Saatlının mərkəzi bazarı bədbəxt hadisələrə “gəl-gəl" deyir
Tarix: 7-03-2015, 12:02 | Çap et
 Bildiyiniz kimi, bu gün ölkəmizin əksər rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bölgələrdə yeni iş yerlərinin açılması, müasir park və əyləncə mərkəzlərinin tikilməsi əhalinin ürəyincədir. Eyni zamanda, əhalinin rahat yaşayışını fikirləşən rəsmi qurumların nümayəndələri əyalətlərdə müasir tipli bazar və ticarət mərkəzlərinin tikintisinə də xüsusi diqqət yetirirlər.
Bölgələrdə yaşayan insanlar müasir tələblərə cavab verən bazarlarda rahat şəkildə alış-veriş etmək imkanı qazanırlar. Lakin bəzi rayonların sakinləri hələ də Sovet dövründən qalma, uçuq-sökük antisanitar şəraitin baş alıb getdiyi bazarlardan alver etmək məcburiyyətində qalıblar. Məsələn, Muğan düzündə yerləşən Saatlı rayonunun sakinləri müasir bazarın üzünə həsrət qalıblar. İnsaf naminə qeyd etmək lazımdır ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayona başçı təyin olunandan sonra xeyli iş görüb. Məhz onun rəhbərliyi altında rayon öz görkəmini tamamilə dəyişib və gözəlləşib. Bütün bunlara baxmayaraq, rayonda hələ də təzə bazar tikilmir ki, tikilmir. Köhnə bazar isə Saatlı rayonunun mərkəzində, magistral yola yaxın yerləşdiyindən ciddi problemlərə "gəl-gəl" deyir. Yerli sakinlərın redaksiyamıza bildirdiyinə görə, qonşu rayonlara gedən yolun üstündə yerləşən bazarda hər həqiqə bədbəxt hadisələr baş verə bilər: "Çünki bazarla mərkəzi yolun arasındakı məsafə heç yarım metr deyil. Bir neçə dəfə ərazidən yüksək sürətlə keçən maşınlar təhlükə yaradıblar. Az qalır ki, maşınlar bazarın içindən keçsin. Hələ ki, xoşbəxtlikdən qəza baş verməyib, xəsarət alan olmayıb. Lakin bu cür təhlükələr gözləniləndir. Bunun qarşısını almaq üçün isə bazarın yerinin dəyişdirilməsinə, daha doğrusu yeni bazarın tikintisinə ehtiyac var. İcra başçısı sağ olsun, bu günə kimi çox işlər görüb, amma bir bazarın tikintisi nə böyük şeydir ki, indiyə qədər bunu həyata keçirmirlər. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hər cür şərait olan bazar tikib əhalinin istifadəsinə vermək mümkündür. Bunun üçün o qədər də böyük vəsait tələb olunmur". Narazı sakinlərin sözlərinə görə, ticarət üçün uyğunsuz mövqedə yerləşən mərkəzi bazarda antisanitariya baş alıb gedir: "Bazarda sanitar və gigiyenik qaydalara qətiyyən riayət olunmur. Müxtəlif meyvə-tərəvəz, həmçinin ərzaq məhsullarının satıldığı piştaxtaların üstü həftələrlə təmizlənmir. Ət satışına nəzarət çox zəifdir. Bazar rəhbərliyi ərazinin təmiz saxlanmasına nəzarət edə bilmir. Bazarın ərazisində yerləşdirilən zibil qutuları günlərlə boşaldılmır. Bu isə yekun nəticədə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır". Şikayətçilər deyir ki, havalar isinəndən sonra bazarda dəhşətli üfunət iyi meydana gələcək: "Yaz və yay aylarında üfunət iyindən bazara girmək mümkün olmur. Amma yeni bazar tikilsə, bu problemlərin heç biri olmaz. Sakinlərin bir çoxu bazarda mövcud olan şəraitdən razı deyil. Bu səbəbdən onların bir hissəsi ərzaq və meyvə-tərəvəz məhsullarına olan ehtiyaclarını ödəməkdən ötrü məcburiyyət qarşısında qonşu rayonlardakı bazarlara üz tuturlar. Bizim qəzet vasitəsilə rayon rəhbərliyindən xahişimiz odur ki, təzə bazar tikib əhalinin istifadəsinə versinlər". İnanırıq ki, Saatlı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri əhalini narahat edən məsələni tezliklə yoluna qoyub sakinlər üçün müasir tələblərə cavab verən bazar tikəcəklər. \\ "günBakı" \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Dünən, 11:37 |
|
|
|
| • "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34 |
|
|
|
| • "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28 |
|
|
|
| • Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25 |
|
|
|
| • “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21 |
|
|
|
| • Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10 |
|
|
|
| • "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50 |
|
|
|
| • Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37 |
|
|
|
| • “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35 |
|
|
|
| • “Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33 |
|
|
|
| • Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31 |
|
|
|
|