Cahangir Hacıyevi bitirən ilginc səbəb ortaya çıxdı – yeni məlumatlar
Tarix: 31-03-2015, 08:34 | Çap et
 Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov daha 5 il müddətinə vəzifəsində qalacaq. Belə ki Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə namizədlər sırasında yenə də onun adı var. Xəbərlərə görə, parlamentin 3 apreldə keçiriləcək toplantısında “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Mərkəzi Bankın İdarə Heyətinə namizədlər sırasında E.Rüstəmovla yanaşı onun müavini Xəqani Abdullayevin də adı var.
Manatın devalvasiyası ilə bağlı bəzi deputatların da ciddi tənqid etdiyi Elman Rüstəmovun səlahiyyət müddəti bitdikdən sonra yenidən vəzifəsinə təyin olunmayacağına dair iddialar vardı. Elman Rüstəmovun əvəzlənəcəyi ehtimalı Cahangir Hacıyevin martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən gözlənilmədən istefa verməsindən sonra gündəmə gəlmişdi. C. Hacıyevin Mərkəzi Banka rəhbər gətiriləcəyi ilə bağlı xəbərin real ola biləcəyini düşünənlər sabiq bankirin hakimiyyətdə müəyyən güc mərkəzlərinə bağlılığına, eləcə də əlində külli miqdarda kapital olmasına diqqət çəkirdi. Ancaq E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə yenidən namizədliyinin irəli sürülməsi həm bu ehtimala, həm də Elman Rüstəmovun dəyişdiriləcəyinə dair söz-söhbətə son qoydu.
63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 il müddətinə banka rəhbərlik edib. Beləliklə, E.Rüstəmov daha 5 il səlahiyyət alaraq, 25 illik rekorda doğru gedir. Xəqani Abdullayevə gəlincə, o, Mərkəzi Bankda 2000-ci ilin avqustundan fəaliyyət göstərir. 2008-ci ilin aprelində bankın baş direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin edilib. 2009-cu ilin iyulunda Mərkəzi Bankın baş direktoru vəzifəsinə təsdiqlənib. 2010-cu ildə parlamentdə təsdiqləndikdən sonra müavin kimi fəaliyyət göstərir.
Bu arada istiqlal.az saytı C.Hacıyevin istefaya göndərilməsinin səbəbləri ilə bağlı sensasion xəbər yayıb. Xəbərdə deyilir ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə devalvasiyadan öncəki dollar alveri durur: “Cahangir Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib”.
Saytın xəbərində bildirilir ki, Mərkəzi Bankın ilkin qərarı yumşaq devalvasiya olub. Ancaq Cahangir Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidentə məruzəsində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə Samir Şərifova göstəriş verib. Və Beynəlxalq Bank sədri 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib".
Qeyd edək ki, prezident İlham Əliyevin konkret ad çəkməsə də fevralın 24-də Mingəçevir səfərində “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tutduğu iddia edilir.
“Yeni Müsavat” qəzetinə çatan başqa bir məlumatda isə qeyd edilir ki, Cahangir Hacıyev rəhbərlik etdiyi bankdan ayrı-ayrı vətəndaşlara milyonlarla dollar kredit verib, qarşılığında isə heç bir təminat tələb etməyib. Onlardan biri də 45 yaşlı rusiyalı “Dünya gözəli” (zamanında), məşhur və təsirli azərbaycanlı milyarderin sevgilisidir. Ona 50 milyon dollar kredit verilib - lakin həmin məbləğin geri qaytarılması mümkün olmur - rus xanım borcu qaytarmaqdan imtina edir. Bu və bu kimi bir neçə fakt Cahangir Hacıyevin bankir vicdanında qalıb; üstəlik də onun karyerasını bitirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
|