Nazirliklərdə “bacıoğlu” PRİNSİPİ - və ya Qohum-əqrəbalarını irəli çəkən məmurlar...
Tarix: 30-04-2015, 12:45 | Çap et
 Azərbaycanda hansısa vəzifəyə yüksəlmək o qədər də asan deyil. Vəzifəyə təyin olunan şəxsin ilk növbədə yaxın qohumlarını yan-yörəsinə topladığını nəzərə alsaq, bu gedişlə başqalarının bəzi dövlət qurumlarında işlə təmin olunması elə arzu olaraq qalacaq.
Yaxud elə dəstəyin, elə şansın olmalıdır ki, kimsə səni qabağa çəksin. Başqa variant yoxdur. Azərbaycanda yaxın qohumların, hətta az qala bir sülalənin inhisarına çevrilən qurumların sayı kifayət qədərdir.
Hüquqşünas Əliməmməd Nuriyev də Modern.az saytına belə faktların mövcudluğunun sirr olmadığını deyir:
“Bu, həm də korrupsiyaya şərait yaradır. Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”.
Qeyd edək ki, bu məfhum adını latınca “bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.
Hüquq müdafiəçisinin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması zamanı korrupsiya riski daha da artır:
“Qohumlar bir tabeçilikdə işləyəndə heç kəs bir-birinə nəzarət etmir, eyni zamanda sövdələşmələr üçün geniş imkanlar yaranır. Bir-birinin qanunsuz əməllərinə göz yumurlar, beləliklə korrupsiya üçün geniş imkanlar açılır. Azərbaycan qanunvericiliyi bunu qadağan edib, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda birbaşa qohumların birgə tabeçilikdə işləməsinin yolverilməzliyi qeyd olunub. Amma çox təəssüf ki, qanunun bu normasının icrası ilə bağlı problemlər var. Özümüz də şahidi oluruq ki, müxtəlif şirkətlərdə, nazirliklərdə, qurumlarda birinci və ya sonrakı yüksək vəzifəli şəxsin yaxın qohumları üçün geniş şərait yaradılır. Bunların qarşısının alınması üçün digər qanunvericilik aktlarında müəyyən mexanizmlər nəzərdə tutulub. Əgər dövlət müəssisədirsə, orda işləmək üçün qəbul dövlət qulluğuna uyğun həyata keçirilməlidir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, vəzifəli şəxs həmin nazirlik, müəssisə və təşkilatlarda həm də müəyyən dövlət sifarişlərini verə bilir. Sifariş verərkən isə yenə özünə yaxın şəxslərin müəssisələrinə, kompaniyalarına, firmalarına üstünlük verir, yaxud qohumlardan ibarət olan məhdud məsuliyyətli cəmiyyət, kommersiya təşkilatları yaradır. Onlar vasitəsilə dövlət sifarişlərini alır və beləliklə, yeni korrupsiyaya meydan açılır”.
Əliməmməd Nuriyev təəssüflə qeyd edir ki, bizdə bu ənənədən geniş istifadə etmək imkanları var: “Əlbəttə, düşünürəm ki, bununla bağlı ciddi təhqiqatlara ehtiyac var. Təhqiqat aparılmalıdır ki, hansı qurumda neçə belə hal, hansı şəraitdə, necə baş verib. Bu baxımdan mexanizmlər dəqiq öyrənilməli və nəticələr artıq həmin qurumun rəhbərinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də təqdim olunmalıdır. Bu zaman neqativ halların qarşısının alınması üçün mexanizmlər tapılmalıdır”.
Hüquqşünas məşhur “mənim qohumum çox bacarıqlı, istedadlı, yüksək intellektlidir” fikrinə də münasibət bildirir: “Düzdür, bəzən belə fikirlər də səslənir: “mənim qohumum istedadlıdır, bacarıqlıdır, yüksək təhsilə malikdir, niyə də çalışmasın?”. Qanunvericilik bu məsələni də tənzimləyir. Belə olan halda həmin şəxslərin birbaşa tabeçilik münasibətlərindən çıxarılaraq digər oxşar vəzifələrə keçirilməsi nəzərdə tutulub. Amma burda söhbət birbaşa tabeçilik nəzarətindən gedir, yəni həmin vəzifəli şəxsin nəzarət mexanizminin çatmadığı yerdə qohumların işləməsinə imkan verilir. Birbaşa tabeçilik münasibətlərinin, nəzarət mexanizminin işlədiyi yerlərdə korrupsiyanın inkişafına əlavə imkanlar yaranır. Korrupsiyaya səbəb isə şəraitin genişlənməsinə gətirir. Bu, sırf icra strukturu ilə bağlı olan məsələdir, yəni seçkili orqanlarla bağlı deyil. Çünki seçki birbaşa ölkə vətəndaşları tərəfindən həyata keçirilir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02 |
|
|
|
|