Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                 

Putinin Bakıya gətirəcəyi iki mesaj – iddia, şərh
Tarix: 1-04-2015, 08:59 | Çap et
Putinin Bakıya gətirəcəyi iki mesaj
Fransa prezidenti Fransua Ollandın ardınca Rusiya prezidenti Vladimir Putinin də Bakıya səfər edəcəyi barədə xəbər yayılıb. Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından aydın olur ki, heç nə istisna deyil, səfər reallaşa, Rusiya prezidenti həqiqətən 1-ci Avropa Oyunlarının açılış mərasiminə qatılmaqdan ötrü rəsmi Bakının dəvətini qəbul edə bilər.

Xatırladaq ki, Olland Azərbaycana müstəsna olaraq Dağlıq Qarabağ məsələsinə görə gələcəksə, - onun təşəbbüsü ilə prezidentlərin növbəti görüşünün aprelin sonunda Parisdə olacağı xəbəri də yayılıb, - Rusiya liderinin hansı gündəliklə Bakıya təşrif buyuracağını yalnız ehtimal etmək mümkündür.

***
Ondan başlayaq ki, Azərbaycan uğrunda Rusiya və Qərbin, daha doğrusu, ABŞ-ın geosiyasi mübarizəsi güclənib. Vəziyyətin özəlliyi ondadır ki, Azərbaycan energetik tellərlə Qərbə sıx bağlıdırsa, Rusiya da Bakıdan ötrü mühüm ticarət tərəfdaşı, o sırada önəmli silah satıcısı olaraq qalır. Son illər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi artaraq 4 milyard dolları ötüb ki, bu da haqlı olaraq işğalçı Ermənistanı ciddi narahat eləməkdədir.

Heç şübhəsiz, şimal qonşumuz Bakının müasir döyüş maşınları və sistemlərini nə üçün aldığını gözəl bilir. Bununla belə, forpost Ermənistanın açıq narazılığına baxmayaraq Azərbaycanı alıcı kimi itirmək niyyətində deyil - özü də tək kommersiya maraqları səbəbindən yox. Azərbaycanın ən böyük problemi isə həlli uzanan, üzücü Qarabağ münaqişəsidir.

***
Bəzi yerli və əcnəbi təhlilçilər hesab edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməməsindən təngə gələn Azərbaycan Avropa Oyunları başa çatandan dərhal sonra aktiv hərbi əməliyyatlara başlaya bilər. Məqsəd keçmiş DQMV ərazisinə girmədən, blits-müharibə ilə ən azından Ağdam rayonunu azad edib danışıqlar prosesində status-kvonun birmənalı şəkildə Azərbaycanın xeyrinə dəyişmək, Ermənistanı və vasitəçiləri fakt qarşısında qoyub, təcavüzkarı konstruktiv mövqeyə vadar eləməkdən gedir.
Azərbaycanın son aylar qardaş Türkiyə ilə intensiv hərbi təlimlər keçirməsi, təmas xəttindən işğalçı qüvvələrə daha sarsıdıcı zərbələr endirməsi, habelə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri Zakir Həsənovun düşmən tərəfə, erməni xalqına mütəmadi etdikləri ən sərt xəbərdarlıqlar və çağırışlar həm də bu kontekstdə izah oluna bilər. Üstəgəl, hərb tarixi göstərir ki, əməliyyatlar üçün ən münasib vaxt yaz-yay aylarıdır.

Yerli analitiklərdən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, söhbət hətta 7 rayondan gedir. Sitat: “Prezidentin və müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına ciddi hazırlaşır. Bu plan Bakıda Avropa Oyunlarından sonra reallaşa bilər”. Politoloqa görə, separatçılar Ağdam uğrunda savaşmayacaqlar: “Ermənilər geri çəkilib Dağlıq Qarabağın müdafiəsini gücləndirəcəklər. Bakı ancaq Dağlıq Qarabağa aidiyyəti olmayan rayonları azad etmək istəyir. Ordunun Xankəndinə hücum etmək kimi planı yoxdur”.

***
Şübhə yox ki, belə plan varsa, Rusiya ondan yüzdə yüz xəbərdar olacaq və bəlkə də artıq xəbərdardır. Nəzəri cəhətdən istisna deyil ki, Putinin Bakıya səfər edəcəyi barədə xəbərin məhz İrəvana planlaşdırılan ziyarəti fonunda gündəmə gəlməsi təkcə Qarabağ məsələsində neytral vasitəçi imicinin nümayişinə, “balansı bərpa eləməyə” hesablanmayıb, qat-qat ciddi mövzular var. Yəni mümkündür ki, Kreml başçısı Azərbaycana konkret mesajla gələcək: Avrasiya layihələri ilə bağlı Bakının konkret fikrini almaq və (və ya) cavabdan asılı olaraq Qarabağ məsələsində Bakıya hansısa “kart-blanş” verib-verməmək.

Moskvanın Qarabağ məsələsinə təsir imkanlarını nəzərə alsaq, aydındır ki, Bakının bircə rayonu - Ağdamı azad eləməsi üçün də Kremlin “dobro”su və ya neytrallığına, lap dəqiqi, blits-müharibə üçün bitərəf qalmasına ehtiyacı Bu zəmanətlə bağlı müzakirə və onu kamifulyaj eləmək üçün ən münasib fürsət yenə məhz Bakıdakı beynəlxalq idman tədbirinin açılış mərasimi görünür.

Bəs Moskva belə bir qarantı verərmi?

Əvvəla, məntiq diktə edir ki, Rusiyanın sanksiyalardan dolayı düşdüyü və getdikcə daha da ağırlaşmaqda olan durumu, o sırada dost-tərəfdaşlarının sayının seyrəlməsi, Türkiyə və Azərbaycanın isə ondan ötrü artan iqtisadi, energetik, geosiyasi, hərbi əhəmiyyəti, bu ölkələri itirməmək istəyi belə bir “yaşıl işığı” yandırmağı mümkün edir.

İkincisi, yuxarıda vurğulandığı kimi, Qarabağa dair “kart-blanş” əslində və böyük ehtimalla, Avrasiya layihələrinə qoşulmaq qarşılığında verilə bilər. Çünki 2015 Putin üçün bu projelərin taleyi baxımından həlledici ildir. Avrasiya layihələrinin perspektivi isə böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə gəlib desək, yanılmarıq.

Üçüncü yandan, söhbət onsuz da işğal altındakı bütün ərazilərdən getmir. Ayrı sözlə, Moskva Ağdam azad edildikdən sonra da Bakı və İrəvana təsir rıçaqlarını, bu iki paytaxtla siyasi bazarlıq imkanlarını, Azərbaycanla isə üstəlik, silah ticarətinə davam etmək imkanlarını saxlamış olacaq. Eyni zamanda Türkiyə ilə münasibətlərə xələl gəlməyəcək, çünki iki regional güc Qarabağa görə toqquşmalı olmayacaq.

***
Azərbaycanın götürəcəyi ən böyük divident isə cəmiyyətin “məğlubiyyət sindromu”ndan birdəfəlik qurtuluşu, Dağlıq Qarabağ probleminin ədalətli həll yolunda nəhayət, real perspektivin açılması (Qərbə də sərfəlidir), məsələdə bizim söz sahibliyimizin güclənməsi ola bilər.

O ki qaldı Avrasiya layihələrinə qoşulmağa, onsuz da onların perspektivi dumanlıdır və Bakı incə diplomatiya ilə, üzvlük şərtini Qarabağ ixtilafının yekin çözümünə bağlamaqla, ən başlıcası, Kremlin qəzəbindən yayınmaqla və onunla bazarlıq imkanlarını saxlamaqla iki problemin həllini uğurlu sintez edə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru