Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                 

Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"
Tarix: 23-02-2015, 10:33 | Çap et
 Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"
Torpaqlarımızın müdafiəsi zamanı döyüşlərdə ağır yaralanaraq, sözün əsl mənasında, yarımcan olan Loğmanı da, Məhərrəmi də QAZİLER.AZ saytına yaşadıqları problemləri, dərdləri çəkib gətirib. Onları dinlədikcə yaşadıqları ağrı-acıları çöhrələrinə çökür, gözlərindən, baxışlarından demək istədikləri, ifadələri oxunur...- Onları çox incidirlər!

Paşayev Loğman Faiq oğlu Qarabağ müharibəsində 1992-94 - cü illərdə, necə deyərlər, döyüşün ən qızğın vaxtlarında iştirak edib. Məşhur 702 saylı hərbi hissədə döyüşüb Loğman. İki dəfə yaralanıb. 1-ci dəfə 1993-cü ildə Füzulidə Divanalılar kəndində yaralanıb, amma ikinci dəfə 1994-cü ildə aprelin 26-da Füzuli rayonunun Alıxanlı kəndində, özü də çox ağır yaralanıb. Ona dəyən üç düşmən gülləsi ağciyəri zədələyib və onurğa sütununu deşib. Güllənin biri isə hələ də qolunun altında qalıb. Elə o vaxtdan əlil arabasına möhtac qalıb...

"bizə verilən əlil arabaları çox keyfiyyətsizdir"

Loğman söhbətə gileylə başladı:
“Əməliyyat risklidir, ona görə həkim dedi ki, əməliyyat edib gülləni çıxarsaq, qolun işləməyə bilər. Səhiyyə sisteminin biz Qarabağ əlillərinə qayğısı sıfır səviyyəsindədir. Ümumiyyətlə, səhiyyədən danışmaq mənasızdır! Başqa problemlərdən danışmaq istəyirəm, bizə verilən əlil arabaları çox keyfiyyətsizdir. Özü də bizə 3 növ əlil arabası verilməlidir – küçədə, evdə gəzmək, biri də hamamda çimmək üçün. Amma vermirlər! Deyirlər ki, bizə belə tapşırılıb. Təsəvvür edin də, bununla hamamda çimmək olar? Mağazalarda hər üçü də satılır, özü də müxtəlif ölkələrin, şirkətlərin daha da keyfiyyətliləri. Bax bunu altı ay olar (əli ilə oturduğu əlil arabasının təkərlərini sığallayır. red.) nazirliyin xətti ilə veriblər. Bunun təkəri hava ilə deyil, bir yerə gədəndə takkıldayır. Çox narahatdır, bizi incidir. Artıq dağılmaq üzrədir. Əlil arabası var ki, 2 il davam gətirir, məsələn Almaniyanın “Meyra” şirkətinin əlil arabaları daha keyfiyyətlidir, onu 5 il istifadə etmək olur. Bu araba Almaniya arabası adı ilə verilib, amma Çin istehsalıdır, baxan kimi bilinir. Lakin bunlar tez sıradan çıxır. Təsəvvür edin, bizə bir əlil arabası beş illiyə verilir. Qanunla belədir. Amma bunları beş il istifadə etmək olmur axı. Tez sıradan çıxırlar”.

Bundan yaxşı, normal, keyfiyyətli arabalar 250-300 manatdır

Loğman əlil arabasının alınması qaydasından da danışdı. Bu da əməlli başlı problemiymiş: “Əlil arabalarını almaq üçün əvvəl qeydiyyatda olduğun poliklinikaya müraciət edirsən, orada 88 nömrəli forma hazırlanır və göndərirlər VTEK-ə (Həkim Əmək Tibbi Ekspert Komissiyası. Red.). VTEK-də sənədləri hazırlayırlar, göndərirlər nazirliyə, onlar da müraciəti araşdırıb əlil arabası verirlər. Əgər əlil arabası sınıbsa, yenə də təzəsini almaq üçün, gedib müraciət edirsən. Amma süründürməçilik çoxdur. Məsələn, qan analizi istəyirlər, bəzən həkim yerində olmur, yuxarı çıxıb aşağı düşməyə adam lazımdır ki, sənin yanında olsun, sənədləri aparıb-gətirsin, bütün bu proseslər qurtarandan sonra 5 nəfərin imzası olmalıdır ki, əlil arabasının verilməsi üçün icazə alasan. Amma çox incidirlər, get-gələ salırlar, bezdirirlər, biz də məcbur olub rüşvət veririk. Daha sonra nazirliyə müraciət edib razılıq məktubu almalısan. Bütün bu proseslərdən keçəndən sonra çox keyfiyyətsiz bir əlil arabası verirlər, baxın da budur. Bu əlil arabalarından mağazalarda 130 -140 manata doludur hər yerdə, gəlsinlər nazirliyin işçilərinə aparıb göstərək. Amma deyirdilər ki, bu arabaların qiyməti 700 manatdır. Yaxşı olar ki, pulunu versinlər, özümüz alaq. Bundan yaxşı, normal, keyfiyyətli arabalar 250-300 manatdır. Səkkiz il bundan öncə Almaniyanın bir arabasını almışdım, “Mayro” firmasının idi, çox keyfiyyətli idi, 5 il işlətdim. Axırda təkərləri dağılmışdı, onu bir yaşlı insana verdim, indi də o işlədir. Mən özüm 21 ildir ki, əlil arabasına məhkum olumuşam. Bu arabadan 3 dəfə yıxılmışam - arxası üstə. O arabaların “zaşitnik”i (qoruyucusu. red. ) vardı, bunlarda yoxdur. Mənə hamam arabasını bir yaxın dostumuz alıb bağışlayıb. Yoxum idi, almağa da imkanım yox idi. Bizim üçün çox çətin olur hamamda yuyunanda bu “kolyaskadan” istifadə etmək. Hamam “kolyaska”sı da haradasa 160 manatdır. Biz ömürlük yataq xəstəsiyik, amma bizə yataq və kolyaska üçün xüsusi ortopedik döşəklər də verilmir. Onu da özümüz pulla alırıq!”.

Sonuncu dəfə yeddi il əvvəl müalicə aldığını deyir Loğman:
“Sonuncu dəfə 7 il bundan əvvəl qohumumun köməyi ilə Krımda – Sakidə müalicədə olmuşam. Amma ondan bir il əvvəl, yəni 8 il əvvəl nazirliyin xətti ilə xaricə müalicəyə göndərilmişəm. Qohumumun müalicəyə göndərməyi ilə nazirliyin göndərişi arasında böyük fərq var idi. Birincisi, nazirlik 28 günlük müalicəyə göndərdi, 28 günlük müalicəyə göndəriləndə, o müddət ərzində havanı dəyişirsən, xəstələnirsən, yol yorğunluğu olur. Pullu müalicəylə pulsuzda böyük fərq var. Məsələn, qohumum məni 45 günlük müalicəyə göndərmişdi, üstəlik xərcləyəcəyim pulu nağd özümə vermişdi. Orada da pulumu verib müalicəmi götürdüm.

“...ermənilərə daha yaxşı baxırdılar, diqqət göstərirdilər”

Ora Ukraynadan, Ermənistandan da əlillər gəlirlər müalicəyə. Biz gedəndə 60-70 erməni gəlmişdi. Onlara çox yaxşı arabalar vermişdilər, yaxşı baxırdılar. Mən öz xərcimlə gedəndə, orada gözləyirdilər ki, Azərbaycandan kütləvi şəkildə əlillər gələcək. Erməniləri avtobusla yola salandan 1 saat sonra bizimkilər gəldilər. İnanırsınız, yarısı idman zalında yatırdı, harada gəldi yatırdılar. Amma ermənilərə daha yaxşı baxırdılar, diqqət göstərirdilər. Bu 8 il əvvəl olub. Sonuncu dəfə keçən dəfə Yunanıstana aparıblar bizim əlilləri, mən getməmişəm, amma danışırlar ki, o da qocalar pansionatı olub”.

Loğman Ali təhsilli, kinoya, teatra, kitaba marağı olan bir insandır. Amma yaralanıb əlil arabasına möhtac olandan gedə bilmir kinoya, teatra...

“Teatra-kinoya həmişə həvəsim olub, institutda oxuyanda getmişəm, gənclik illərində. İndi gedə bilmirəm. Həm utanıram, həm də yollarda şərait yoxdur. Binalarda panduslar quraşdırılmır. Bakıda, ümumiyyətlə, əlil arabasının keçməsi üçün əksər vaxt yerlər qoyulmur, qoyulanlar da yarasızdır. Maililiyi çox yüksəkdir. Bizi nəzərə almırlar. Axı biz də insanıq, teatra, operaya getmək, müxtəlif mədəni tədbirlərdə iştirak etmək istəyirik. Təəssüflər olsun ki, bu kimi problemlər arzularımızın üstündən xətt çəkir!”

