Sədaqətinə, cəsarətinə, qeyrətinə alqış, Azərbaycan Polisi!
Tarix: 2-07-2015, 09:52 | Çap et
 Yaşının əsri haqlamasına nə qaldı ki, Polisim! “Azərbaycan deyiləndə ayağa dur ki” nidasını deyib cümhuriyyət quran babalarımız bu torpağa, bu xalqa dayaq olanlarla birgə sənin də adını tarixə həkk etdilər.
Azərbaycan! Azərbaycan! Üçrəngli bayrağınla məsud yaşa!
-deyənlərin içində sənin səsin, nəfəsin daha gur, daha doğma idi. Əsas vəzifən təkcə asayişi, sabitliyi qorumaq, cinayətkarlıqla mübarizə aparmaq deyildi. Həm də heç Avropanın, demokratiyanın beşiyi sayılan ölkələrin belə, dünən olduğu kimi, bu gün də hörmətlə yanaşmadığı insan haqlarını, hüquqlarını qorumaq idi. Sən elə bir məmləkətdə boy verdin ki, burada min illər bundan öncə də İnsan, onun haqqı ən müqəddəs dəyər hesab olunub və olunur da. Polisim! Bu gün əlində böyük Azərbaycanın hər qaranlıq köşəsini işıqlandıracaq bir məşəl daşıyırsan. Müstəqil ölkənin Polisi olmaq şərəfini qanından, canından əziz tutub 97 il bundan öncə bu torpaq, bu xalq uğrunda şəhid olan xələflərinin varisisən Sən. Sənin də alın yazına şəhidlik, ağır sınaqlardan keçmək yazıldı. Minlərlə canın qurban, sinəsinin hərbə meydan olduğu məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin. Çünki Vətən dardaydı, hayına-harayına, səsinə sinəsində Vətən məhəbbəti məkan olan oğullar yetməliydi. 97 il bundan öncə içdiyin anda sadiqlyini bir daha sübut etmək üçün qanından, canından keçməklə unudulmaz bir tarix yazdın.
Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Bax, bu nida idi Səni XX əsrdə yenidən müstəqilliyinə qovuşmuş, olumla ölüm arasında qalan, torpaqlarının itirmək təklükəsi ilə ağır günlər yaşayan, ordusu olmayan bir dövlətin dayaqlarına, ən mühüm sütünlarından birinə çevirən. Sən idin, Vətən sevgisi dəniz olsa da hələ əli silah tuta bilməyən, səngərdə bərkiməyən oğullara silahın dilini öyrədən. Sən idin, Xocalıda cansız cəsədi buz bağlamış fidan körpələrin qisas gözləyən ruhuna and içən. Sən idin, “Allahu Əkbər” nidasını, müqəddəs dinimizi alətə çevirib insanlarımızın, gənclərimizin beynini yeyənlərin qarşısında sipər çəkən. Verilən heç də hər bir tapşırıqdan salamat dönməyəcəyini bilən, yolunu gözləyən körpəsinin sevdalı gözlərindən öpüb günün istənilən vaxtında cinayətkar üstünə gedən də səndin, Polisim! Yazılanlar yazılsa da, adın tarixə dönsə də, hələ qəhrəmanlığından, Vətənə sevgindən çox yazılacaq, Azərbaycan Polisi! Axı, hələ tarixə dönəsi, yazılası, gələcəyə miras üçün qalacaq elə şanlı səhifələr var ki... Bu gün sənin bayramındır, bu gün Sən ürəkdən oxumalısan Ana Vətənimiz Azərbaycanın yaşam şərqisini:
Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan!
Hafiz Təmirov, polis kapitanı


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23 |
|
|
|
| • İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14 |
|
|
|
| • “FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10 |
|
|
|
| • Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02 |
|
|
|
| • Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53 |
|
|
|
| • “28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50 |
|
|
|
| • Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42 |
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
| • Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04 |
|
|
|
| • Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01 |
|
|
|
| • Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39 |
|
|
|
| • Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35 |
|
|
|
| • Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08 |
|
|
|
| • Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05 |
|
|
|
| • AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
| • Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48 |
|
|
|
| • DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36 |
|
|
|
| • Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30 |
|
|
|
| • Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18 |
|
|
|
| • Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46 |
|
|
|
| • Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40 |
|
|
|
| • Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36 |
|
|
|
| • "Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22 |
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28 |
|
|
|
|