“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

Ermənistan NATO ilə bağlı məlumatları Rusiyaya ötürür - TƏHLİL
Tarix: 28-01-2015, 11:27 | Çap et
Ermənistan NATO ilə bağlı məlumatları Rusiyaya ötürür
Ermənistanda cərəyan edən siyasi və iqtisadi proseslər, o cümlədən hərbi sahədə görülən işlər NATO-da mütəmadi izlənilir və Ermənistan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar təhlil edilir.

NATO ekspertlərinin araşdırmalarına görə, Ermənistanda 2012-ci ildə keçirilən parlament, 2013-cü ildə isə prezident seçkiləri Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan və onun Respublikaçılar Partiyasının mövqeyini kifayət qədər möhkəmləndirib. İstər parlamentdə təmsil olunan müxalifət nümayəndələri, istərsə də digər müxalifət qüvvələri ictimaiyyət tərəfindən kifayət qədər dəstəklənmədikləri üçün hakimiyyətin siyasətinə etiraz etmək iqtidarında deyil.

Bu barədə Modern.az-a Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən bildirilib.

Hakimiyyətin öz mövqeyini möhkəmləndirməkdə əsas məqsədinin Ermənistanın hazırkı prezidenti Sərkisyanın 2018-ci ildə ikinci prezidentlik müddətinin bitməsindən sonra belə hakimiyyəti əldə saxlamaq niyyətinin olması və Respublikaçılar Partiyası tərəfindən güclü anti-Azərbaycan təbliğatının dəstəklənməsi göstərilir. Bu isə ölkədə demokratik dəyərlərin və insan haqlarının kobud şəkildə pozulmasıdır.

İqtisadiyyata gəldikdə, NATO ekspertlərinə görə, Ermənistanda istehlak qiymətlərinin kəskin artımı, məhsul yığımının zəif olması, Rusiyadan Ermənistana ixrac olunan yanacağın qiymətinin qaldırılması, həmçinin sosial-iqtisadi sahədə mövcud olan digər neqativ amillər ölkənin iqtisadi imkanlarının zəifləməsi və daxili tələbatın aşağı düşməsi ilə nəticələnib. 2013-2014-cü illər üçün Ermənistan iqtisadiyyatının illik inkişafı həmin illərə görə inkişaf dinamikasını əks etdirən göstəricilərin 3,4 faiz və 2,6 faiz enməsi ilə əlaqədar aşağı səviyyədə dəyərləndirilib.

Təhlükəsizlik baxımından Ermənistanın əsas narahatlığı Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması ilə əlaqədardır. Buna səbəb təmas xəttində gərginliyin davam etməsi və mütəmadi olaraq itkilərin baş verməsidir. Azərbaycandan fərqli olaraq, erməni tərəfi öz itkilərinin sayını müxtəlif üsullarla ölkə ictimaiyyətdən gizlətməyə çalışır. Hər iki tərəf güc balansını saxlamaq məqsədilə davamlı şəkildə ordunun inkişafı üçün hərbi islahatlar həyata keçirir.

NATO hesab edir ki, ərazi üstünlüyünü qorumaq məqsədilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını təxminən 45 000 nəfər civarında qoruyub saxlayır, müdafiə qabiliyyətini daha çox uzaq mənzilli raket sistemləri ilə gücləndirir. Ermənistan həmçinin hərbi qulluqçuların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə hərbi islahatları davam etdirir. Ermənistan Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrdə korrupsiya və intizamsızlıq hallarının aradan qaldırılması ilə əlaqədar xüsusi araşdırma mərkəzinin yaradılacağını elan edilsə də, həmin mərkəzin nə zaman yaradılacağı və nə dərəcədə effektli olacağı məlum deyil.

Orduda hərbi xidmətə çağırış zamanı ciddi problemlər törədən demoqrafik vəziyyətin Silahlı Qüvvələrin peşəkarlıq səviyyəsinin artırılmasına mənfi təsir göstərdiyi diqqətə çatdırılır.

Hazırda Ermənistanda təxminən 10 000 nəfərə yaxın erməni əsilli Suriya qaçqını məskunlaşıb ki, onlardan 3 500 nəfəri Dağlıq Qarabağda yaşamağa razılıq verib və evlə təmin olunublar. Digərləri isə maddi imkanları və beynəlxalq əlaqələrindən asılı olaraq Ermənistandan Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreynə getməyi planlaşdırır. Təxminən 1 200 ailə isə Suriyada müharibə bitdikdən sonra evlərinə qayıtmaq arzusunu bildirib. Ermənistan hökuməti Suriya qaçqınları arasında müvafiq yaş həddində olan gənclərin Ermənistan Respublikasının Silahlı Qüvvələri və ya Dağlıq Qarabağda dislokasiya olunan qeyri-qanuni hərbi qruplaşmaların sıralarında hərbi xidmət keçmək üçün səy göstərir. Orduya qoşulmaq istəməyən şəxslərin isə Ermənistanı tərk edəcəkləri gözlənilir.

Azərbaycanın hərbi inkişafına toxunan NATO ekspertləri qeyd edirlər ki, son illərdə Azərbaycan, ölkənin müdafiə xərclərinin Ermənistanın ümumi dövlət büdcəsindən çox olmasına nail olmuş və böyük miqyasda hərbi texnika (yeni döyüş maşınları, təyyarələr, vertolyotlar, raketlər və ağır zirehli texnika) əldə etmişdir. Azərbaycan tərəfi təmas xətti boyunca, pilotsuz kəşfiyyat təyyarələri daxil olmaqla, qabaqcıl raket sistemlərini quraşdırıb.

Maraq kəsb edən məsələlərdən biri də, Ermənistanın uzun müddət ərzində Qərb ilə balans siyasətinin yeridilməsinə üstünlük verməsinə baxmayaraq, Rusiya ilə olan sıx əlaqələrinin onun Avro-Atlantik inteqrasiya məsələsinə ehtiyatla yanaşmasına, NATO ilə əməkdaşlıq etməsində isə əsas məqsədinin bir tərəfdən Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak etməklə döyüş təcrübəsinin artırılması, digər tərəfdən isə, NATO ilə bağlı məlumatların əsas tərəfdaşı olan Rusiyaya ötürmək olduğu xüsusilə vurğulanır.

Rusiya Ermənistanın daxili və xarici siyasətinə açıq-aşkar nüfuz edərək onun iqtisadiyyatı və təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. 1300-ə yaxın Rusiya şirkəti Ermənistanın maliyyə, dağ-mədən, enerji (atom, karbohidrogen, hidroelektrik) və telekommunikasiya kimi əsas sektorlarında fəaliyyət göstərir. Rusiya Ermənistanı təbii qazla təmin edən əsas ölkə olduğu üçün onun “Qazprom” şirkəti Ermənistan və İran arasındakı qaz kəməri layihəsində maraqlı tərəf kimi çıxış edir. Rusiyanın energetika sahəsində fəaliyyət göstərən şirkətlərindən biri isə Ermənistanın Sevan-Razdan su elektrik stansiyasının təkmilləşdirilməsinə cəlb olunub. Pul köçürmələrinə gəldikdə, ümumilikdə erməni diasporlarından daxil olan maliyyə gəlirlərinin 85 faizi məhz Rusiyada fəaliyyət göstərən erməni diasporunun payına düşür.

2013-cü il sentyabrın 3-də Ermənistanın Gömrük İttifaqına qoşulmağa qərar verməsinin məntiqi izahının olduğunu hesab edən NATO, bu qərarın Ermənistanın Avro-Atlantik inteqrasiyasına qarşı olan Rusiyanın təkidi ilə verildiyini iddia edir. Belə ki, Ermənistanın bu qərarı Avropa Birliyinin Assosiasiya Sazişi üzrə danışıqlardan 2 ay sonra və onun bu sazişə qol çəkəcəyi Vilnüs Sammitindən 3 ay öncə verilməsi buna sübutdur.

Rusiyanın Ermənistanla öz münasibətlərini təhdidlər və vədlər üzərində qurduğunu bildirən NATO ekspertlərinin fikrincə, rəsmi Moskva İrəvanı təbii qaz təminatının dayandırılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Qazaxıstan və Belarusun Ermənistanla əməkdaşlıqdan çəkindirilməsi, Ermənistana olunan hərbi yardımın kəskin azaldılması və Rusiyada olan erməni şirkətləri, həmçinin erməni immiqrantlarına qarşı sərt qaydaların tətbiq edilməsi ilə hədələyərək Ermənistanı Avropa Birliyi ilə Dərin və Hərtərəfli Azad Ticarət Məkanına (DHATM) qoşulmaqdan çəkindirməyə nail olmaqla yanaşı, eyni zamanda Ermənistana qazın qiymətinin 30-35 faiz azaldılması, mövcud hərbi əməkdaşlığın genişləndirilməsi, 2013-2018-ci illərdə Ermənistan iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində sərmayənin qoyulması və Abxaziya dəmir yolunun yenidən açılmasının nəzərdən keçirilməsi kimi vədlərlə Ermənistanı Gömrük İttifaqına inteqrasiyaya sövq etməyə nail olmuşdur. Ermənistan prezidenti Sərkisyan ölkəsinin Gömrük İttifaqına üzvlüyü ilə bağlı qərarı verərkən, bu qərarın Rusiyanın başçılıq etdiyi KTMT ilə uzun müddətli əməkdaşlığın təbii nəticəsi olduğunu bildirmişdir.

Rusiya istər KTMT çərçivəsində, istərsə də ikitərəfli hərbi əməkdaşlığa əsaslanaraq Ermənistanın təhlükəsizliyini təmin edir. NATO-nun qiymətləndirməsinə əsasən, Rusiyanın dəstəyi olmadan Ermənistan öz müdafiəsini lazımı səviyyədə təmin etmək iqtidarında deyil. Rusiyanın Ermənistana hərbi yardımı iki ölkə arasında birgə genişmiqyaslı hərbi təlimlər və Rusiyanın 102-ci hərbi bazasının bölmələrinin İrəvan və Gümrü daxil olmaqla Ermənistanın bir neçə bölgəsində mövcud olmasından ibarətdir. Dağlıq Qarabağ uğrunda Azərbaycan Ermənistan ilə hərbi əməliyyatlara başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü bəndinə əsasən, Rusiya Ermənistana hərbi yardım edəcək. Lakin NATO ekspertlərinin fikrincə, əməliyyatlar Ermənistan ərazisinə keçməyincə, Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatlara cəlb olunması az ehtimal olunur. Bununla yanaşı, Rusiya Dağlıq Qarabağda status-kvonu qorumaq üçün ATƏT-in Minsk qrupunda aparıcı rolunu oynamaqda davam edəcəkdir.

Ermənistanın siyasi, iqtisadi və hərbi sahələrdə əsas tərəfdaşı Rusiyadır, lakin Ermənistanın digər qonşu dövlətlərlə sərhədlərinin bağlı olması, həmçinin Gürcüstan-Rusiya münasibətlərinin bu günədək gərgin qalması Ermənistan-İran iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olmuşdur. İran ikitərəfli əməkdaşlıqdan ona qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyaların təsirini azaltmaq üçün istifadə edir. İran Ermənistan banklarından istifadə edərək beynəlxalq maliyyə bazarına yol tapır və Ermənistana təbii qaz satmaqla gəlir əldə edir.

Ermənistanın Rusiya və İran ilə dövlət səviyyəsində olan sıx münasibətləri NATO tərəfindən müsbət qarşılanmır və bu Ermənistanın Avro-Atlantik məkana inteqrasiya məsələsində ciddi maneə kimi dəyərləndirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Dünən, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Dünən, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Dünən, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Dünən, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Dünən, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru