Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Oyuncaq Abbas Abbasov real İlham Əliyevə qarşı
Tarix: 22-04-2015, 15:18 | Çap et
Oyuncaq Abbas Abbasov real İlham Əliyevə qarşı
2013-cü il prezident seçkiləri müxalifətdən ötrü biabırçılıqla, gizli fəaliyyətdə olan qaranlıq qüvvələrin isə darmadağın olması ilə başa çatdı.

Bundan sonra elə görünə bilərdi ki, “qırmızı Azərbaycan direktoratı”nın lideri parlaması və uçuruma yuvarlanması tarixçəsi uzaqbaşı yalnız qəzet arxivlərində qalmağa məhkumdur. Elə görünə bilərdi ki, Kremldəkilərin bir hissəsi tərəfindən fəal surətdə dəstəklənən “rus siyasi partiyası”nın lideri Abbas Abbasov silahı yerə qoyub bir kənara çəkilməlidir...

Amma olmadı. Yadınıza gəlirsə, seçkilərə hələ yarım il qalmış, mart hadisələrinin ən qızğın vaxtında amerikalılar effektiv siyasi texnologiyalar vasitəsilə tamamilə heç nədən ictimai etirazları qızışdıranda Əliyev hakimiyyəti bir qədər mürəkkəb vəziyyətə düşmüşdü.

Vəziyyətin mürəkkəbliyi onda idi ki, Rusiyadakı müəyyən qüvvələr də İlham Əliyev hakimiyyətinin devriləcəyi təqdirdə bu situasiya üçün bir növ B planı hazırlamışdılar. Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini - “Milyarderlər ittifaqı”nı yaratdılar. Bakıdakı ruspərəst narazıları isə Ziyalılar Forumu adlı saxta dissident hərəkatının pərdəsi altında gizlətdilər. SSRİ KQB-sinin agnetura şəbəkəsinin bütün “ağsaqqalları”nı - Eldar Namazovdan Rüstəm İbrahimbəyova qədər hamısını - səfərbər etdilər. Kremlin nəzarətində olan bütün “yağlı” adamları və heç nəyə yaramayan Söyün Sadıqov kimi agentura tör-töküntülərini isə Abbas Abbasovun ətrafına yığdılar.

Lakin hamı gözəl başa düşürdü ki, ön plana çıxarılan Kreml əlaltılarının heç biri heç nəyə yaramır, oyun Abbas Abbasovun üstündə qurulub. Baş nazirin sabiq I müavini mahiyyət etibarilə “Azərbaycanın Yanukoviçi” rolunu (sabiq prezidentin 2004-cü ildəki rolunu) oynamalı idi. Yəni Əliyevin gedəcəyi, Qərbin isə meydançaya öz oyunçularını buraxacağı təqdirdə Moskva hərəkətə gəlməli və ölkəni Rusiyanın geosiyasi maraqları orbitində saxlamaq üçün öz ssenarisini həyata keçirməyə başlamalı idi.

Abbas Abbasov rusiyalı generalların ona diktə etdiyi oyun qaydalarını əlbəttə ki, qeyd-şərtsiz qəbul etdi. O, yalançı gizli siyasi hərəkatın liderinə çevrildi. Yəni Abbasov “Heydər Əliyev mənim atam, İlham Əliyev isə böyük qardaşımdır” sözlərini var səsi ilə bəyan etdi və etməkdə davam edir. Əslində isə faktiki olaraq böyük siyasi riyakarlıq oyununda aktyor rolunu faktiki olaraq öz üzərinə götürür. Bu teatral oyunun sonu, finalı isə təbii ki, prezidentin devrilməsi idi.

Lakin İlham Əliyev Qərbin qarşısını kəsdi, Putinlə bütün məsələləri həll edib son nöqtəni qoydu. Müxalifəti mütləq mənada oyundankənar vəziyyətə salmaq üçün çox əlverişli siyasi vəziyyət yaratdı. Siyasi səhnəni “beşinci kolon”dan və Qərbin agentura şəbəkəsindən təmizlədi. Bununla da hər hansı kataklizmlərsiz və rəngli inqilablarsız sabit gələcəyi təmin etdi. Buradakı siyasi mühit çox fərqlidir - burada nə Liviya ssenarisi cücərməz, nə də Suriya. Burada heç Ukrayna ssenarisinə də yer yoxdur.

Bəs Abbasov bu halda nə etməli idi? Abbasovun Federal Təhlükəsizlik Xidmətinin (FTX) laboratoriyalarında şəxsən onun üçün hazırlanmış bütün “oyuncaq” postlardan istefa verməkdən başqa çıxış yolu yox idi. Məqsəd isə bu yolla “qırmızı direktorat”ın liderindən azərbaycanlıların liderinə çevrilmək idi. Hələlik Rusiyadakı azərbaycanlıların liderinə... “Görək sonra necə olur” qənaəti ilə... Lakin sonra heç nə alınmadı. Direktoriya iflasa uğradı.

