağım bəylə danışdığı səs yazısı da məndədir. Hazırda başımız toyumuza qarışıb. Toyumuzdan sonra onuncavabını elə mətbuat vasitəsi ilə verəcəm. Toyumuz barədə onu deyə bilərəm ki, mediaya qapalı olacaq. Şou-biznesin bir çox tanınmış simalarını həmin gecəyə dəvət etmişəm". Müğənni onu da əlavə edib ki, ailə quracağı bəy onun yaradıcılıq işlərinə dəstək olur: “Hər zaman Allahımından belə bir bəyi qarşıma çıxarmasını arzulamışam. O, mənim yaradıcılıq işlərimə dəstək olur. Həm maddi, həm də mənəvi köməyim odur. Onun dəstəyi ilə sözləri Zaur Zeynala, musiqisi Nurlan Təhməzliyə, aranjemanı Fərahimə məxsus “Qara səhifəm” adlı mahnını ifa elədim. Bu mahnı bu gündən etibarən radio-dalğalarda səslənəcək”.