“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

“Vüqar Hüseynovu buraxsınlar, camaatın pulunu qaytarsın” - Dələduzluğun qurbanları
Tarix: 29-01-2015, 11:25 | Çap et
“Vüqar Hüseynovu buraxsınlar, camaatın pulunu qaytarsın”
“Azər Mühafizə” MMC-nin Şəmkir rayonu üzrə nümayəndəsi İlham Babayev, Tovuz rayonu üzrə bölgə nümayəndəsi Şahin Quliyev, Samux rayonu üzrə bölgə nümayəndəsi Zaur Xıdırov, Gədəbəy rayonu üzrə bölgə nümayəndəsi Simnar Əhmədov Modern.az saytının redaksiyasına şikayətlə müraciət ediblər.

Onlar biliriblər ki, “Azər Mühafizə” MMC-yə qəbul olunarkən baş ofisə depozitlə pul qoyublar. Həmin depozitə uyğun olaraq hər birinə əmək haqqı müəyyən edilib.

Şikayətçilər deyir ki, işə Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsində yerləşən baş ofis tərəfindən qəbul ediliblər və depozitləri də ora veriblər. “Əmək haqlarımız vaxtında verilirdi. Lakin 2014-cü il oktyabr ayından 2015-ci il yanvarın 20-dək çalışmağımıza baxmayaraq, əmək haqlarımızı ala bilməmişik”.

Şəmkir rayonu üzrə nümayəndə İlham Babayev bildirib ki, şikayətləri “Qala” mühafizə şirkətindəndir.
“Bizə dedilər ki, kim işə düzəlmək istəsə, pulu gətirin baş ofisə. Orda iş sistemi belədir ki, depozit qoyulur, sonra 36 gündən bir olaraq depozitin yarı fazini maaş olaraq alırsan. İşə düzələnlərin kimisi 1000, 2000, 5000, 10000 manat depozit qoyaraq, aybay maaşını aldı. Oktyabr ayından etibarən maaşlar ləngidi və yanvar ayının ortalarında baş ofisin rəisi Vüqar Hüseynov həbs edildi. Bundan sonra depozit qoyan vətəndaşlar hamısı bölgə rəsilərinin üstünə qalxaraq öz depozitlərini tələb etməyə başladılar. Baxmayaraq ki, pulu baş ofisə veriblər, ancaq pullarını bizdən tələb etdirlər, çünki onları işə biz cəlb etmişik.
Vüqar Hüseynov öz vəkili vasitəsilə məlumat göndərib ki, bir ay müddətinə polis nəzarətində olmaqla azadlığa buraxıla bilər: “Deyib ki, əgər bir aylıq azadlığa çıxarsa, hər kəsin pulunu özünə qayataraq.
Biz mühafizə şirkətinin əməkdaşları olaraq baş ofisin rəisi Vüqar Hüseynovdan şikayətçi deyilik. Biz sadəcə xahiş edirik ki, onun bizə olan borclarını ödəməsi üçün şərait yaradılsın”.

Tovuz rayonu üzrə bölgə nümayəndəsi Şahin Quliyev bildirib ki, yeni ildən əvvəl Vüqar Hüseynov Tovuz rayonunda olub: “Şəxsi heyətə sıra baxışı keçirdi. Bütün şəxsi heyətin qarşısında kişi kimi söz verdi ki, yanvar ayının 10-a qədər noyabr-dekabr maaşlarını verəcək. Yanvar ayının əvvəlində maaşlar barədə soruşmaq üçün baş ofislə əlaqə saxladım. Vüqar Hüseynov mənə bildirdi ki, ayrı-ayrı rayonlara maaşların nə vaxt veriləcəyi cədvəli tutulub. Tovuda yanvarın 18-də veriləcək. Sonra da rəis tutuldu. Bizsə çarəsiz qalmışıq. Depozit qoyan insanların hamısı əsgərliyi yenicə bitirənlərdi. Rayona, evimizə gedə bilmirik. Həmin uşaqların valideynləri bizdən pullarını tələb edirlər, ailə üzvlərimizi incidirlər.
Onlar da öz növbəsində haqlıdır. Çünki eləsi var ki, kredit götürüb, sələmə girib bu işə düzəlib.
Vüqar Hüseynov bizə bildirdi ki, pullar bankdadır, yanvar ayından sonra bütün maaşlar ödəniləcək. Biz də səbr etdik, gözlədik, gah dedi “bank məni aldatdı”, gah dedi “bank pulları vermir” və s. Sonra da həbs olundu. Tək istədiyimiz odur ki, onun işçilərin pullarını geri ödəməsi üçün şərait yaradılsın”.

Gədəbəy rayonu üzrə bölgə nümayəndəsi Simnar Əhmədov deyir ki, hər kəsi inandıran Daxili İşlər Nazirliyinin lisenziyasıdır:
“Sənədin üstündə nazirliyin lisenziyası, cənab Ramil Usubovun imzası, möhürü var. Biz buna necə şübhə ilə yanaşa bilərdik axı... Özəl şirkət olsa da, Daxili İşlər Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.
Nazirlikdən məlumat aldıq ki, iş hazırda Baş Prokurorluqdan Daxili İşlər Nazirliyinin İstintaq idarəsinə göndərilib, müstəntiq Vüqar Tağıyevə tapşırılıb, başqa məlumatımız yoxdur”.

“Rəis Vüqar Hüseynov həbs olunubsa, onun işlərini icra edəcək şəxslər yoxdurmu” sualına cavab olaraq şikayəçilər deyir ki, işləri icra edəcək müavinlərdir ki, onlar da həbsdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mühafizə şirkətlərinə lisenziya verilməsi Prezidentin “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu və onun tətbiqi barədə” Fərmanı (2007), eyni zamanda “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” (2002) Fərmanına əsasən tənzimlənir.

“Hər iki fərmanda məsələ birbaşa olaraq icra hakimiyyəti orqanı kimi Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu sahədə fəaliyyət göstərən istənilən hüquqi və fiziki şəxs ilk növbədə nazirliyə ərizə ilə müraciət etməlidir. Normativ aktlarda qeyd olunmuş sənədlər toplandıqdan sonra həmin məsələyə baxılır. Həmin sənədlərdə tələb olunan bütün göstəricilər qaydasında olduğu təqdirdə müraciət edən hüquqi və fiziki şəxsə lisenziya verilir”.

Baş verənlərlə bağlı Baş Prokurorluq da “Qala” BTX və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barədə məlumat yayıb. Həmin məlumata görə, Vüqar Hüseynov bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı adamları işə düzəltmək adı ilə aldadıb.
Həmin adamlardan guya, cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Onlara ötən ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən ödəyib. Sonradan isə “yoxa çıxıb”.
Buna görə də Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru