Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                 

Abbas Abbasov İlham Əliyevə qarşı çıxdı, təşkilatlar ayağa qalxdı – İki prezidentə şok müraciət (MƏTN)
Tarix: 3-04-2015, 12:00 | Çap et
Abbas Abbasov İlham Əliyevə qarşı çıxdı, təşkilatlar ayağa qalxdı
Son aylar Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla bağlı gərginliyin yarandığı azərbaycanlıların ən fəal təşkilatlarından biri - "Azərros”da "FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda tədbir tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə son aylar təşkilatın Ağsaqqallar Şurasının sabiq rəhbəri Abbas Abbasovun və tərəfdarlarının xoşagəlməz və süni gərginlik yaradadn fəaliyyətinə qiymət verilib. Sonda tədbir iştirakçıları, həmçinin Rusiyada mövcud olan Azərbaycan təşkilatlarının rəhbərləri Azərbaycan Prezidenti Ilham Əliyevlə Rusiya prezidenti Vladimir Putinə müraciət qəbul olunub.

Mia.az hər iki müraciəti "Azərros”un rəsmi saytına istinadən olduğu kimi təqdim edir:

"Hörmətli İlham Heydər oğlu!

Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir.

Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının sabiq Baş nazirin müavini Abbas Abbasov və ondan maddi cəhəddən asılı olan tərəfdaşları Rusiya Federasiyasının "Milli-mədəni muxtariyyət haqqında" və "Xarici agentlər haqqında” Federal Qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.

Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq, tarixi Vətənimiz ilə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos FMMM-nin rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan AzərRos FMMM-ni ona şübhəsiz etibar etdik.

AzərRos FMMM 1999-cu ildə Rusiyada təsis edilmişdir. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat Rusiya Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilmişdir.

Lakin Abbas Abbasov verdiyi sözlərini yerinə yetirməmişdir. Rusiya azərbaycanlılarını birləşdirilməsi və AzərRos FMMM ilə digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə o, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A.Abbasov Rusiya azərbaycanlılarını Sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır.

Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın AzərRos FMMM-yə və bizə, bu təşkilatın üzvlərinə, qarşı nifrət yaradırdı.

Azərbaycan Respublikasının hakimiyyət orqanlarına müxalif qüvvə kimi Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz anlamama və təəssüf hissləri ilə qəbul edirik. Yeni rəhbərlik ilə AzərRos FMMM üzvlərinin dialoq qurmaq bütün cəhdləri A.Abbasovun mövqesinə görə heç bir nəticəyə gətirməmişdir. O, təşkilatda avtoritar idarəçilik sistemini yaratmış, rəhbərliyin mövqesindən fərqli mövqe tutan hamını qovmuş və AzərRos FMMM-ni "cib” ictimai təşkilatına çevirmişdir. 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə "kağızda” AzərRos FMMM-nin qurultayını keçirmiş. Həmin qurultay əsnasında bütün "xoşa gəlməyən” və "sözə baxmayan” regional təşkilatlar AzərRos FMMM-dən çıxarılmışlar. 2015-ci ilin əvvəlində təşkilatın tərkibində 40-dan çox Rusiyanın Azərbaycan milli-mədəni muxtariyyətindən cəmi 4-ü (!) mövcud qalmışdır.

İctimai təşkilatımızın şəxsi maraq nöqteyi nəzərindən özəlləşdirilməsini və istifadə edilməsini daha rahat izləyə bilmirdik. Əvvəlki adını bərpa etmək, böhranı uğurla addımlamaq və AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional liderləri FMMM-nin ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il ərzində gördüyü işləri qeyri-qənaətbəxş təsdiq edildi, nümayəndələr AzərRos FMMM-nin sabiq sədri Asif Məhərrəmova etibarsızlıqlarını ifadə etdilər və A.Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın barışması və birləşməsi məqsədilə nümayəndələr tərəfindən cari ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edilmişdir. Lakin A.Abbasov ümumrusiya azərbaycanlılar qurultayının qərarını saymaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz "qurultayını” keçirmişdir. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək o, AzərRos Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini "qurultaya” buraxmamışdır. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi.

Hörmətli İlham Heydər oğlu!

Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan post-sovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya azərbaycanlıları, millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaşadıqları yerindən asılı olmayaraq, Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni adlandırıb. 2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında çıxış edərək Siz bütün azərbaycanlıları birlik, sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə riayət edirdik və edirik və Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk.

Təəssüf ki, A.Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradır.

Sabiq Baş nazirin müavini A.Abbasov Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq, Rusiya Federasiyasının qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı A.Abbasovla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.

Dərin hörmətlə,

Abdullayeva M.S., AzərRos FMMM-in üzvü Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi Abdurəşidov Ş. "Kontinent” MMC Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM Рђğayev Q., Moskva vilayəti üzrə RMMM Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü Allahveridyev Рў., Рђlıyev Рђ., şair ƏİB "Şəhriyar”

Amanov E.Рђ., RMMM Kaluqa vilayəti Рђslan Рњ., "Kontinetnt” MMC Əhmədov Q.M. AzərRos FMMM-in üzvü Əhmədov T.N. Babayev T.E. Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi Hacıyev T.S. ., AzərRos FMMM-in üzvü Qəmbərov R.A. РњMM İvanovo şəhəri Qarayev İlqar "Kontinent” MMC Həsənov E.R. Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi Qasımov Рђ., şair ƏİB "Şəhriyar” Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi Qurbanov D.B. Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti Hüseynov A., tarix elmləri doktoru, professor Hüseynov Рђ.İ., RMMM Yaroslav vilayəti. Hüseynov R.İ., Ulyanovsk şəhəri Hüseynov F.A., "Kontinetnt” MMC Gəncəliyev N., RMMM Astraxan vilayəti Cavadov Ş.D. RMMM Kaluq avilayəti Cəlalov Ş.D., "Kontinent” MMC Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri. Dövlətov A. AzərRos FMMM-in Gənclər birliyi Zeynalov Рђ., AzərRos FMMM-in Gənclər birliyi Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi İsrafilov Рђ. N. Qəlbiyev U.İ. Məhərrəmov Ə.Y. Məmmədov A.İ. Krasnoyarsk şəhəri Məmmədov A. Рђ. Məmmədov V., publisist ƏİB "Şəhriyar” Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi Məmmədov S., şair ƏİB "Şəhriyar” Məmmədov E.A. Məmmədov S.A. MMMM İvanovo şəhəri Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi Mehdiyev Рђ., jurnalist Mustafayev V.R., RMMM Rostov vilayəti Rəhimov R.F. Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti Səfərov Рђ. S. Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu Seyidov A.R. RMMM Surqut şəhəri (РҐРњVD) Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti

Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri. Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri. Xıdırov Y.Y., AzərRos FMMM-in vitse-prezidenti Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi Şamilova İ., AzərRos FMMM-in Gənclər birliyi Yaqubov A.N. MMMM İvanovo şəhəri

Moskva şəh. 3 mart 2015-c il

******

Rusiya Federasiyasının Prezidenti, cənab Vladimir Putinə,

Möhtərəm Vladimir Vladimiroviç!

Son zamanlar Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM AzərRos) ətrafında yaranmış və təşkilatı dağılma təhlükəsi qarşısında qoyan dramatik vəziyyət bizləri Sizə müraciət etməyə vadar etdi. Belə ki, Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının Baş nazirinin keçmiş müavini Abbas Abbasov, ondan maddi olaraq asılı olan tərəfdaşları ilə Rusiya Federasiyasının 17.06.1996-cı il tarixli, 74-FZ saylı "Milli-mədəni muxtariyyət haqqında” Federal Qanununu və Rusiya Federasiyasının 20.07.2012-ci il tarixli N 121-FZ saylı, "Rusiya Federasiyasının xarici agentlik funksiyalarını həyata keçirən qeyri kommersiya təşkilatlarının fəaliyyətinin tənzimlənməsi haqqında ayrı qanunverici aktlara dəyişikliklərin edilməsi haqqında” Federal Qanununu kobud şəkildə pozaraq, "AzərRos” FMMM ictimai təşkilatını zəbt etməyə çalışır.

AzərRos FMMM 1999-cu ildə Rusiyada yaradılıb. Öz fəaliyyəti dövründə təşkilat RF-ki azərbaycanlı icmalarını vahid mərkəz ətrafında birləşdirməyə nail olub, FMMM-in tərkibinə 40-dan artıq regional təşkilat daxil olub. Son zamanlara qədər AzərRos FMMM Azərbaycan mədəniyyətinin və adət-ənənələrinin qorunması, çoxmillətli Rusiyada yaşayan xalqlar arasında barışığın möhkəmlənməsi, Azərbaycan və Rusiya xalqları və dövlətləri arasında dostluq və mehribançılığın inkişaf edilməsi kimi tapşırıqları layiqincə yerinə yetirib. Təşkilat çox millətli Rusiya cəmiyyətində ekstremizmə, separatizmə və radikalizmə qarşı müqavimət göstərib, ölkə rəhbərliyinin siyasi kursunu daima dəstəkləyib. Sizin göstərişiniz əsasında 2001-2003-cü illərdə AzərRos FMMM-in rəhbəri, etibarlı nümayəndəniz Söyün Sadıxov milli məsələlər üzrə keçmiş nazir Vladimir Zorin və RF XİN-in nümayəndələri ilə birlikdə AŞPA və AŞ-ın milli azlıqların məsələləri ilə bağlı iclaslarında iştirak edib, Rusiyanın maraqlarını təmsil edib, həmçinin Şimali Qafqazda konstitusiya qayda-qanununun tətbiqi və terrorizmlə mübarizə kimi ciddi məsələlərdə Sizin siyasətinizi dəstəkləyib.

Lakin, son il yarım ərzində bu şərəfli fəaliyyəti davam etdirmək və ictimaiyyət üçün əhəmiyyətli olan işin aparılması əvəzinə, biz AzərRos FMMM-in fəaliyyətində eniş müşahidə edirik. AzəRos FMMM-in problemləri 2013-cü ildə təşkilatın rəhbərliyinin dəyişməsi ilə başlanıb. Belə ki, Abbas Abbasov hiyləgər vasitələrlə muxtariyyətin prezidenti vəzifəsinə, qurumu öz şəxsi mənafeləri və gücü üçün mənbə kimi görən Asif Məhərrəmovu gətirdi (DİN ehtiyat olan polkovniki). Bu sözdə xadim, özünü FMMM-in tərkibində qurmuş olduğu Ağsaqqallar Şurasının sədri elan etmiş Abbas Abbasovun əlində oyuncağa çevrildi.

A.Abbasovun timsalındakı yeni rəhbərlik, 15 il AzərRos FMMM-in ictimai-siyasi həyatında müvəffəqiyyətlə və fəal iştirak etmiş, lakin Abbasov siyasəti ilə razılaşmayan regional və yerli təşkilatların nümayəndələrindən qurtulmaq məqsədi ilə 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan "kağız üzərində” qurultay keçirib. A.Abbasov və A.Məhərrəmov Sizin və Azərbaycan Respublikasının Prezidenti adından istifadə edərək, Rusiya azərbaycanlıları üzərində "nəzarətçi” və "polisay” mövqeyini tutmuşlar.

Öz şəxsi ambisiyalarını rəhbər tutaraq, A.Abbasov AzərRos FMMM-i öz siyasi maraqlarını həyata keçirmək üçün bir alətə çevirmişdir. Bunun nəticəsində o, Rusiyanın azərbaycanlı icmasının, həmçinin Rusiya və Azərbaycan xalqlarının münasibətlərində gərginlik mənbəyinə çevrildi. Ağsaqqallar Şurasının keçmiş üzvü Rüstəm İbrahimbəyovla birlikdə o, öz əməlləri ilə Sizin adınızdan Azərbaycanın rəhbərliyinə ünvanlanan müxtəlif məzmunlu bəyanatlarla çıxış edərək Azərbaycan ictimaiyyətində Rusiya hökumətinə qarşı etibarsızlıq yaratdı. A.Abbasovun bu hərəkətləri Azərbaycan ictimaiyyəti və Rusiya azərbaycanlıları tərəfindən mənfi qarşılandı.

AzərRos FMMM-in yeni rəhbərliyi ilə danışıqlar aparmaq istiqamətində göstərilən bütün səylər A.Abbasovun tutduğu mövqe, təşkilatda qurduğu avtoritar idarəetmə ucbatından uğursuzluğa düçar oldu, rəhbərlikdən fərqli düşünən hər kəsi təşkilatdan kənarlaşdıraraq, o AzərRos FMMM-i ciblik bir quruma çevirdi. Son iki il ərzində AzərRos FMMM-dən bütün "xoşagəlməz” regional təşkilatlar xaric edilib – 2015-ci ilin əvvəlinə onun tərkibində cəmi 4 milli-mədəni muxtariyyət qaldı.

AzərRos FMMM-ki böhranın həlli məqsədi ilə təşkilatın Federal Şuranın üzvləri və rəhbərləri 17 yanvar 2015-ci il tarixində öz sıralarına 120 nümayəndəni və bütün Rusiyadan 200-ə yaxın qonağı toplamış növbədənkənar qurultayın keçirilməsini təmin etdilər.

Qeyd etmək lazımdır ki, qurultay RF hüquq-mühafizə təşkilatlarının təzyiqi altında keçirildi. Milli məsələləri idarə edən Prezident Administrasiyasının bəzi məmurları bölgələrdəki Azərbaycan təşkilatlarının üzvlərinə təzyiqlər göstərərək, öz hərəkətləri ilə fitnə və münaqişəni gərginləşdirərək legitim qurultayın keçirilməsinə maneələr yaratmağa çalışdılar. Biz hesab edirik ki, onlar A.Abbasov tərəfindən aldadılıblar.

Qurultayda muxtariyyətin son iki ildəki fəaliyyəti qeyri qənaətbəxş hesab edilib, iştirakçılar A.Məhərrəmova və A.Abbasova qarşı etimadsızlıqlarını ifadə edərək, sonuncunun başçılıq etdiyi Ağsaqqallar Şurasını ləğv etdilər. Təşkilatın birliyi və barışığı naminə iştirakçılar cari ilin 6 mart tarixinədək qurultayın işində fasilə elan etdilər və A.Abbasovu danışıqlara çağırdılar. Lakin o, ümumrusiya azərbaycanlılarının qərarına laqeyd yanaşdı.

Açıq dezinformasiya və saxtakarlıqla, o, Rusiya dövlət qurumlarının, xüsusi ilə Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələrini hələ də aldatmağa davam edir. 28 fevral tarixində A.Abbasov Moskvanın Millətlər Evində Azərbaycan ictimaiyyətindən və kütləvi informasiya vasitələrindən gizli olaraq, bağlı qapılar arxasında, Rusiyanın 40-dan artıq regional və yerli Azərbaycan ictimai təşkilatının nümayəndələrinin iştirakı olmadan, lakin RF Ədliyyə Nazirliyinin nümayəndəsinin və cəmi 4 (!) regional təşkilatın nümayəndəsinin iştirak ilə "uğurlu qurultay” keçirtdi. AzərRos FMMM FŞ-ın , təşkilatın əsasını təşkil edən, həmçinin regional və yerli milli-mədəni muxtariyyətlərinin üzvləri münaqişə vəziyyətinin həlli üçün Moskva Millətlər Evinin önünə gəlmişlər, lakin onların qarşısı RF DİN və xüsusi təyinatlı qüvvələri, həmçinin A.Abbasovun kiraladığı Dağıstanlı dəstələr tərəfindən kobud şəkildə kəsilmişdi. Biz bu 28 fevral qurama və saxta qurultayı qeyri qanuni hesab edirik və AzərRos FMMM FŞ-ın əksər üzvünün və Rusiyadakı Azərbaycan təşkilatlarının rəhbərlərinin tam iştirakı olmadan qəbul edilmiş qərarların ləğv edilməsini tələb edəcəyik. Öz hərəkətləri ilə A.Abbasov icma daxilindəki münaqişəni və AzərRos FMMM-ki parçalanmanı daha da dərinləşdirdi və çıxılmaz bir nöqtəyə gətirdi.

Hörmətli Vladimir Vladimiroviç!

Biz düşünürük ki, AzərRos FMMM-in parçalanması artıq Azərbaycan icmasının bilavasitə daxili problemi deyil. Kəskinləşən qarşıdurma, çox millətli Rusiya cəmiyyətində bütövlüklə xoşagəlməz mühitin yaranmasına səbəb olur.

Rusiya ətrafında mövcud gərgin siyasi şəraitdə bizlər, Rusiya vətəndaşları, cəmiyyətin daxilindəki narazıçılıqları aradan qaldıraraq birliyə nail olmaq istəyirik.

Biz bu gün dünya və Ukrayna ətrafında mövcud olan gərgin vəziyyətdə AzərRos FMMM-dəki münaqişənin daxili çərçivədən millətlər arası səviyyəyə daşmasından ehtiyat edirik.

Münaqişənin artmasının və yaranmış böhrandan çıxış yolunun tapılması məqsədi ilə biz, Sizə RF vətəndaşlarının konstitusiya hüquqlarının qarantı kimi müraciət edərək, RF "İctimai təşkilatlar haqqında” və RF "Milli-mədəni muxtariyyət haqqında” Qanunların pozulması məsələsinin araşdırılması məqsədi ilə aidiyyəti hökumət təşkilatlarına, həmçinin milli siyasət məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə Nazirliyinə AzərRos FMMM-in fəallarının iştirakı ilə iclasın keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik.

Dərin hörmətlə,

• Abdullayeva M.S., AzərRos FMMM-in üzvü

• Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi

• Abdurəşidov Ş. "Kontinent” MMC

• Əvazov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM.

• Рђğayev Q., Moskva vilayəti üzrə RMMM .

• Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi

• Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi

• Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü

• Allahveridyev Т.,

• Рђlıyev Рђ., şair ƏİB "Şəhriyar”

• Amanov E.Рђ., RMMM Kaluqa vilayəti

• Рђslan Рњ., "Kontinent” MMC

• Əhmədov Q.M. AzərRos FMMM-in üzvü

• Əhmədov T.N.

• Babayev T.E.

• Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi

• Hacıyev T.S. ., AzərRos FMMM-in üzvü

• Qəmbərov R.A. РњMM İvanovo şəhəri

• Qarayev İlqar "Kontinent” MMC

• Həsənov E.R.

• Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi

• Qasımiv Рђ., şair ƏİB "Şəhriyar”

• Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi

• Qurbanov D.B.

• Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti

• Hüseynov A., tarix elmləri doktoru, professor

• Hüseynov Рђ.İ., RMMM Yaroslav vilayəti.

• Hüseynov R.İ., Ulyanovsk şəhəri

• Hüseynov F.A., "Kontinent” MMC

• Gəncəliyev N., RMMM Astraxan vilayəti

• Cavadov Ş.D. RMMM Kaluq avilayəti

• Cəlalov Ş.D., "Kontinent” MMC

• Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi

• Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri.

• Dövlətov A. AzərRos FMMM-in Gənclər birliyi

• Zeynalov Рђ., AzərRos FMMM-in Gənclər birliyi

• Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi

• İsrafilov Рђ. N.

• Qəlbiyev U.İ.

• Məhərrəmov Ə.Y.

• Məmmədov A.İ. Krasnoyarsk şəhəri

• Məmmədov A. Рђ.

• Məmmədov V., publisist ƏİB "Şəhriyar”

• Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi

• Məmmədov S., şair ƏİB "Şəhriyar”

• Məmmədov E.A.

• Məmmədov S.A. MMMM İvanovo şəhəri

• Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi

• Mehdiyev А., jurnalist

• Mustafayev V.R., RMMM Rostov vilayəti

• Rəhimov R.F.

• Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti

• Səfərov Рђ. S.

• Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu

• Seyidov A.R. RMMM Surqut şəhəri (РҐРњVD)

• Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti.

• Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri.

• Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri.

• Xıdırov Y.Y., AzərRos FMMM-in vitse-prezidenti

• Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi

• Şamilova İ., AzərRos FMMM-in Gənclər birliyi

• Yaqubov A.N. MMMM İvanovo şəhəri

Moskva şəh. 3 mart 2015-c il.

Dəyirmi masa iştirakçılarının

tapşırığı ilə AzərRos FMMM-in

Prezidenti v.m.i.e., Federal Şuranın üzvü Hacıyev T.S.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru