“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                 

Deputatın nəzarətindəki şirkətlərdə vergi yoxlamaları başlayır
Tarix: 26-02-2015, 11:20 | Çap et
Deputatın nəzarətindəki şirkətlərdə vergi yoxlamaları başlayır
Qanun məmurların və millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, Milli Məclisin bəzi deputatları biznesmen kimi ad çıxarıblar. Yerli KİV-lər dəfələrlə bizneslə məşğul olan millət vəkillərinin adını açıqlayaraq onların biznes şəbəkəsinə aid olan şirkətlər haqqında konkret faktları açıqlayıblar. Amma bütün bunlara baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlara qarşı ciddi tədbirlər həyata keçirilmir. Çünki vəzifəli şəxslərin bir çoxu nəzarətlərində olan obyektləri adətən yaxın adamlarının adına sənədləşdirirlər. Beləcə, onların bizneslə məşğul olmasını faktiki şəkildə sübuta yetirmək mümkün olmur. Parlamentin biznesmen kimi təqdim edilən üzvlərindən biri də Əsabil Qasımovdur. Qeyd edək ki, Əsabil Qasımov İmişli rayonundan millət vəkili seçilib. Deputatın adı son günlər müxtəlif qalmaqallı məsələlərdə hallanmaqdadır.

Belə ki, deputatın ailəsinə məxsus "Karat" holdinqdə komendant vəzifəsində çalışmış, hazırda həbsdə olan Rövşən Hacıyevin bacısı Güllü Hacıyeva və vəkili Ceyhun Yusifov ötən ilin oktyabrın 21-də mətbuat konfransı keçirərək çox ilginc faktları açıqlayıblar. C.Yusifov müvəkkilinin CM-nin 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə həbs olunduğunu bildirib: "Guya Rövşən Hacıyev "Karat" holdinqin vəzifəli şəxsi olaraq öz vəzifə səlahiyyətlərini aşaraq mənzilləri satıb və pulunu mənimsəyib. Guya komendant olan Rövşən Hacıyev 5 mənzil satıb və zərərçəkənlərə 1 milyon manatdan artıq ziyan vurub. Faktiki olaraq zərərçəkən də yoxdur. Bu, sadəcə, şər-böhtandır. Mənzil satışı zamanı müvafiq müqavilələr tərtib olunur və həmin müqavilələr möhür vurularsa, hüquqi cəhətdən qüvvəyə minir. Möhür yoxdursa, deməli, həmin müqavilələrin hüquqi qüvvəsi də yoxdur. "Karat" holdinq Bakının ən müxtəlif ünvanlarında çoxmərtəbəli binalar tikir, həmin binalarda olan mənzillərin satışını təsdiqləyən möhür isə yalnız bir ünvandadır - "Karat" holdinqin əsas ofisində. Möhür Əsabil Qasımovun oğlu Taleh Qasımovda olur. Onun baş ofisdə çalışan digər qohumları da nadir hallarda möhürdən istifadə etməklə müqavilələri təsdiqləyirlər. Yəni Rövşən Hacıyev istəsəydi, belə satışa çıxarılan mənzilin alqı-satqı müqaviləsini pulunu ödətdirmədən təsdiqlətdirə bilməzdi. "Karat" holdinqin inşa etdirdiyi binalardan 5 mənzilin satıldığı, lakin pulunun mədaxil edilmədiyi üzə çıxıb. Həmin mənzillərin satışı zamanı müqavilələrə möhür vurulub. Bunu Rövşən Hacıyev edə bilməzdi". Vəkil müvəkkilinin ittiham olunduğu cinayəti törətmədiyini söyləyib: "Əsabil Qasımov gecə yarısı tikinti meydançalarına gedib traktorların işığı altında tikintidə istifadə olunan armaturları bir-bir sayan adamdır. Belə bir adamın xəbəri olmadan şirkətinin tikdiyi binada mənzil satmaq olar?" Keçirilən mətbuat konfransında R.Hacıyevin bacısı Güllü Hacıyeva maraqlı açıqlamalar verib. Deputatın qardaşına qarşı haqsızlığa yol verdiyini deyən G.Hacıyeva 5 mənzilin satılaraq pulunun mənimsənilməsində ən böyük günahkar Əsabil Qasımovun özünün olduğunu dedi: "Əsabil Qasımov şirkətlərinin başında öz qohumlarını oturdub. Onun qohumları həmin 5 mənzili satıblar və aparıb azar oyunlarında uduzduqları adamlara veriblər. Deputatın qohumu Qərib Əmiraslanov mənzilləri satandan sonra Rusiyaya, oradan da Türkiyəyə gedib. Əsabil Qasımov bunu biləndən sonra onu orada tutdurub Bakıya gətizdirdi, 20 gün də türmədə saxlatdı. İndi isə həmin cinayəti Qarabağ uğrunda