Suriyada döyüşən azərbaycanlıdan ilginc açıqlamalar... - `Suriyaya elm üçün getmişdim`
Tarix: 14-04-2015, 17:26 | Çap et
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyib.
İttiham olunanlardan Hüseyn Məmmədov ifadə verib. O, ifadəsində Suriyada cəmi 2 gün qaldığını deyib: “Mən ora tədris almaq üçün getmişdim. Özü də mənim olduğum ərazidə heç bir silahlı insident yaşanmayıb. Həmin ərazi Türkiyənin nəzarəti altında idi. Orada qaldığım müddətdə islama aid heç nə görmədim. Ümumiyyətlə, oradakıların dinə heç bir aidiyyəti yoxdur. Mən Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmişəm. Döyüşməyə qalsaydı, elə gedib Qarabağda döyüşərdim. Yenə deyirəm mən yalnız və yalnız tədris, elm üçün Suriyaya getmişəm. İbtidai istintaqa verdiyim ifadələrimi qəbul etməmişəm. Təsir altında olmuşam”.
Təqsirləndirilənlərdən Nicat Abbasov isə ifadə verməkdən imtina edib. O, susaraq prokurorun və hakimlərin suallarını cavabsız qoyub.
Məhkəmədə şahid qismində iştirak edən Bilal Əliyev mühakimə olunanlardan yalnız Hüseyn Məmmədovu tanıdığını deyib. “Biz Hüseynlə Türkiyəyə gedərkən yol yoldaşı olmuşuq. Onun Suriyaya getməyindən heç bir xəbərim olmayıb. Yolda dinlə bağlı heç nə danışmadıq. O, musiqi dinləyirdi. İbtidai istintaqa verdiyim ifadəni təsdiqləyirəm”.
Məhkəmə prosesi aprelin 16-da davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb.
İttihama görə, Hüseyn Məmmədov Nicat Abbasov və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxslərlə dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak ediblər. Hüseyn Məmmədov 2013-cü ilin sentyabr ayında Gürcüstana, ordan Türkiyənin Qaziantep şəhərinə qanuni yolla gedib. Həmin şəhərdən qanunsuz olaraq Suriya Ərəb Respublikasının ərazisinə keçib. O, “An Nusra Cəhbəsi” nin tərkibində daxil olmaqla fəaliyyət göstərən “Jundullah Şam Dəvəti İbrahim” adlı silahlı birləşməyə qoşulub. Orada silahlı təlimlərdə iştirak edib. Bundan sonra “Əl Qadiə” silahlıları tərəfindən əsir düşüb. 5-6 gün əsrlikdən sonra Türkiyəyə təhvil verilib. Burada Nicat Abbasovla rastlaşıb. Onlar Azərbaycana qayıdarkən Gürcüstan sərhədində MTN-nin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunub.
Nicat Abbasov isə Suriyanın Sarmada şəhərində məskunlaşıb və "Cəbhətul Nusra" qruplaşmasının tərkibində fəaliyyət göstərilib. Orada silahlı təlimlərdə iştirak etmiş və “Kalaşnikov” markalı avtomatdan istifadə etməyi öyrənib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 12.1.279.1, 12.3.28.214.2.1, 12.3.28.214.2.3 və 12.1.218.2 maddələri ilə ittiham olunurlar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
|