Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Müdafiə nazirini tələyə salan qadın... - Kəşfiyyat sirləri
Tarix: 29-04-2015, 08:38 | Çap et
Müdafiə nazirini tələyə salan qadın...
“Soyuq müharibə” dövründə sovet kəşfiyyat xidməti Qərbin gözəl qadınlarından öz məqsədləri üçün məharətlə istifadə edirdi. Merilin Monrodan sonra daha bir qadın SSRİ-nin kəşfiyyat orqanlarına məlumat ötürürdü. Onun adı Kristina Kiler idi. Bu qadın həm Böyük Britaniyanın müdafiə naziri ser Con Profyumo, həm də eyni vaxtda sovet kəşfiyyatçısı Yevqeni İvanovla sevgi yaşayırdı. İndi Kristina Kilerin London muzeyində fotoportreti asılıb. Bu foto 1963-cü ildə fotoqraf Lyuis Morli tərəfindən çəkilib. Həmin fotoqraf 1960-cı illərin ən məşhur fotoqrafı olduğundan onun əsərləri muzeylərdə nümayiş etdirilir. Onlardan da biri Kristinanın fotosudur. Bu da təsadüfi deyildi.

Kristina dünyanın ən gözəl qadınlarından biri hesab edilib. O, doğrudan da gözəl olub. 16 yaşına qədər Londondan bir az aralıda Reysberi stansiyasının yaxınlığındakı vaqonda yaşayıb. Anasının yeni əri ona pis gözlə baxdığına görə neçə illər balışının altında bıçaq gizlədərmiş. 15 yaşından isə pul qazanmağı düşünüb. Mağazalardan birinin geyimlərini nümayiş etdirmək üçün hər gün London küçələrində 8 saat fırlanarmış. Günlərin birində geyim mağazasının təmizlik işlərinə baxan zənci əməkdaş tərəfindən namusuna sataşılıb. Bu hadisədən sonra Kristina oradan uzaqlaşıb və Londonun gecə barlarından birində işə düzəlib, müştəriləri əyləndirib.

Günlərin birində həkim-osteopat Stiven Uord həmin bara gəlməsəydi, bəlkə də gənc qızın taleyi elə də parlamayacaqdı. Stiven Uord onu qiymətləndirməyi bacarıb və anlayıb ki, bu qızı vəzifə adamlarına təklif etməklə, yüksək təbəqə arasında böyük nüfuz qazana bilər. O, qıza iqamətgahına getməyi təklif edir. Söz verir ki, gələcəyi çox parlaq olacaq. Kristina həkimin evinə gələndən sonra bir sıra vəzifəli adamlarla, iri mülkiyyətçilərlə tanış olur. Stiven Uord ona necə ünsiyyət qurmağı öyrədir. Hətta müəllim tutur ki, vaxtilə vaqonda yaşamış qıza nitq qabiliyyəti öyrətsin. Qız bütün bunları öyrənir. Uord evində tez-tez məclislər təşkil edir. Və Böyük Britaniyanın nazirləri, səfirliklərin nümayəndələri həmin məclislərə məmnuniyyətlə gəlirdilər. Burada bir maraqlı məqam ondan ibarətdir ki, Stiven Uord “ağzıbütöv” imici qazandığından, belə məclislərdən imtina edilməyib.

Belə məclislərin birində Böyük Britaniyanın müdafiə naziri Con Profyumo hovuzda çimirmiş. Həkim Stiven Uord Kristinaya işarə edir ki, tanış olmaq üçün əla məqamdır. Beləliklə, onlar tanış olurlar. Müdafiə naziri ona bir baxışdan vurulur. Kristina kişiləri bu dünyada xoşbəxt etməyi bacaran qadın olub. Üstəlik, müəllimlər də bu gözəl qadına incəlik bəxş edərək, necə təmas qurmağın sirlərini öyrətmişdilər. Beləliklə, Böyük Britaniyanın müdafiə nazirinin ağlına da gəlməzdi ki, Krtistina Sovet İttifaqının ölkədəki hərbi-dəniz attaşesi, kapitan Yevgeni İvanova məlumat ötürür. Onların görüşləri iki il çəkdi. Hətta, müdafiə naziri işlərini yarımçıq qoyub Kristina ilə şəhər kənarına tez-tez gəzməyə də çıxırdı. Nəhayət, ingilis kəşfiyyatı bu məsələ ilə bağlı təhqiqata başlayır. Qısa müddətdə əldə edilən məlumatlar ölkənin Baş nazirinə ötürülür. Məlum olur ki, müdafiə naziri tələyə düşüb. Məlumatda o da bildirilirdi ki, Yevgeni İvanov nəinki diplomatdır, o həm də KQB-nin əməkdaşıdır.