döyüşlərdə canını qoyan, bir neçə dəfə yaralanan, əlacsızlıqdan gedib Əsabil Qasımovun holdinqində qarovulçuluq, komendantlıq edən qardaşımın üstünə yıxır. Necə ola bilər ki, bir komendant milyardlarla pulu olan holdinqin sahibini aldadıb? Məndə olan məlumata görə, Əsabil Qasımov mənzilləri öz yaxın qohumlarının adına rəsmiləşdirir. Qohumlarını çağırır və onlarla alqı-satqı müqaviləsi bağlayıb guya mənzili həmin qohumuna satır. Bunu niyə edir? Şəhərin mərkəzində olan binalarda mənzillərin kvadratını 110-120 manatdan olmaqla yaxınlarının adına rəsmiləşdirir. Halbuki həmin mənzillərin kvadratının real satış qiyməti 1200 manatdır. Beləliklə, vergi ödənəndə hər kvadrata görə 120 manatdan ödənir. Faktiki isə həmin mənzillərin kvadratı 10 dəfə baha satılır. Binaların üstündə olan texniki sahələr də sonradan mənzilə çevrilərək satılır. Hansını deyək? Bu adamın 30-dan artıq şirkəti var. Haradan alıb deputat bu qədər pulu? Bu adam sadəcə, qohumlarına nəzarət edə bilmir, qardaşımı da günahsız olduğunu bilə-bilə həbs etdirməklə qohum-qardaşının gözünü qorxutmaq istəyir". Deputatın ünvanına bu qədər sərt ittihamlar səsləndirilsə də, əlaqədar dövlət qurumları Əsabil Qasımova məxsus holdinqdə üzə çıxan dələduzluq faktını dərindən araşdırıb əsl günahkarları məsuliyyətə cəlb etmədilər. Bu isə o deməkdir ki, deputat toxunulmazlıq mandatından və yüksək maliyyə imkanlarından istifadə edərək aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələrini ələ alır. Ya da hansısa sehrli əllər millət vəkilini mövcud təhlükələrdən qoruyur. Araşdırmalar isə göstərir ki, İmişlinin deputatı heç də balaca fiqur deyil. Onun biznes şəbəkəsinə nəzər salanda görürük ki, Əsabil Qasımovun nəzarətində olan müəssisələrin illik gəliri milyardları keçir. Məsələn, "Karat" holdinqin tərkibinə daxil olan çoxsaylı şirkətlərə diqqət yetirək: "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri); "Azinvest" tikinti şirkəti; "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı); "Karmen" MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; "ASTEL" MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulda və Gürcüstanın müxtəlif bölgələrində); "Gəncə Fatoğlu" (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" hoteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ saray" binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market". Deyilənə görə, deputat hansısa məqsədlər üçün marketin sahəsini 309 kvadratmetr göstərib, faktiki isə 515 kvadratdan artıqdır: "Bu necə deputatdır ki, belə işlərə yol verir? Onun şirkətlərində xoşagəlməz hallar mövcuddur". Bu arada, qeyd edək ki, bir neçə gün öncə İmişlinin deputatı barədə ilginc iddia ortaya atılıb. Bəzi saytların yazdığına görə, 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı Əsabil Qasımov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. O, qarşıdakı seçkilərdə özünün deyil, oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmaq istəyir: "Deputat oğlunun hansı dairədən namizəd olacağını yəqinləşdirməsə də, güman ki, bu, Sumqayıtdakı dairələrdən biri olacaq". Özəl qaynaqların bildirdiyinə görə, isə, vergi orqanları Əsabil Qasımovun nəzarətindəki şirkətlərdə tezliklə yoxlamalara başlayacaq. Burdan belə görünür ki, deputatın biznesi ciddi təhlükə altındadır, o yuxarıda adlarını qeyd etdiyimiz şirkətlərini itirə bilər. Qeyd edək ki, Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət göstərsə də, indiyə qədər nə Milli Məclisin plenar, nə də komitə iclaslarında bircə dəfə olsun çıxış etməyib. Qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı təşəbbüs və aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru