“Abşeron LTD-2013” Xırdalan sakininin evini 2-ci dəfə satıb - Tikinti şirkətinin dələduzluğu
Tarix: 28-01-2015, 11:49 | Çap et
 Bakıda dələduzluqla məşğul olan kifayət qədər tikinti şirkətləri məsuliyyətə cəlb olunsa da, hələ də bir çox tikinti şirkətləri vətəndaşları dolandırmaqda vəbir mənzili bir neçə şəxsə satmaqda davam edirlər.
Elə bu məsələ ilə bağlı Xırdalan şəhər “Quşçuluq” yaşayış massivi 3-cü keçə, döngə 1, ev 9 da yaşayan Hüseynov Malik PİA.AZ-ın elektron ünvanına şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda M.Hüseynovun “Abşeron LTD-2013” tikinti şirkəti tərəfindən aldaıldığı və pulunu ödədiyi mənzilin başqa birisinə satıldığı qeyd olunur.
Malik Hüseynovun elektron poçtumuza göndərdiyi məktubu olduğu kimi oxucularımıza təqdim edirik:
“Hörmətli redaksiya sizə müraciət edərək bildirirəm ki, mən Hüseynov Malik Oruc oğlu (Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatda olan), 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda “Fuad LTD” firması tərəfindən inşa edilən yaşayış binasından valideyinlərim ücün 121 saylı mənzilin dəyərini tam və özüm ücün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə almışam. Binada işlər 2009- cu ilədək davam edib, lakin 2009-cu ildən etibarən “Fuad LTD” firması tikintini davam etdirə bilmədiyi üçün sakinlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdilər. Sakinlərin şikayətindən sonra istintaq başlandı və mən həmin istintaqda zərərcəkmiş şəxs qismində tanınmışam.
İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma həyata kecirməyə başladı. Həmçinin “Abşeron LTD-2013” adlı şirkətə zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi onlarin üzərinə qoyuldu.
Ancaq 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013” - in rəhbərləri Azər Tağiyev və Araz adli səxslər 07 dekabr 2014 -cu il tarixdə qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hazırda mənə məxsus olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən ailəmlə uzun müddətdir kirayələrdə qalmağa məhkum olunmuşam”.
Xatırladaq ki, tikinti şirkətlərinin asanlıqla dələduzluq edə bilmələrinin əsas səbəblərindən biri bir qayda olaraq tikinti şirkətləri ilə alıcı vətəndaşlar arasında müqavilə imzalanarkən həmin müqavilələr notarial qaydada təsdiq olunmur. Müqavilənin notarial qaydada təsdiq olunmasına qarşı isə tikinti şirkətləri birbaşa qarşı çıxırlar və bildirirlər ki, onlar müqaviləni yalnız öz möhürləri ilə təsdiq edə biləcəklərini bildirirlər. İsrar edənlərə isə sadəcə ev satmaqdan imtina edirlər. Bu isə tikinti şirkətlərinin sonradan dələduzluq edə bilmədəri üçün geniş imkanlar yaradır. Həmçinin bu yolla tikinti şirkətləri dövlətdən kütləvi şəkildə vergi gizlədirlər ki, bu da sonucda büdcəninin milyonlarla manat vəsaitdən məhrumolmasına gətirib çıxarır.
Qəribədir ki, illərdir bu problemə dövlət orqanları göz yumur və tikinti şirkətlərinin vətəndaşlarla müqavilələrinin notarial qaydada təsdiqini məcburi hala gətirilməsi üçün heç bir addım atmırlar. Burda rüşvət və korrupsiya hallarının rol oynaması da istisna olunumur. Əks təqdirdə tikinti şirkətlərinin davamlı olaraq və böyük miqyasda dələduzluq edə bilmələrini necə yozmaq mümkündür?
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35 |
|
|
|
| • Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31 |
|
|
|
| • ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23 |
|
|
|
| • “İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11 |
|
|
|
| • Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03 |
|
|
|
| • Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01 |
|
|
|
| • Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51 |
|
|
|
| • Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42 |
|
|
|
| • "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38 |
|
|
|
| • Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28 |
|
|
|
| • Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23 |
|
|
|
| • Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14 |
|
|
|
| • “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08 |
|
|
|
| • Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07 |
|
|
|
| • Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04 |
|
|
|
| • SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • 24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36 |
|
|
|
| • Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34 |
|
|
|
| • "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28 |
|
|
|
| • Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17 |
|
|
|
| • "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15 |
|
|
|
| • Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12 |
|
|
|
| • Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55 |
|
|
|
| • Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49 |
|
|
|
| • Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47 |
|
|
|
| • Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43 |
|
|
|
| • Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31 |
|
|
|
| • Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29 |
|
|
|
| • Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16 |
|
|
|
| • Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04 |
|
|
|
| • “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00 |
|
|
|
| • “Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58 |
|
|
|
| • Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48 |
|
|
|
| • Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01 |
|
|
|
| • Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57 |
|
|
|
| • Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55 |
|
|
|
| • Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33 |
|
|
|
| • "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10 |
|
|
|
| • Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08 |
|
|
|
| • DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05 |
|
|
|
| • Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03 |
|
|
|
| • Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55 |
|
|
|
| • Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49 |
|
|
|
| • "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46 |
|
|
|
| • MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45 |
|
|
|
| • Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40 |
|
|
|
| • Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38 |
|
|
|
| • Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36 |
|
|
|
| • “Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34 |
|
|
|
|