Bəs Abbasov nə edir? O, hətta sarsıdıcı məğlubiyyətdən və ifşa olunandan sonra da bəyan edir ki, Rusiya azərbaycanlılarının lideri olaraq qalır və “Rusiya ilə Azərbaycan arasında dostluğu gücləndirmək naminə işləməkdə” davam edir.

Lütfən bir dəqiqə, əvvəla, sual yaranır: ondan Rusiya-Azərbaycan dostluğu naminə fəaliyyət göstərməyi kim xahiş edib? Abbasovun cavabı budur: prezident xahiş edib. Bəs haçan edib? Nə olsun ki, prezident haçansa hansısa bir ifadəni işlədib?! Bu əsl bizanslı isə yunan demaqoqu inadkarlığı ilə həmin sözdən bu günə qədər də ikiəlli yapışıb.

Abbasovun bütün rəsmi çıxışları əsl bizanslı məkri nümunəsidir. Hələ onun sözünə fikir verin: “Qoy İlham Əliyev şəxsən özü mənə desin, mən də hər şeyi qoyub gedim”.

Əgər bu sözü Əliyevin dövlət aparatındakı etiket qaydalarını bilməyən, bundan əsla xəbərdar olmayan biri desəydi, onun səmimiyyətinə yenə də haradasa inanmaq olardı. Lakin bu sözü Əliyev hökumətində 14 ildən çox rəhbər vəzifədə işləmiş biri deyir! Əliyev hökumətindəki yazılmamış qanunları və anlayışları kim də bilməsə, Abbasov yaxşı bilməli idi! Abbasov doğrudanmı belə hesab edir ki, prezident dəstəyi götürəcək, ona zəng edəcək və birbaşa Lyubyankada onun üçün hazırlanmış “ehtiyat aerodrom”dan uçub getməyi xahiş edəcək?

Digər tərəfdən, Abbas Abbasov doğrudanmı hələ indiyə qədər də səmimi şəkildə belə hesab edir ki, o, baş nazirin I müavini postundan uzaq 2006-cı ildə istefaya vermək və ümumittifaq əhəmiyyətli təqaüdçüyə çevrilmək qərarına elə-belə, könüllü şəkildə gəlib?

Axı səthi analitik təhlil qabiliyyəti olan və Əliyev hakimiyyətinin siyasi fəlsəfəsi ilə azdan-çoxdan məlumatı olan adamlar da yaxşı bilir ki, yazıçı Viktor Suvorovun da dediyi ki, bu hakimiyyətin dəhlizlərinə girmək bir manatdır, oradan çıxmaq isə iki manat. Abbasov bu hakimiyyətdən könüllü şəkildə ayrılmağa, ondan könüllü şəkildə qopmağa dair heç olmasa bircə nümunə gətirə bilərmi? Yox, bu, yalnız xəyanət halında mümkündür.

A.Abbasov nəyə görəsə bizim hamımızı axmaq sayır. O, bir neçə gün öncə bizim saytımıza açıqlamasında görün hələ nə deyir: “Mənim əlim prezidentə çatmır, onunla görüşə, danışa bilmirəm. Məni onun yanına buraxmırlar”.

Abbasov bu məqamda adama bilirsinizmi kimi xatırladır? 37-ci ildə güllələnməyə aparılan, amma İosif Vissarionoviçin bundan xəbərinin olmadığına inanan adamları...

Abbasov doğrudanmı bu qədər sadəlövhdür? O, doğrudanmı belə hesab edir ki, Azərbaycanın Rusiyadakı səfirliyi onun təşkilatını parçalayır, Söyün Sadıqovun qarşısına xalı sərir, bütün ictimaiyyət onu bir ağızdan “ikinci Əliheydər Qarayev” (1920-ci ildə Azərbaycanı Rusiyanın tərkibinə qatmağa çağıran məşhur bolşevik) adlandırır, ölkənin ali rəhbərliyi isə bu haqda heç nə bilmir? Çox gülməlidir.

Amma Abbasov indulgensiyaya, özünü günahları qarışıq satın almağa bel bağlayır. Abbasov doğrudanmı hələ də başa düşmür ki, Heydər Əliyev kimi İlham Əliyev də xəyanəti, illah da şəxsi plandakı xəyanəti heç vaxt bağışlamır?! Əgər Abbasov ali kasta üzvləri üçün müəyyən edilən yazılmamış oyun qaydalarını pozmayıbsa, Azərbaycan hakimiyyəti onu niyə, hansı əsasla günahsız qurban kimi seçməlidir? Qaydaları pozdu, satdı, qaçdı və cəzalandı!

Lakin bu yaxınlarda yaşanan indulgensiya təcrübəsinin (məsələn, Fərhad Əliyevin timsalında) də göstərdiyi kimi, hakimiyyət Brutu yalnız o halda bağışlayır ki, o, açıq şəkildə çıxıb tövbə eləsin, ambisiyalarından əl çəksin. Ən xırda etiraz belə sərt hakimiyyətdə dəhşətli qəzəb doğurur və o, buna görə amansız cəza verir.

Tövbə etməkdən imtina edən və hələ də ağdərili Mandela simasında real Azərbaycana qayıtmağı xəyal edən Əli İnsanov buna parlaq misaldır. Hərçənd ki, daha parlaq nümunə elə Abbas Abbasovun özüdür. Onun geriyə, Azərbaycana yolu yeganə perspektiv vəd edir - həbsxana narası.

Və tutaq ki, Ayaz Mütəllibovdan fərqli olaraq Abbas Abbasovun reanimasiya və qayıtmaq şansı da artıq yoxdur. Mütəllibov bu hakimiyyətin düşməni idi, Abbasov isə Əliyevə xidmət edib. Mütəllibovu ümummilli konsensus naminə bağışladılar, Abbasov isə bu konsensusun subyekti ola bilməz. Axı o, hakimiyyət düşərgəsində olub.

Beləliklə, istefada olan, bütün Rusiya azərbaycanlılarının liderliyinə iddia edən 67 yaşlı məmurun ancaq bir yolu qalır - hakimiyyətlə qarşıdurma. Ancaq Abbasov buna da getməz. Niyə? Axı Bakıda bilirlər ki, Abbasovun arxasında kim dayanır və o, hər gün kimin kandarını yağır edir. Əliyev hakimiyyətinə qarşı istənilən çıxış şəxsi çağırış kimi qarşılanacaq.

Rəsul Quliyevdən və ya Hüseyn Abdullayevdən fərqli olaraq Abbasova heç kim hakimiyyətə qarşı döyüşməyə və ikinci müqavimət cəbhəsi açmağa imkan verməz. O, BND, hətta MKİ ilə əməkdaşlıq etmir. Bizansın girovudur. Orada isə bütün siyasət xalça altından yürüdülür.

Ona görə də Abbasov ona Bakıdan göndərilən hər cür zəqqumu sükutla udur, axı o, özünün əsas vətəni Moskvada oyun qaydalarını poza bilməz. Orada heç kim buna görə onun başını sığallamaz. Lakin belə olan halda Abbasov Moskvanın nəyinə lazımdır? Əgər Bakıda hansısa amerikalı general peyda olsa və Rusiya marşrutuna alternativ yeni boru kəmərinin marşrutu cızılsa, xüsusən də Türkmənistan qazının Azərbaycan üzərindən tranziti haqda qızğın müzakirələrin getdiyi indiki vaxtda, Abbasov hiss olunmadan ortaya çıxıb Rusiya-Azərbaycan dostluğu haqda hansısa bəyanatla çıxış edəcək. Uzaq Moskvada kimlərsə Azərbaycan hakimiyyətinə bu ağırçəkili oyuncağı göstərir - baxın, uşaqlar, uduzarsınız, odla oynayırsınız...

Rusiya isə artıq bir dəfə Gürcüstanda sübut edib ki, oyuncaq da prezident ola bilər, özü də təkcə iri korporasiyanın yox, bütöv ölkənin prezidenti.

Marqvelaşvili sizə Fransis Veberin ölməz komediyasındakı həmin oyuncağı xatırlatmır ki? İndi isə Abbas Abbasovun Rusiyadakı prezident seçkiləri kampaniyası zamanı Lujnikidəki çıxışına diqqətlə baxın, görün o necə də ürəkdən deklamasiya edir: “Yaşasın Putin!”

Bu da yaxşı oyuncaqdır. Hələlik Moskvadakı bəzi generalların əlində...

İndi siz anladınızmı ki, Bakıda Abbasovun ətrafında niyə bu qədər tozanaq var? Və o nədən hələ də ölkənin aparıcı KİV-lərinin ön səhifələrindədir?

Ancaq Abbasovun faciəsi bunda deyil ki, o, real vitse-premyerdən Moskva oyuncağına çevrilib! Faciə ondadır ki, o, tamamilə çıxılmaz vəziyyətdə qalıb. Bakıya yolu bağlıdır. Qərbə qaçmaq - Litvinenko nümunəsində olduğu kimi polonium sıyığı deməkdir. Moskvada isə ona bir tale cızıblar - oyuncaq taleyi...

Nə qədər patetik səslənsə də heç vaxt öz prezidentinizi satmayın! Və heç vaxt öz vətəninizi satmayın! Əks halda siz gözdən düşmüş Moskva və ya Berlin oyuncağına çevrilərsiniz...

Eynulla Fətullayev

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru