(Əvvəli ötən sayda)
Bəli, Azərbaycan həbsxanalarında baş verən məlum hadisələri ağlamaq üçün iri bir qara yaylıq lazımdır ki, oturub hönkür-hönkür ağlayasan! Ən azı ona görə ki, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev baş verən cinayət hadisəsindən-məhkum qadının həbsxanada uşaq doğmasından, obort etdirilməsindən, həbsxanadan kənara çıxarılıb top kimi oynadılmasından, onu həbs etdirmiş keçmiş nazir müavini Aslan Aslanovun tapşırığı və təsiri ilə 10 illik həbs müddəti başa çatdıqdan sonra guya həbsxanada kiminləsə “dava salmasını” bəhanə edərək ona əlavə 5 il 6 ay əlavə azadlıqdan məhrumetmə cəzası verilməsindən... danışmaq əvəzinə, TV-lərə müsahibə verir ki, “Biz hazırda uşağın atasının kim olmasını öyrənməyə çalışırıq!”.
Mədət Quliyevin diqqətinə: “Müqəddəs” Lamiyə, yaxud Hz. Məryəm atasız oğlu Hz. İsanı necə dünyaya gətirmişdir?
İki gün əvvəl, nəhayət, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev danışdı...
Rəsmi arayış: “Mədət Quliyev Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir”.
***
Beləliklə, general Mədət Quliyev təxminən bir il əvvəl- 2013-cü ildə əsassız və ədalətsizcəsinə olaraq Lamiyə Quliyevanın cəzasının (artıq 10 ili başa çatdığından və azadlığa çıxmaq istəyərkən) başa çatması ərəfəsində onun guya 4 saylı həbsxanada işçilərlə dalaşması bəhanəsi ilə cəzasının daha 5 il 6 ay artırılması üçün Bakı İstintaq Təcridxanasına aparılmasından, orada necə və hansı şəraitdə intim münasibətdə olmasından... danışmaq əvəzinə, bir il sonra-atası məlum olmayan uşağın atasının tapılması istiqamətində səylər göstərilməsindən danışdı. Doğrudanmı Mədət Quliyevə uşağın atasının kimliyi çox maraqlı idi?
“Müqəddəs” Lamiyə atasız uşağı necə və kimdən doğub?
İnanclı insanlardan dönə-dönə üzr istəyərək, bu məqamda hörmətli Mədət Quliyev bir bəşəri faktı xatırlatmaq məcburiyyətindəyik: Beləliklə, rəsmi dini mənbələrdən sitatlar: “...Hz. Məryəm, Məscidi Əqsanın şərq tərəfindəki otağında davamlı ibadətlə məşğul idi... Artıq ilahi iradə, Hz. İsanın bədənə gəlməsini təqdir etmişdi. Bu iş şübhəsiz olacaqdı. Hz. Məryəmin Cəbrayıl (ə.s.)a bu işin necə ola biləcəyinə dair soruşduğu sual, ilahi qüdrətə qarşı bir şübhəsi olduğu üçün deyil. Hz. Cəbrayıl, ona insanlıq aləmində Hz. Adəmdən bəri ilk dəfə baş verəcək olan möcüzə bir hadisəni xəbər verirdi: Atasız uşaq sahibi olmaq... Hərçənd Hz. Adəm, həm atasız, həm də anasız olaraq palçıqdan yaradılmışdı. Hz. Məryəm, Cəbrayılın bu müjdəsindən sonra ibadətlərini artırdı. Allaha daha çox şükr etməyə başladı. Aradan bir müddət keçdi. Hz. Məryəmdə hamiləlik əlamətləri meydana çıxdı. Buna görə Hz. Məryəm, insanlardan uzaq, kimsənin bilmədiyi və gəlmədiyi bir yerə çəkildi. (Məryəm, 22) Burada uşağının doğulmasını gözləyirdi... Birdən Hz. Məryəmin budağına yapışdığı quru xurma ağacının yaşıllaşıb meyvə verdiyi görüldü. (M. Vehbi, a.k.ə., VIII, 3206, ayrıca bx: Beyzavi.) Quru bir ağacın yaşıllanıb meyvə verməsi ilə, Məryəmin atasız uşaq doğması arasında böyük bir bənzərlik vardı. Hz. Məryəm bu xüsusu düşünərək təsəlli tapdı, çətinliklərinin yüngülləşdiyini hiss etdi. Hamiləliyinin 9-cu ayının sonunda Hz. Məryəm, oğlu İsanı dünyaya gətirdi”.
İndi istər-istəməz sual yaranır: cənablar, Böyük yaradanın möcüzələri çox olub. Bəlkə bu uşağın da atasız doğulması hansısa möcüzələrdən biridir? Axı həbsxanalarımızda son vaxtlar möcüzəli hadisələr tez-tez baş verir...
İstintaq Təcridxanasında necə hamilə qalmaq olar? - Lamiyədən etiraf
...Lakin dünən “Təzadlar” atasız uşağın kimdən olması barədə yazan kimi məlum oldu ki, artıq Lamiyə özü bu “atasız uşaq” sirrini açıb danışıb... Buna sonra qayıdacağıq. Əsas odur ki, cənab general gərginlikdən xilas oldu!
Beləliklə, qayıdaq mövzumuzun əsas hədəfinə: söhbət Şəmkirin sabiq icra başçısı və həmçinin kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun mərhum oğlu Ruslan Aslanovun Lamiyə Quliyeva və Vüqar Əliyev tərəfindən öldürülməsindən, 2003-cü ildə baş vermiş bu qətl hadisəsinə görə L.Quliyevaya 10 il, Vüqar Əliyevə isə ömürlük həbs cəzası verilməsindən, onların ötən illərdə məhkumluq həyatında baş vermiş dəhşətli hadisələrdən... gedir. Ən dəhşətli hal budur ki, Lamiyə Quliyeva 4 saylı qadın cəzaçəkmə müəssisəsində (“Qara şəhər”də) uşaq dünyaya gətirir və bu gün də rəsmilər həmin uşağın atasının kimliyini öyrənməyə çalışır. Amma hamı bu uşağın həbsxanada necə zühur etməsini “unudur”. Məqsəd bəllidir. Çünki Allah heç kəsin yolunu bu məkana salmasın, amma bilənlər bilir ki, həbsxananın özünəməxsus qaydaları var...
Onlardan biri də kənar şəxsin həbsxanaya gələrək, məsələn, konkret halda, hansı məhbusla (kişi və ya qadın) intim münasibətdə olmasının mümkünsüzlüyüdür.
Yəni məhbuslarla xüsusi hallarda görüşə icazə verilir. Amma burada məlum intim əlaqəyə şərait yoxdur. Xüsusən də Lamiyə kimi ağır cinayət üstündə həbs edilmiş xanım üçün... Əgər bu mümkündürsə, niyə Leyla ilə Arif (ər-arvad) Yunusovlara şamil edilmir?
“Lamiyəni belə açıqlamaya məcbur ediblər...”
Və yuxarıda qeyd etdiyimiz kimi, dünən həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva ictimaiyyətə müraciət edib. Müraciət barədə azadliq.info-ya Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib: “...Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırilmışdı - red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin bu dəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokrorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdı və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi. Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm. İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.
Lamiyə Quliyeva: “Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm”
Lamiyə Quliyevanın bu etirafına hörmətlə yanaşırıq... Lakin dünən yazı çapa hazırlananda məlumatlı mənbə redaksiyamızla əlaqə saxladı və onun qəti fikri belə idi ki, Lamiyənin bu etirafı Penitensiar Xidmət rəhbərliyi tərəfindən düşünülmüş bir hərəkətin təzahürüdür: “...Mən hüquqşünasam, çoxsaylı insanların hüquqlarını məhkəmələrdə müdafiə etmişəm...
Penitensiar Xidmətin rəisi Mədət Quliyev niyə dərhal istefa vermədi???
Ömürlük həbs cəzası almış Vüqar Əliyevin, həmçinin Lamiyə Quliyevanın “İttiham Aktı”nda və barələrində çıxarılmış hökmdə hansı çoxsaylı qanun pozuntuları öz əksini tapıb?
Vəkil dostlarım çoxdur və onlarla birlikdə istintaq təcridxanasında aparılan dindirilmələri müşahidə etmişəm... İstənilən məhkumu dindirin, istintaq altında indi minlərlə təqsirləndirilən şəxslər var və onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar... Hansı məhkum orada saxlanılan və özü də ölüm işi ilə bağlı yatan bir xanımla intim münasibətdə ola bilər? Bunlar nağıllardır, amma elə nağıllar ki, heç körpə uşaq da buna inanmaz... O ki general Mədət Quliyev və Bakı İstintaq Təcridxanasının rəhbərliyi ola... Bu, birmənalı olaraq mümkün deyil. Yox, əgər bu baş veribsə, onda daha sözüm yoxdur. Ən azından, general Mədət Quliyev və komandası dərhal istefa verməlidir!”.
Həqiqətən də Lamiyə Quliyevanın Bakı İstintaq Təcridxanasında hamilə qalması kimi uydurma versiyaya inansaq, belə çıxır ki, bura hamiləlik evidir, istintaq təcridxanası yox! Gülməmli də olsa, belə çıxır ki, burada istintaq altına verilən istənilən qadın istəsə, elə buradaca hamilə qalıb türmədə doğa bilər... Bəlkə bu “qabaqcıl təcrübədən” başqa yerlərdə istifadə olunsun?
Aslan Aslanov 2003-cü ildə Şəmkir rayon prokuroru Zahid Vəliyevin kabinetinə nə üçün gəlmişdi?
Redaksiyaya məlumat verən başqa bir etibarlı mənbə isə hər kəsi şoka salacaq məlumatlar verib: “...İndi məlum olur ki, Aslan Aslanov məlum qətl hadisəsi ilə bağlı məhkəmə prosesi gedən zaman və hətta ibtidai istintaq dövründə Vüqar Əliyevlə də etibarlı adamları və onun vəkili vasitəsilə sıx əlaqə yaradıb... Günlərin birində isə, daha dəqiq, məlum qətl hadisəsi baş verəndən 3 gün sonra Şəmkirin icra başçısı Aslan Aslanov Şəmkirin prokuroru Zahid Vəliyevin kabinetinə gəlib və istintaq altında olanq Vüqar Əliyevi prokurorun kabinetinə gətiriblər... Aslan Aslanov V.Əliyevə onun da cinayət işinin məhkəmə baxışından daha yüngül cəza verilməsinə nail olacağı vədini verib tələb edib ki, oğlu Ruslan Aslanovun ölüm işini vergilər naziri Fazil Məmmədovun tərəfindən sifariş verildiyi barədə istintaqa ifadə versin... “
“Vüqar Əliyev Fazil Məmmədovun əleyhinə ifadə verməyəcəyini bildirəndən sonra prokuror Zahid Vəliyevin kabinetində Aslan Aslanovun tapşırığı ilə onu vəhşicəsinə döyüblər...”
“Lakin Vüqar Əliyev bu şərti qəbul etməyib, Fazil Məmmədovun əleyhinə ifadə verməyəcəyini bildirib... Bundan sonra prokuror Zahid Vəliyevin kabinetində Aslan Aslanovun tapşırığı ilə onu vəhşicəsinə döyüblər... Ən dəhşətlisi budur ki, A.Aslanov oğlunun qətlinin belə bir günündə də onun ölümündən başqa məqsəd üçün istifadə etməyə çalışıb... Səbəb də bu idi ki, Fazil Məmmədov nazir olandan sonra Şəmkirdə bank açdırmaq istəyib, lakin Aslan Aslanov buna imkan verməyib... Onların aralarındakı sərinlik də burdan qaynaqlanıb...”.
Xatırladırıq ki, həmin dövrdə Şəmkirin prokuroru Vəliyev Zahid Baxşəli oğlu olub. Sonradan onu Arif İbrahimov əvəz edib. A.İbrahimov isə 2007-ci ildə təqaüdə göndərilib...
- Lamiyə Quliyevanın Bakı İstintaq Təcridxanasında digər məhbusla cinsi əlaqədə olması qanunvericilikdə mümkündürmü?
- Lamiyə Quliyevaya verilmiş əlavə cəza (hökm) qanunvericilikdə nəzərdə tutulmuş hallara necə uyğundur?
- Vüqar Əliyevin cinayət işinə yenidən baxıla bilərmi?
- Bəs Lamiyə Quliyevanın barəsində azadlığa çıxma məqamında çıxarılmış əsassız məhkəmə hökmlərində Aslan Aslanovun hansı rolu olub?
- Həmin hökmlərdən protest verilə bilərmi?
- Lamiyə Quliyevanı “Semaşko”da abort etdirən həkim kim olub və onu həbsxanadan kim çıxartdırmışdı?
- Baş verənlərdə general Mədət Quliyevin və 4 в„–-li “türmə”nin rəisi M.Məmmədovun məsuliyyəti nə dərəcədədir? - vəkillərin rəyi...
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu









