Qanunsuz mərc oyunları bazarı - Oynaya-oynaya qazandırırıq...
Tarix: 25-03-2015, 16:47 | Çap et
 Dövlət Büdcəsindən yayınan bu sahədə kriminal durum daha bir mövzunun söhbətidir
Müasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin tam potensialının səfərbər olunmasına çalışırlar. Məsələn, bir çox ölkələrin büdcə gəlirlərinin əhəmiyyətli hissəsini turizm təşkil etdiyindən həmin ərazilərdə bu sahənin inkişafına mühüm yer verilir. Amma zaman irəlilədikcə, texnologiya inkişaf etdikcə, insanların ünsiyyət imkanları artdıqca gəlirli sahələrin sayı da artır. Belə sahələrdən biri də leqal mərc oyunlarıdır. Bəli yanılmadınız, yaşadığımız dünyada dövlət üçün ən gəlirli sahələrdən biri də məhz budur. Əvvəlcə İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxaq.
Avropanın mərc bazarı yüz illərdir fəaliyyət göstərsə də onun leqallaşması qırx ilə yaxındır ki, baş verib. Leqal formada fəaliyyət göstərən bazarın dövlətə ödədikləri vergilər hər ötən il daha da artır. Dünyanın bu sahədəki nəhənglərindən biri - Böyük Britaniyadan olan “William Hill” şirkəti artıq 80 ildir ki, fəaliyyət göstərir. “William Hill” şirkəti 17 000 dən çox insanı işlə təmin edərək, yüksək vergi ödəyicisi olaraq dövlətin büdcəsinə böyük miqdarda gəlir gətirir..
Rəsmi mərc oyunları Rusiya, Türkiyə kimi qonşu ölkələrdə, Ukraynada, Almaniyada və digər ölkələrdə sərbəst şəkildə aparılır. Qeyd edək ki, Türkiyədə bu oyunların keçirilməsinə 2004-cü ildə başlanıb.
Məlum olduğu kimi, Milli Məclis idman mərc oyunlarının təşkilinə "Bədən tərbiyəsi və idman haqqında” qanuna 2010-cu il 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsiylə icazə verib. Azərbaycanda da bütün dünyada olduğu kimi idman oyunlarının, məsələn futbolun mərci və lotereya oyunları keçirilir. Bu, bir növ idmana olan marağı da artırır. Amma bu oyunlardan gələn gəlirlərin heç də hamısı digər dövlətlərdə olduğu kimi dövlət büdcəsinə vergi şəkilində daxil olmur. Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq, qara bazar da paralel fəaliyyət göstərir və onun real dövriyyəsinin nə qədər olduğunu demək çətindir. Hazırkı iqtisadi durumu nəzərə alsaq, qeyri leqal bazardan daxil olan vəsait dövlət büdcəsi və idman sənayesi üçün böyük itkidir. Beləliklə, heç bir qeydiyyatı aparılmayan pul dövriyyəsi əslində müəyyən sosial ehtiyaclara, ən əsası idmanın müxtəlif növlərinin inkişafına xərclənə bilər. Hazırda futbol və bir sıra başqa tanınmış idman növləri üzrə liderliyi ələ almış dövlətlər bu sahələrin inkişafını məhz leqal mərc oyunlarından gələn gəlir hesabına qarşılayırlar.
Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı kriminal durumu da agırlaşdırır. Çünki leqal, dövlət tərəfindən rəsmi icazə verilən mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Bir çox hallarda gözdənkənar yerlərdə fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.
Ümid edirik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vergi orqanları da daxil olmaqla Hüququ Mühafizə Orqanları (HMO) yaxın zamanlarda qara bazarı mümkün minimum səviyyəyə endirəcəklər. Onu da qeyd edək ki, bu məsələnin müsbət həll edilməsində ictimai dəstək olduqca vacibdir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
|