“AST Telman” Moskvada otel tikə bilmədi, borca görə torpağını verdi
Tarix: 2-07-2015, 14:17 | Çap et
 Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” ASC Moskvanın Nikitsk bulvarı, 6/20 ünvanında otel inşası layihəsini ləğv edib.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb biznesmenin otel tikintisi üçün aldığı torpaq sahəsini borca görə Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə verməsidir.
“Vedomosti” qəzetinin Moskva hökumətindəki mənbəyə istinadən yaydığı xəbərə görə, T.İsmayılov 27 min kvadratmetrlik otel kompleksinin tikintisi üçün nəzərdə tutulan və 10 ildir mülkiyyətçisi olduğu ərazini ödəyə bilmədiyi borclarına görə “Luazo Corporation” şirkətinə verib.
Mənbə deyib ki, 2009-cu ildə “Çerkizovsk” bazarının bağlanmasından sonra AST şirkətlər qrupu üçün vəziyyət dəyişməyə başlayıb və holdinqin maliyyə göstəriciləri durmadan pisləşib.
“Luazo Corporation” şirkəti “AST Group”un partnyorudur. T.İsmayılovun bu şirkət qarşısında nə qədər borc öhdəliklərinin olduğu göstərilməyib. Moskvadakı torpaq sahəsinin borca görə verilməsi sövdələşməsinə əsasən həmin ərazinin 45 faizi “Luazo Corporation”un mülkiyyətinə keçib, 53,5 faizi Moskva meriyasının mülkiyyətində qalıb, cəmi 1 faizini “KBF AST” özündə saxlayır.
“Fortrast Global” şirkətinin saytında yerləşdirilmiş məlumat da T.İsmayılovun həmin torpaq sahəsini yeni investora verdiyini təsdiqləyir. Bu şirkətin minoritar səhmdarlarından biri və rəhbəri İsazadə Zaur Natiq oğludur. Həmin şəxs eyni zamanda “Luazo Corporation” şirkətinin baş direktorudur.
“Fortrast Global”ın saytında göstərilir ki, Moskvanın Nikitsk bulvarında otel kompleksinin inşası layihəsi bu şirkətin investisiya portfelinə daxildir.
T.İsmayılov borclarından birini torpaq sahəsini verməklə bağlasa da başqa borcları hələ qalır. Onun “Bank Moskva” qarşısında 4 milyard rubl məbləğində vaxtı keçmiş kredit borcu öhdəliyi var. T.İsmayılov bu krediti qaytarmaq üçün ona məxsus “Tropikano” biznes-mərkəzini və “İzmaylovsk” ticarət mərkəzini satışa çıxarıb. Əgər satışdan əldə edilən vəsaitlər borcu ödəməyə bəs etməsə, biznesmen ona məxsus məşhur “Praqa” restoranını da satışa çıxaracaq.
“Mardan Palace” oteli
Xatırladaq ki, T.İsmayılovun Türkiyədə də banklara kredit borcları var. Bu borclar üzündən biznesmenin Antalyadakı “Mardan Palace” otelinə həbs qoyulmuşdu və hərraca çıxarılmışdı. Lakin otelin satışına dair hərracın keçirilməsinə bir-iki gün qalmış T.İsmayılov borclu olduğu “Xalq Bank”la kredit borclarının restruktizasiyasına dair razılaşma əldə edə bildi və otel üzərində mülkiyyət hüququnu saxladı.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57 |
|
|
|
| • Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45 |
|
|
|
| • “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41 |
|
|
|
| • Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39 |
|
|
|
| • Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37 |
|
|
|
| • Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35 |
|
|
|
| • Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
| • “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30 |
|
|
|
| • Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23 |
|
|
|
| • İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14 |
|
|
|
| • “FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10 |
|
|
|
| • Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02 |
|
|
|
| • Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53 |
|
|
|
| • “28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50 |
|
|
|
| • Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42 |
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
| • Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04 |
|
|
|
| • Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01 |
|
|
|
| • Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39 |
|
|
|
| • Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35 |
|
|
|
| • Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08 |
|
|
|
| • Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05 |
|
|
|
| • AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
| • Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48 |
|
|
|
| • DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36 |
|
|
|
| • Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30 |
|
|
|
| • Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18 |
|
|
|
| • Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46 |
|
|
|
| • Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40 |
|
|
|
| • Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36 |
|
|
|
| • "Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22 |
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
|