Burada başqa məqamlar da var idi. Yevgeni İvanov Kristinaya elə vurulmuşdu ki, Moskvadan verilən tapşırıqları bəzən unudur, gecələr səfirliyin avtomobilini birbaşa və çəkinmədən Kristinanın evinə sürdürürdü. Bir sözlə, bu qadınla bağlı tapşırıqlar unudulur, yaxud, qulaq ardına vurulurdu. O, getdikcə nəzarəti itirir, tapşırığı uçuruma aparırdı. Müdafiə naziri Con Profyumoya isə dedilər ki, “sən tələyə düşmüsən və sevgi zamanı ölkənin təhlükəsizliyi ilə bağlı verdiyin məlumatlar sovet kəşfiyyatçısı vasitəsilə kənara çıxıb”. Con Profyumo buna inanmayanda, ona Kristinanın Yevgeni İvanovla olan fotolarını göstərdilər. Bundan sonra Rrofyumo Kristina ilə əlaqələri kəsdi. Güman etmək olardı ki, iş bununla da bitdi. Amma bu son deyildi. Böyük Britaniyanın müdafiə nazirinin onu atmasından sonra Kristina Yamaykadan olan iki narkodilerlə yeni sevgi macərasına başladı. Həmin zəncilər bir-birindən xəbərsiz bu qadını sevir, onu marixuana və kurortları gəzdirməklə təmin edirdilər. İki zənci biləndə ki, Kristina onların ikisi ilə də sevgi yaşayır, bir-birini bıçaqladılar. Bu iş böyüdü, məhkəməyə qədər gedib çıxdı. Kristina məhkəmə zamanı vaxtilə ölkənin müdafiə naziri ilə görüşdüyünü də etiraf etdi. Hətta, həkim Stiven Uordun öz evində əyləncə məclisləri qurmasını da bildirdi. Bu etirafdan sonra Stiven Uord bütün ölkədə rüsvay olmasını görüb, çoxlu yuxu dərmanı ataraq özünü öldürdü.

Yalnız bundan sonra bütün ölkə əhalisi və jurnalistlər bildi ki, Böyük Britaniyanın müdafiə naziri sovet kəşfiyyatının tələsinə düşüb. Nəticədə, Con Profyumo vəzifəsindən və ümumilikdə siyasətdən həmişəlik qovuldu. Baş nazir öz işçisinə vaxtında nəzarət etmədiyinə görə elə tənqid atəşinə tutuldu ki, depressiyaya düşdü. Sonra istefa verdi. Onun rəhbərlik etdiyi partiya seçkilərdə uduzdu və uzun illər siyasətə qayıda bilmədi.

Vəzifədən azad edilən və siyasətlə məşğul olması yasaqlanan Con Profyumo varlı adam olduğundan, qovulandan sonra özünü təmin edə bilirdi. Amma hansısa səbəbdən xeyriyyəçilik fonduna üzv oldu və neçə illər ictimai ayaqyolunda təmizləyici işinə düzəldi. O, 2006-cı ildə vəfat etdi. Ayaqyolunu yusa da, üzərindəki ləkəni ömrünün sonuna qədər yuya bilmədi. Kristina isə sovet kəşfiyyatçısı ilə qəsdən sevişməsini və məlumatlar ötürməsini boynuna almadı. Eləcə bildirdi ki, İvanovun kəşfiyyatçı olmasını bilməyib, münasibətlər yalnız sevgidən ibarət olub. O, gözəlliyi ilə qalan vaxtlarda yenə də imkanlı kişilərlə sevgi həyatı yaşadı, onların hesabına dolandı. Gözəllik gedəndən, sifətində qırışlar yaranandan, eləcə də yaşı artandan sonra keçdiyi ömür yoluna dair memuarlar yazdı. Dörd memuarın dərc edilməsi ona kifayət qədər qazanc gətirdi. Dünyanın bu gözəl qadınının müxtəlif kişilərdən iki oğlu olub. Bir oğlu “onu tanımaq istəməyərək” üz çevirib, o biri isə ildə iki dəfə anasının yanına gəlir.

O ki qaldı Yevgeni İvanova, onu təcili Moskvaya geri çağırdılar. Verilən tapşırığı sonacan yerinə yetirmədiyinə və bir sevgiyə görə əməliyyatı uçuruma apardığına görə vəzifəsindən azad edildi. Həyat yoldaşı onu atıb evdən getdi. İvanov içkiyə qurşandı. Kirstina və İvanov yalnız 1993-cü ildə, SSRİ dağılandan sonra Moskvada görüşdülər. Rusiya qəzetlərindən biri onlardan müsahibə alıb fotolarını çəkdi. Bu onların son görüşü oldu. 1994-cü ildə Yevgeni İvanov vəfat etdi. Sonralar məlum oldu ki, evində əyləncələr təşkil edən həkim Stiven Uordu da İvanov tələyə salıbmış və sovet kəşfiyyatına işləməyə məcbur edibmiş. Kutuzovun nəslindən olan və yaranışından kəşfiyyatçı kimi doğulan Yevgeni İvanov bir sevginin əsirinə çevrilib öz karyerasına son qoydu.

Müdafiə nazirini tələyə salan qadın...

İndi Kristina Kilerin 70 yaşı var. O, Londonun sakit məhəllələrindən birindəki mənzilində yaşayır. Tez-tez xəstələnir. Hərdən isə həyatının gənclik illərində necə şən, gözəl və axmaq olduğunu yada salaraq ölüm saatını gözləyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru