"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                 

Nazir Beyləqanın icra başçısını niyə hədəfə alıb? - Vaqif Abdullayevin yan-yana düzülən villaları...
Tarix: 1-04-2015, 11:38 | Çap et
Nazir Beyləqanın icra başçısını niyə hədəfə alıb?
Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu gün əksər rayonlarımızda sürətli quruculuq-abadlıq işləri həyata keçirilməkdədir. Cənab Prezidentin dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayırdığı vəsaitlərin hesabına bölgələrdə böyük işlər görülüb. Bu tədbirlərin mərhələli şəkildə davam etdirilməsi gözlənilir.

Təəssüf ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri onlara tapşırılan işin öhdəsindən layiqincə gələ bilmirlər. Başqa sözlə desək, icra başçılarının bir neçəsi büdcə pullarını öz halal vəsaitləri kimi sağa-sola sərf edir, özlərinə gün-güzəran yaratmaq barədə fikirləşirlər. Belə olan halda isə əhalini narahat edən problemlərin həlli müşkül məsələyə çevrilir. Biz demirik icra başçılarının hamısı dövlətin büdcəsini talayır. Onların arasında işinə sədaqətlə yanaşan, dövlət büdcəsindən ayrılan vəsaitləri son qəpiyinə kimi nəzərdə tutulan layihələrə sərf edən icra başçıları az deyil. Bəzi icra başçıları səhərdən axşama kimi camaatın arasındadır, naharını nə vaxt etdiyini, şam yeməyini nə vaxt yediyini bilmir. Yəni bütün fikrini işinə, rəhbərlik etdiyi rayonun abadlaşmasına yönəldib. Amma bəzi icra başçıları da var ki, onları vətəndaşlar deyil, tamamilə başqa məsələlər maraqlandırır. Yuxarıların etimadını doğrultmayan məmurlardan biri də Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Abdullayevdir. Bu şəxsin adı indiyə kimi saysız-hesabsız qalmaqallarda və maliyyə maxinasiyalarında hallandırılıb. Buna baxmayaraq, müvafiq instansiyaların rəhbərləri icra başçısının qanuna sığmayan əməlləri barədə ölçü götürməyiblər. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Vaqif müəllim rayona icra başçısı təyin edildiyi 2012-ci ildən bu yana dəhşətli qanun pozuntularına imza atıb. Əldə etdiyimiz məlumatlara görə, son üç il ərzində Beyləqan rayonunun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə sərf edilməyib və abadlıq işləri yalnız kağız üzərində aparılıb: "Vaqif Abdullayev keçən ilin büdcəsindən təmir işləri adı altında 240 min manat vəsaiti silib, amma faktiki olaraq rayonda son bir ildə heç bir abadlıq işləri aparılmayıb. "Azərsu" ASC bir müddət əvvəl şəhərin su və kanalizasiya sistemini yenilədi. İcra başçısı isə bundan istifadə edərək dövlət vəsaitini mənimsəməklə məşğul oldu. O sənədləşdirmədə təmir etdirdiyi ərazilərin su və kanalizasiya işlərinin aparılmasına görə bərbad günə düşdüyünü göstərib. Yəni sənəd üzərində başçı Beyləqanda keçən ilin mart ayında abadlıq işi görüb, aprel ayında isə, "Azərsu" ASC-nin podratçısı "TTŞ İnşaat" MMC təmir olunan əraziləri söküb. Lakin son bir ildə şəhərin heç bir yerində tikinti, abadlıq işi aparılmayıb. Başçının maliyyə maxinasiyaları bununla bitmir. Belə ki, ötən il rayon mədəniyyət və turizm şöbəsinin hesabına kənd mədəniyyət evlərinin, klublarının və kitabxanalarının cari təmiri üçün 120 min manat vəsait ayrılıb və həmin vəsaitin hamısı nəqdləşdirilərək mənimsənilib. Klubların əksəriyyəti isə ayrı-ayrı şəxslərə icarəyə verilib. Bütün bu işlər məhz icra başçısının nəzarəti altında həyata keçirilib. Çünki rayonda əsas söz sahibi Vaqif Abdullayevdir. Digər yerli idarə və müəssisələrin rəhbərləri onun sözünün qarşısında söz deyə bilmirlər. Əks halda, icra hakimi həmin məmurları özünəməxsus qaydada cəzalandırır". Araşdırmalar zamanı onu da öyrəndik ki, rayonda fəaliyyət göstərən və büdcədən maliyyələşən təşkilatların bir çoxunun rəhbərləri hər ay icra başçısı ilə "salam-sağ ol" edirlər: "Başçı büdcə təşkilatlarını elə bir vəziyyətə gətirib ki, artıq idarə müdirləri çıxılmaz duruma düşüblər. Belə ki, icra başçısı rayonun Təhsil, Mədəniyyət, Səhiyyə, Meliorasiya, Suvarma, Subartezian, Yol istismar və digər büdcə təşkilatlarına konkret olaraq aylıq "hesab" qoyub. Hansı məmur başçının "şərt"lərini yerinə yetirmirsə, vəziyyəti heç də yaxşı olmur. Buna görə də yerli məmurların bir çoxu rayon rəhbərinin fəaliyyətindən narazıdır". Əldə etdiyimiz digər maraqlı fakt isə, kənd təsərrüfatı naziri Heydər Əsədovun icra başçısı Vaqif Abdullayevi iri məbləğdə mənimsəmə halı ilə üzbəüz qoymasıdır. Bu barədə Mia.az-a daxil olan məlumata görə, nazir Heydər Əsədovun göstərişi ilə ölkədə buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib: "Nazirin nədən məhz Beyləqanı "təcrübə meydanı" kimi seçməsi maraqlıdır. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqin mənfi tərəflərinin tələsik cəmiyyətə yayması ilə bərabər, Baş Prokurorluğa müraciət etməsi də təsdiq edir ki, ortada ictimaiyyətin bilmədiyi başqa məsələlər var. Heydər Əsədovun belə davranması birbaşa icra başçısı Vaqif Abdullayevin özündən razı hərəkətlərindən qaynaqlanıb. Başçı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrolizinq" ASC-nin Beyləqan filialına ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli gübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, filialın fəaliyyətini iflic edib. "Aqrolizinq" ASC-nin yerli şöbəsinin müdiri isə, açıq şəkildə icra başçısına qarşı çıxa bilmədiyindən qurumun yerli şöbəsindəki kəm-kəsirlərin görünməyən tərəflərini nazirliyin diqqətinə çatdırıb.

Bundan əlavə, nazirlikdən gələn bir neçə tapşırıqlara da Vaqif Abdullayevin mane olmaq cəhdləri Heydər Əsədovun əsəblərini tarıma çəkib. Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib". Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatası Beyləqanda dövlət vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi haqda hesabat açıqlamış və icra hakiminin vəzifədən kənarlaşdırılacağı barədə məlumatlar yayılmışdı. Bütün bunlara rəğmən, Vaqif Abdullayev hələ də Beyləqana rəhbərlik edir və büdcə pullarının hesabına özünə böyük imkanlar yaradıb. Bizə çatan bilgilərə görə, icra başçısı məhz büdcə pullarının hesabına paytaxtın "Milyonçular məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində dəyəri təxminən 2 milyon manata yaxın olan imarət alıb. Deyilənə görə, onun şəhərin digər yerlərində də dəbdəbəli imarətləri var. Maraqlıdır, görəsən Vaqif müəllim bu qədər var-dövləti hansı pullarla əldə edib? Sizcə, aylıq 1000 manat əməkhaqqı ilə milyonluq imarətlər almaq mümkündür?.. Mümkün deyil. İnanırıq ki, cənab prezident günün birində Beyləqana ayırdığı vəsaitlərin hansı işlərə xərcləndiyini araşdıracaq və o zaman Vaqif Abdullayevi düşdüyü vəziyyəti təsəvvür etmək çətin olmayacaq... Nə qədər ki, gec deyil icra başçısı qanunsuz hərəkətlərindən əl çəkməli və beyləqanlıların sosial durumunun yaxşılaşdırılması üçün çalışmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru