
“Almaniyada adambaşına düşən ali təhsillilərin sayı bizdən çoxdur, biz də ali təhsil müəssisələrinin sayını artıraq”. “Avstriyada internat və uşaq evlərini ləğv edib yetim və kimsəsiz uşaqları ailələrə veriblər, bız də verək”(de-institutlaşma proqramı). “ABŞ-da məktəblılərin avtobusla daşınması məsələsi var, biz də azkomplektlı məktəbləri birləşdirib, digər qonşu məktəblərə daşınma həyata keçirək” (rasionallaşdırma proqramı).”Harvard, Kembric, Oksford universitetlərındə təhsil haqqı yüksəkdir, biz də təhsil haqqlarını qaldıraq”. “Dünyanın əksər ölkələrində 12 illik təhsilə keçilib, biz də keçək” və s və i.a. bu kimi müqayisəli yanaşmalar artıq təhsilimiz üçün xarakterik hala çevrilib. Nə deyirik, qloballaşma dövrünü yaşayırıq, dünya təhsilinə inteqrasiya edirik.
İndi də inteqrasiya üçün deyəsən yeni zəmin yaradılıb. Növbəti ildən Finlandiya məktəblərində əllə yazı təcrübəsindən imtina olunacağı gözlənılır. Finlər belə hesab edirlər ki, əllə yazı kompütüerdə capdan geridə qalır, buna görə də ənənəvi tədris forması kimi ləğv oluna bilər.Yəni, söhbət hələ ki,“gözlənilir” və “ləğv oluna bilər”dən gedir. Finlərin digər avropalı alman həmkarları da belə qənaətə gəliblər ki, şagirdlər uzun müddət qələmlə yazdıqda onların əllərində sancılı ağrılar və barmaqlarında döyənəklər yaranır.Bundan başqa, müasir şagirdlərin hafizədə hesablama vərdişləri də yox olmaqdadır. Məsələnı konkretləşdirsək belə nəticə hasil olunur ki, məktəblılər çap hərfləri ilə yazmağa alışdırılacaqlar.
Avropadan gələn bu yeni xəbərlər bizim ücün lap göydən düşmə olub. Hər şeydən əvvəl ona görə ki, bizim şagirdlərin müəyyən hissəsi ümumiyyətlə yazı-pozunu bilmır, müəyyən hissəsinin də əl yazısını umumiyyətlə oxumaq olmur, digər tərəfdən də, deyilənlərə görə, kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblılərə əllə yazı yazmaq öyrədilməsi lazımsız bir proses və əlavə vaxt itkisi imiş, əllə yazı qaydalarının öyrədilməsi üçün xeyli vaxt sərf olunur. Bundan başqa, bu bahalıq dövründə kağız, qələm, karandaş və s. vasitələr lazım olur ki, buna da bir çoxlarının sosial durumu imkan vermir. Sözün kəsəsi, bu və buna bənzər xəbərlərı və fikirləri eşidəndə bir daha əmin olursan ki,“qulaq gündə bir söz eşitməsə, kar olar” el məsəli əbəs yerə deyiməyib.
Yazılı və elektron mediada “Təhsildə şok yenilik-əllə yazı ləğv olunur”, “Təhsildə ağlasıxmaz yenilik-əl yazısı ləğv olunacaq”, “Təhsildə gözlənilən yenilik-məktəblərdə əllə yazı ləğv oluna bilər”,”Azərbaycan təhsilini kökündən dəyişəcək addıma az qalıb” və s. bu kimi, bir çox digər xəbər başlıqları istər-istəməz adamda belə bir təəssürat yaradır ki, sanki illərdən bəri əllə yazı yazmaqdan qurtulmaq həsrətimizin nəhayət çin olması sevincini yaşayırıq.
”Azərbaycan təhsilini kökündən dəyişəcək addıma az qalıb” kimi “şok yenilik”dən belə çıxır ki, təhsilimizin bütün bəlalarına səbəb elə əllə yazmaq imiş,və bunun ləğv olunması təhsilimizin özünə gəlməsində bir dirçəltmə eleksiri rolunu oynayacaq. Nə var, nə var bu gün bəzi dünya ölkələrində, xüsusilə də Avropadakı məktəblərdə əllə yazının ləğv edilməsi fikirləri ortaya çıxıb.
Elə dünyanın və həmin Avropanın bir çox ölkələrində məktəblılərə ev tapşırığı verməyib, tədris materialını elə məktəbdəcə şagirdlərə mənimsədib, onlara evdə asudə vaxtlarını səmərəli təşkil et mək, uşaqlıq və yeniyetməlik həyatını mənalı keçirmək üçün şərait yaradırlar.Rusiyalı deputatlar da şagirdlərin ev tapşırıqlarının azaldılması təklifi ilə Dumaya müracıət edib.Bu səbəbdən də Təhsil və Elm Nazirliyi qanunverciliyə dəyişiklik etməlidir. Nədənsə, bunu “gözlənilən yenilik”, “köklü dəyışıklik” hesab etməyib, sakitliklə üstündən keçirik.
Bəli, təkzib olunmaz faktdır ki, təkcə dünyada və Avropada deyil, elə Azərbaycanın özündə də müasir texnologiyalar əllə yazını sıxışdırıb, əl yazısından az istifadə olunur. Məktəblərə qəbul belə elektron qaydada aparılır, dərsliklər planşetlərlə əvəz olunur, SMS vasitəsilə qarşılıqlı əlaqə qurulur, imtahanlar kompüter vasitəsi ilə götürülür, bir sözlə, canlı ünsiyyət getdikcə virtual asılılığa çevrilir. Lakin, bu o anlama gəlmir ki, əl yazısının ləğvinə dair hökm çıxaraq. Bunu, zaman özü öz zamanında diktə edəcək. Zamanı qabaqlamaq isə mümkün olan şey deyil, çünkı zaman bizdən sürətlidir.
Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq onilliklərdən bəri uşaq bağcalarında tərbiyə alan uşaqlar istədikləri və təsəvvür etdikləri şəkilləri kompüter vasitəsi ilə çəkirlər. Lakin bu ölkə mürəkkəb və son dərəcə qəliz heroqliflərini dünyada daha müasir və mükəmməl hesab olunan yazı nümunələri ilə əvəz etməkdən imtina edir.Dünya alimləri Misir ehramlarında günümüzədək mühafizə olunub saxlanılan mixi yazılarının sirrini acmaq üçün uzun illərdən bəri baş sındırırlar. Elə dünya elminə əvəzsiz töhfələr vermiş, yeni texnologiyaların korifeylərindən sayılan Albert Eynşteyn sonralar əbəs yerə etiraf etməyib ki, mən atomu insanlığa xidmət üçün tapdım, onlar bomba edib bir-birilərini yox etdilər.
Sözümün canı odur ki, biz nədənsə dünyada baş verən istənilən bir prosesə dərhal reaksiya vermək və bunu yenilik kimi qiymətləndirib, tətbiq etməyə bir az meylliyik.Biz deyəndə,digər sahələrlə işim yoxdur, elə təhsil sahəmizi nəzərdə tuturam.Özümə zəhmət verib bəzı məqamlara toxunmaqda məqsədim yalnız ondan ibarətdir ki, birdən caşıb, “provakasiyaya uyub”, növbəti tələskənliyə yol verib, məktəblərimizdə əllə yazı yazmağın ləğv olunması barədə qərar çıxarar, problemlərimizin üstünə daha bir problem əlavə edərik.
Çünki, bir vaxtlar inteqrasiya deyib, birdən-birə test tətbiqinə elə qurşandıq ki, təhsil alanlarımızı bir növ canlı robota cevirərək, onları yazı-pozu vərdışlərindən məhrum etdik.İmtahan prosesində biliyin hansı formada qiymətləndirilməsi sistemini müəyyənləşdirərkən, nədənsə pedaqogika və metodologiyanın testitin-qavramaya, şifahi imtahanın-nitq, yazılının-yazı vərdişlərinin inkişafına xidmət etməsinə dair qanunauyğunluqlarını nəzərə almadıq. Indi isə testləri “açıq” və “qapalı” kateqoriyalarına bölməklə vəziyyətdən çıxış yolu axtarırıq, hərəmiz fərqli imtahan formasından istifadə edərək, yaxın gələcəkdə vahid imthan qaydaları hazırlanacağı barədə vədlər veririk.
Ötən il Almaniya və Kanadada yaşayan müəllimlərimizdən hansısa qazetlərdən birinə müsahibə verərək bu ölkələrdə köməkçı müəllimlərin fəaliyyəti barədə fikir bildirmışdi.Müzakirəyə qoşulan bizim müəllimlərdən bir neçəsi də köməkçi müəllimlərə bizdə də böyük ehtiyac olduğu fikrini dəstəkləyərək, bunun zəruriliyini onunla əsaslandırdılar ki, bəzən ibtidai siniflərdə 25-30 şagirdlə işləmək çətin olur. Niyə hər sinfə 30-40 və daha artıq şagird yığmalıyıq ki, sonra da gileylənək? Halbuki, qüvvədə olan Qanun siniflərin komplektləşdirilməsini 20 nəfərdən ibarət müəyyənləşdirib. Bir də ki maşinist köməkçısı, usta köməkçısi, Nazir köməkcisi eşitmişdık, müəllim köməkcısınin də şahidi olduq. Sonra məlum oldu ki, köməkçilərdən artıq bir neçə özəl məktəb və liseylərimiz istifadə edir.Müəllim öyrədən deməkdir,öyrədənin köməkçisi olmaz.
.Əl yazısı qalacaq və ya aradan çıxacaq, artıq deyildiyi kimi bunu zaman göstərəcək, daha doğrusu, bunu biz etməyək, zamanın öhdəsinə buraxaq. Onsuz da şagirdlərimizi bilik, bacarıq və vərdışlər aşılayan bir çox imkanlardan məhrum etmişik.Çalışaq, Albert Eynşteynin vaxt gələcək, texnologiya gənclərin bütün həyatlarını ələ keçirəcək və axmaq bir nəsil yetişəcək kimi bədbin və xəbərdaredıci proqnozunun reallaşacağı günü mümkün qədər ləngidək.Onsuz da buna doğru kurs götürmüşük.
Ümumiyyətlə götürdükdə kiməsə və nəyəsə istinad edərək “Dünyada belədir”,“Avropada başqa cürdür”düşüncəsi ilə müqayisələr aparmaq, ən yaxşı halda sadəlövhlükdür. Deyək ki,elə misal cəkdiyimiz Yaponiya məktəblərinin foye və dəhlızlərinin divarları xüsusi plastik kütlədən hazırlanmış örtüklə haşiyələnıb ki, istənilən vaxt silinib təmızləndiyindən yapon məktəblıləri tənəffüs zamanı və asudə vaxtlarında həmın divarlarda riyazi hesablamalar aparır, müəyyən məsələlərə münasibət bildirir, əl qabiliyyətlərini nümayiş etdirirlər. Növbəti gün üçün artıq vəziyyət səhmana salınmış olur. Bizdə divarları yazmaq yolverilməz olub, qəbahət sayılır.
Başqa bir misal. Skandinaviya ölkələrində, xüsusilə İsveçdə uşaq bağçalarında tərbiyəçilərın əksəriyyətı kışı cinsindən olan personaldır. Valideynlər çox hallarda öz övladlarının tərbiyəsini bizdəki kimi məhz qadına deyil, əsasən kişi tərbiyəçilərə etibar edirlər. Bizdə belə bir hal, heç şübhəsiz ki , gülüş doğurar və istehza ilə qarşılanar.Əlbəttə belə nümunələrin saynı kifayət qədər artırmaq da olar.
Unutmayaq ki, dünyada ilk sivilizasiya məhz şərqdə yaranıb. Əllə yazmaq sənətdir, mədəniyyətdir. Bu məfhum “əl işi”,“əl qabiliyyəti”, “əl əməyi”, “əlimin zəhməti” kimi anlayışlarla assosasiya olunur,qədim və ecazkar xəttatlıq sənətını yaşadır, nəqqaşlığa, qrafikaya, rəssamlığa nəfəs verir, bir növ insanın xarakterinı müəyyənlədirir.Əl yazısı ilə hazırlanan materialın insanın idrak fəalyyətinin, təfəkkürünün formalaşmasında, hafizəsinin, yaddaşının möhkəmlənməsində rolu, mahiyyəti və əhəmiyyətini qiymətləndirmək isə, artıq psixoloqların işidir.
Təbiət qanunları ilə cəmiyyət qanunauyğunluqları arasında bir əlaqə, bir eyniyyət olması məlum məsələdir.Təbii proseslərə kənar təsirlər ekoloji fəsadlar, anomaliyalar yaratdığı kimi, cəmiyyət qanunauyğunluqlarındakı tarazlığın pozulması da öz növbəsində bioloji,fizioloji və mənəvıyyatla bağlı problemlərlə müşayət olunur.Bu mənada, konkret olaraq bəhs etdiyimiz əl yazısının ləğv olunması da (əgər ləğv olunarsa) heç şübhəsiz ki, təhsilimizi kökündən dəyişəcək bir problem yarada bilər. Lakin hansı tərəfə?
Hələ ki,ordan-burdan gələn xəbərlərlə yararlanırıq.Yəqin ki, bizim də haçansa, hansısa təşəbbüsə təkcə münasibət bildirmək deyil, məhz öz təşəbbüsümüzlə çıxış etmək imkanımız yaranar.
Nadir İsrafilov, təhsil eksperti