“...bizi ən çox incidən məmurların bizə olan ögey, yarıtmaz münasibətidir”

Dolanışığından da danışdı Loğman:

“Mən Allah şükür edən adamam, buna da şükür! Ailəliyəm, prezident təqaüdü ilə birlikdə 380 manat pul alıram. Amma dolana bilmirəm, çox çətinlik çəkirəm. Nazirin, deputatın balası, ayda 380 manatla ailə saxlaya, dolana bilərmi? Əlbəttə yox! Dövlət mənzillə, avtomobillə təmin edib məni. Obyektimin sənədləri var, amma özü yoxdur. O vaxt dəmir dükanım var idi, Bakıxanov qəsəbəsində, onu da o vaxt mer Hacıbala müəllim götürtdü. Sonralar neçə dəfə müraciət elədim ki, icazə verin orada yenidən, müasir formada balaca bir obyekt tikim, işlədim, dolanım. Amma vermədilər, dedilər ki, orada uşaq baxçası var, obyekt olmaz. İndi onun yerində aptek qoyublar. Dəfələrlə getmişəm bu işin arxasınca, amma alınmayıb, axırda bezdim, daha getmədim... Bilirsiniz, bizi ən çox incidən məmurların bizə olan ögey, yarıtmaz münasibətidir. Belə münasibət olmamalıdır! Ölkə prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən çox razıyıq. Lakin bu məmurlar bizi bezdiriblər! Bizi yaşamağımıza peşman ediblər!”

“NAZ-LİFANlara heç olmasa avtomat ötürücü qoyalar”

O, dövlət tərəfindən Qarabağ əlillərinə verilən avtomobillərdən də danışdı:
“Çox sağ olsunlar, əlillərə avtomobil verilir, bu yaxşı bir haldır. Amma burada da müəyyən problemlər var. Mələsən, bizim kimi əlilləri nəzərə almırlar, yəni avtomobilin idarəetməsi mexanikidir. Bu isə bizim kimi əlillər üçün çox çətindir. Sağlam adamlar üçün mexanika ilə avtomobil idarə etmək çətindir, o ki qala əlil ola. Dövlətin verdiyi “OKA” elə də keyfiyyətli deyildir deyə, tez sıradan çıxdı, çox əlil indi avtomobilsiz qalıb. Bir qohumum mənə balaca bir “KİA” bağışlayıb. İdarəetməni də ələ qoymuşam. Bu qurğu isə Almaniya istehsalıdır, çox rahatdır. Yaxşı olar ki, əlillərə verilən bu yeni NAZ-LİFANlara heç olmasa avtomat ötürücü qoyalar. Heç olmasa “avtomat korobka” bir qədər istifadəni yüngülləşdirir”.

“Bütün pensiyamızı da avtomobilin təmirinə veririk”

Məhərrəm Əliyev də onu narahat edən problemlərdən söz açdı...

Məhərrəm Həmid oğlu Əliyev 1992-ci ildə könüllü olaraq Qarabağ yollanıb. O da 702 saylı hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzulinin Dilağar kəndi uğrunda gedən döyüşdə minaya düşərək ağır yaralanıb. 1-ci qrup Qarabağ əlilidir:

“Sağ olsun dövlətimiz, mənə iki otaqlı ev və “OKA” markalı avtomobil də verib. Amma avtomobilim uzun müddət istifadə etdim deyə artıq sıradan çıxıb. O maşınlar o qədər keyfiyyətsizdir ki, tez xarab olur. Və yaxud vuruldu, əzildi, dağıldı getdi. 2002-ci ildə almışdım mən “OKA”-nı. O avtomobildən hansı əlildə varsa, hamısı əziyyət çəkir. Bütün pensiyamızı da avtomobilin təmirinə veririk. O qədər keyfiyyətsizdir ki, kim sürür, narazılıq edir. Yeni indiki NAZ-LİFANlar “OKA”ya baxanda yaxşıdır. Amma onların da avtomat idarə etməsi yoxdur, təhlükəsizlik yastığı yoxdur. Qarabağ əlillərinə verilən NAZ-LİFANlardan bəzi detalları, ümumiyyətlə, çıxardırlar və bəzi detalların isə olduqca ucuz və keyfiyyətsizini qoyurlar.

İki övladım var. Artıq onlar böyüyüblər. İstəyərdim ki, mənzillərin genişləndirilməsi məsələsində məni də nəzərə alsınlar. Yeri gəlmişkən, bizə verilən mənzillərin təmiri çox keyfiyyətsiz idi. Döşəmə, hamam, tualet çox pis vəziyyətdə idi. Hamı evini yenidən təmir etdirməli oldu. Əvvəllər mənzil təmiri ilə əlaqədar pul ayırırdılar, indi bilmirəm, o var, yoxsa ləğv olunub”.

“Amma indi vəziyyət pisdir. Rəhmətlik Heydər Əliyevin zamanında vəziyyət daha yaxşı idi”

Məhərrəm də Qarabağ əlillərinə səhiyyə xidmətindən narazılıq etdi:

“Bundan başqa, səhhətimizlə bağlı bizə pulsuz dərmanlar verilməlidir, amma ala bilmirik. Səhiyyə Nazirliyindən nə qədər pulsuz dərmanların siyahısını veriblər, amma mən epilepsiya xəstəsiyəm, mənim dərmanım yoxdur o siyahıda. Fillipsin dərmanı qiyməti 8 manatdır. Gündə 2 dənəsini qəbul etməsəm, epileptik tutmalarım olar. 2 gün dərman qəbul etməyim, gündə 2-3 dəfə epileptik tutmalarım olar. Yaralanandan epilepsiya xəstəliyinə tutmuşam. Başımdan yaralanmışam. Qəlpə yarası almışam. Həyat yoldaşım məni 10 dəqiqə tək qoymur. Çünki mənim epileptik tutmalarım zamanı neyləmək lazım olduğunu o bilir. Qarabağ Əlillər Cəmiyyətinin vaxtında pulsuz dərman verilən apteklər təşkil olunmuşdu, həkimim lazımı dərmanı yazırdı yoldaşım da gedirdi oradan alıb gətirirdi. Etimad müəllimgilin sayəsində (2001-ci ilə qədər fəaliyyət göstərmiş Qarabağ Əlillər Cəmiyyətinin sədri Etimad Əsədovu nəzərdə tutur. Red.) o vaxtlar bu problem həll olunurdu. Amma indi vəziyyət pisdir. Rəhmətlik Heydər Əliyevin zamanında - Azərbaycanda hələ neft müqavilələri bağlanmamış, iqtisadi cəhətdən bu günə baxanda qat-qat zəif olan vaxtı daha yaxşı yaşayırdıq, diqqət daha çox idi”.

Həmsöhbətlərimiz Qarabağ əlilləri kimi pulsuz dərman almaları qaydalarını da danışdılar. Bu da tam bir bürokratiya, süründürməçilikdir. Əgər pulsuz dırman almaq istəyirsənsə, əvvəlcə sahə həkiminə müraciət edirsən. Sahə həkimi müayinələrdən keçmək üçün sənə göndəriş verir. Burun-boğaz həkimindən, can həkimindən, cərrahdan, rentgendən, UZİ-dən...keçib gedirsən qan, sidik və sairə analizlərini verməyə. Sonda bütün nəticələr toplanır və sənə 20 ildir istifadə etdiyin və bu qədər müayinəyə ehtiyacı olmadan verilə biləcək dərmanları almaq üçün resept yazırlar. Bu reseptlər poliklinikanın baş həkimi tərəfindən “PULSUZ” möhürü vurulmağa göndərilir. Bu da uğurla başa çatandan sonra üz tutursan yaşadığın rayondakı pulsuz dərman verilən aptekə. Təbii ki, orada da çox vaxt növbə olur. Rayonun bütün şəkər xəstələri və digər güzəştlərə malik xəstələri orada dərman almaq üçün növbəyə dayanır. Əgər bəxtin gətirsə, növbən çatıb aptekə daxil ola biləsən...Onda da başlaıyrlar “bu dərman bizdə yoxdur, o dərman bizdə yoxdur!” kimi bəhanələrlə adamı get-gələ salmağa! Əslində apteklərdə ancaq yod, bint, tetraskilin, analgin kimi ucuz və lazımsız dərmanlar olur. Qarabağ əlili də məcbur olub gedib ona lazım olan dərmanları apteklərdən pulla alırlar.

REDAKSİYADAN: Hələ 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qarabağ əlillərinə pulsuz xidmət göstərəcək xüsusi apteklərin təşkil edilməsi barədə 26 avqust tarixli, 193 saylı fərman imzalamışdı. O zaman Qarabağ Əlillər Cəmiyyəti bu fərmandan yararlanaraq respublikamızda 10-dan artıq aptek yaratmışdı. Təəssüflər olsun ki, 2001-ci ildən başlayaraq bəzi dövlət qurumlarının yarıtmazlığı sayəsində bu apteklər bağlandı.

 Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru