“Bəlkə Kreml Azərbaycan qazının Yunanıstandan nəqlini pozmaq istəyir?” - “Alman dalğası”
Tarix: 13-04-2015, 14:30 | Çap et
 Ötən həftə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası qəbul edərək “Türk axını” qaz kəməri layihəsinin yunan ərazilərindən keçməsi məsələsini müzakirə etdi.
Virtualaz.org saytı xəbər vermişdi ki, Putin Yunanıstan baş nazirini bu layihənin Afina üçün çox sərfəli olacağını inandırmağa çalışıb. O bildirib ki, “Türk axını” kəməri Yunanıstan üçün hər il yüz milyonlarla dollar stabil tranzit gəliri vəd edir və bu ölkəni Avropanın cənubu üçün mühüm enerji mərkəzinə çevirəcək, onun geosiyasi əhəmiyyətini artıracaq.
A.Tsiripas isə Yunanıstanın bu layihədə iştirakı məsələsinə baxıldığını, əgər bu, baş verərsə, Afinanın Ankara ilə münasibətlərinin xeyli yaxşılaşacağını deyib.
Ancaq yunan baş nazir əlavə edib ki, layihənin adı xoşuna gəlmir: “Biz “Türk axını” adını qəbul edə bilmərik”.
“Alman dalğası” radiostansiyası bu mövzunu şərh edərək qeyd edir ki, Putin yunan baş nazirə “möcüzə-kəmər” təklif edib. Ancaq Kreml rəhbərinin sifətindəki darıxdırıcı ifadəyə əsasən hiss etmək olardı ki, bütün bu deyilənlər başdan ayağa şişirtmədir.
Sonda Putin özü də incə şəkildə bu şişirtməyə görə məsuliyyətdən yaxasını kənara çəkib “Türk axını”ına dair heç bir konkret razılaşma əldə edilmədiyini vurğuladı.
Şərhdə deyilir ki, əslində Rusiyanın dayandırdığı “Cənub axını” layihəsinin dumanlı kölgəsi olan “Türk axını” ilə bağlı məsələ heç də birmənalı deyil.
Rusiya bu layihə ilə Avropa İttifaqının təzyiqləri nəticəsində “Cənub axını”nın tikintisini donduran Bolqarıstandan qisas almaq istəyir. Nümayiş etdirir ki, Bolqarıstan ərazisindən qaz tranziti planlarından imtina edir. Lakin bu, o deməkdir ki, Rusiya Bolqarıstanın yerləşdiyi regiona ildə 50 milyard kubmetr qaz nəql etmək planlarını da reallaşdıra bilməyəcək. Bu planı reallaşdırmaq üçün “Türk axını”nın son nöqtəsindən, yəni Yunanıstanın Türkiyə ilə sərhədindən hansısa kəmər şimala - Bolqarıstana istiqamət almalı idi. Ancaq Bolqarıstan hazırda Rusiya tərəfindən tranzit ölkə kimi nəzərdən keçirilmədiyindən Yunanıstan ideyası meydana çıxıb.
Ancaq Yunanıstandan tranzitlə hara? Məsələ bundadır ki, Yunanıstandan ancaq Makedoniya və Albaniyaya tranzit mümkündür. Bu ölkələr isə o qədər kasıb və balacadır ki, ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkiləcək kəmərin son nöqtəsi ola bilməzlər.
Ona görə də sonrakı marşrutu planlaşdırmaq lazımdır: Makedoniya-Serbiya-Macarıstan-Avstriya, yaxud Albaniya-Çernoqoriya-Bosniya-Xorvatiya-Sloveniya-Avstriya.
Lakin heç bir variant iqtisadi baxımdan real deyil. Mərkəzi Avropaya qaz nəqli üçün hansısa sayda Cənubi Avropa ölkəsinə ildə yüz milyonlarla dollar tranzit haqqı ödəmək kimə lazımdır? Axı bu cənub ölkələrinin özlərinin qaza tələbatı çox cüzidir.
Deməli, “Türk axını” haqda deyilənlər böyük ölçüdə siyasidir. Rusiyanın iki variantı var: ya siyasi maraqlara üstünlük verib Balkan ölkələrinin bu layihədə iştirakını maliyyələşdirsin, ya da iqtisadi amillərə üstünlük verib Bolqarıstanla incikliyi bir kənara qoysun və bu ölkəni öz planlarına daxil etsin.
O biri yandan “Türk axını”nı Yunanıstandan keçirmək ideyası həm də ona görə şübhə doğurur ki, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub qaz dəhlizi”nin bir hissəsi - TAP kəməri bu ölkədən keçəcək. Bu kəmərin tikintisi artıq başlayıb.
“Doğrudanmı Moskvada TAP-ı təkrarlamağı qərara alıblar? Yaxud onun Yunanıstanda reallaşmasını pozmaq və TAP-ı Putinlə Tsiprasın barəsində yaxşıca bəhs etdikləri kəmərlə əvəzləmək istəyirlər? Hər halda “Türk axını”nı Yunanıstan ərazisi boyu uzatmaq rus-yunan mifidir, hərçənd ki, çox effektlidir” - deyə “Alman dalğası” qeyd edir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
|