“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                 

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı? - Dubay əmirinin azərbaycanlı gəlini kimdir?
Tarix: 14-01-2015, 11:58 | Çap et
Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?
Şeyx Həmdan - Dubay əmirliyinin taxt-tacının 32 yaşlı varisi, əsl şərq şahzadəsi – misli görünməmiş var-dövlətə sahibdir, kral ailəsinə səciyyəvi olan ovçuluq, atçılıq və "Formula-1" yarışı ilə maraqlanır. Dubay şəhər şurasının sədri, Dubay Əmirliyi idman komitəsinin prezidenti, gənclər biznesinin dəstəklənməsi liqasının və Dubay autizm tədqiqatlar mərkəzinin fəxri himayədarı şeyx Həmdan, hələ ki subaydır. Analitik.az bu maraqlı şahzadənin həyatı haqqında oxuculara maraqlı məlumatları təqdim edir.

Şahzadə nəsli

Şeyx Həmdan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmirliyinin hökmdarı şeyx Məhəmməd al - bin Rəşidin ailəsində dünyaya gəlib. Ərəb hökmdarlarının nəsil ağacını araşdırmaq kifayət qədər sadədir. Məktumlar sülaləsi Abu-Dabi və Dubayda məskunlaşmış Bəni As tayfasından götürülüb. Sülalənin artıq 180 illik tarixi var - 1833-ci ildə onun banisi şeyx Məktum bin Butta Dubay körfəzi rayonunda öz xüsusi əmirliyini yaradır. Hazırda hakim sülaləni 2006-cü ildən, sayca onuncu olan Dubay hökmdarı şeyx Məhəmməd əl-Məktum davam edirir. Şeyxin hazırda doqquz oğlu və on dörd qızı var. Məhəmməd on iki uşaq anası olan Xind bint Məktumla evlidir. O, həm də şeyx Həmdanın anasıdır. Şeyxin ikinci arvadı isə məşhur (ilk növbədə atçılıq dünyasında) İordaniya şahzadəsi Haya bint əl-Hüseyndir. Bu nigahdan isə onların əl-Cəlilə adlı qızı və Zayed adlı oğlu dünyaya gəlib. Beləliklə, şeyx Həmdan Dubay əmirliyinin vəliəhdi sayılır.

Unudulmaz məktəb illəri

Həmdan əl-Məktum 1982-ci il noyabrın 13-də anadan olub. Dünyaya gəldiyi gündən inanılmaz dəbdəbə ilə əhatə olunmasına baxmayaraq, şahzadə ənənəvi dəyərlər ruhunda tərbiyə alıb. "Atam, Əlahəzrət - Məhəmməd bin Rəşid əl-Məktum şeyx, həyatda mənim müəllimim sayılır. Mən ondan öyrənməyi indi də davam etdirirəm və onun təcrübəsi, bir çox strateji məsələlərin həllində mənə kömək edir. Anam, şahzadə РҐind qayğıkeş və sevimli ana obrazının əsl nümunəsidir. O, məni sevgi və bağlılıq atmosferində tərbiyə edib və indiyə qədər məni dəstəkləyir, baxmayaraq ki, mən artıq böyümüşəm. Mən anamın dərin sədaqət və xeyirxahlığını heç vaxt unutmayacağam. Mənim ona çox böyük hörmətim var - şahzadə deyir. - Mən qayğısız uşaqlıq illərində, həyatda öz təyinatımı reallaşdırmağa və Allahın əzəməti barədə düşünməyə imkan verən ailəmin əhatəsində böyümüşdüm. Gözəllik və harmoniya hissini isə mənə səhra verib, təbiətdən enerji almağa kömək edib - beləcə öz poetik istedadımı inkişaf etdirmişəm və atamın köməyi ilə mümkün olmayanı etmək şansı qazanmışam".

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Əslində ömrünün çox hissəsini Həmdan doğma Ərəb Əmirliklərində deyil, Böyük Britaniyada keçirib, orada gözəl təhsil alıb. Əvvəlcə o, ingilis aristokratlarının öz övladları üçün seçdikləri Sandrxerst şəhərində quru qoşunlarının elit hərbi məktəbində təhsil alır. Yeri gəlmişkən, Böyük Britaniya şahzadəsi Çarlz və şahzadə Diananın kiçik oğulları şahzadə Harri də bu məktəbi bitirib. Sonra şeyx Londona köçüb, orada iqtisadiyyatı öyrənib. "Məktəb illəri və kollec həyatımın ən gözəl dövrü olub. İndiyədək yaşıdlarımı və dostlarımı xatırlayıram. Belə ki, bu məktəb nəinki hərbi intizam, həm də öz ölkəsinə sadiqlik, məsuliyyət və xeyirxahlıq öyrədir. Bu, çox vacib dəyərlərdir. Xüsusən də üzərinə ciddi vəzifələr qoyulmuş insanlara həm gündəlik həyatda, həm dövlət səviyyəsində lazım olan keyfiyyətlərdir", deyən sahzadə Londondakı təhsilini belə xatırlayır. Dumanlı Albionda keçirdiyi bir neçə ildən sonra Həmdan, yenə də vətənə qayıtmalı olub, çünki burada onu dövlət əhəmiyyətli işlər gözləyirdi.

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Uşaqlıqdan şeyxin atası Həmdanı Əmirliyin siyasi həyatında fəal iştirak etməli olacağına hazırlayırdı. Ona görə də şeyxi tez-tez müxtəlif qurultaylarda və sammitlərdə görmək olardı. Bu tədbirlərdə o, Birləşmiş Ərəb əmirliyinin kral ailəsinin rəsmi tədbirlərində həmişə üzərilərində daşıdıqları xüsusi mili geyimi sayəsində kütlədən seçilirdi. Şeyx Həmdan adi həyatda isə bir qədər başqa cür görünür və üzərində "Formula -1"in simvolları olan idman tipli geyimləri çox sevir. Əslində, şahzadə siyasətdən da müəyyən dərəcədə uzaq adamdır, o, təbiətcə çox romantikdir, gözəl çapardır, səyahəti, ovu çox sevir.

Romantik şair – Fərzaa

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Bundan başqa, Həmdan Fərzaa təxəllüsü ilə şerlər yazır, onları toplu şəklində nəşr etdirir. "Mənim poeziyam insanların qəlbini xoşbəxtlik hissi ilə doldura bilər və onların iztirablarını yüngülləşdirməyə kömək edir. Məndə atamın poeziyası böyük təəssürat doğurub, bundan başqa, öz fərdi üslubumu üzə çıxarmaq və inkişaf etdirməkdə mənə kömək edən bir çox şairlərlə tanış olmaq şansım olub. Erkən yaşlarından atam şerlərimi dinləyir və məsləhətlər verirdi". Yeri gəlmişkən, o, müsahıbələrinin birində təxəllüsü haqqında tarixi məlumat verib. Əslində bu əhvalat şərq nağılını xatırladır: "Əgər mən sizə desəm ki, ləqəb təsadüfən peyda olub, siz mənə inanmayacaqsınız . Bir dəfə tale məni səhrada bir qoca ilə rastlaşdırdı. Onun avtomobili qumluqda batıb qalmışdı. Mən həmin anda səhrada ov şahinimi qum təpələri arasında sürətli sürmə zamanı sakitliyə öyrətməyə çalışırdım. Mən o qocanı görəndən sonra, borcumu yerinə yetirmək üçün ona kömək etmək istədim. Avtomobilini qumdan çıxartdım və bundan sonra, minnətdarlıq gözləmədən, öz maşınıma oturdum. Bu zaman mən tərəfə istiqamətlənmiş güclü və qətiyyətli səs eşitdim: "Sən Fərzaasan.” Qocanın səsi mənə çox təsir etdi, amma onun nitq üslubu daha çox yadımda qaldı. Qocanın mənə verdiyi bu ləqəb yaddaşımda qaldı və sonralar mənim ikinci adıma çevrildi. Yeri gəlmişkən, bu qoca mənim kim olduğumu bilmirdi - elə mən də onun kimliyini bilmədim, mən yalnız onun obrazını xatırlayıram." Qeyd edək ki, "Fərzaa" ərəb dilindən tərcümədə darda olana kömək edən adam mənasını verir.

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Həmdanın şerləri əsasən romantik və vətənpərvərlik mövzusundadır və əlbəttə ki, çoxu onun ən çox maraqlandığı - atlara həsr olunub. "Mən atlara məftun olan ailədənəm”, - şahzadə etiraf edir. “Mənimlə həyatımın böyük hissəsi olan atçılıq dünyası arasında güclü mənəvi əlaqə mövcuddur. Mən həmişə at sürürəm, çünki bu mənə mütləq azadlıq hissi verir". Həmdan əl-Məktumun ailəsinin bir çox üzvləri at idmanı ilə peşəkar səviyyədə məşğul olur. Onun özünün tövləsi var. Burada ərəb cins atları yetişdirir və distant məsafələrə at yarışlarında iştirak edir. Bu yarışlarda şahzadə çox uğurla çıxış edir: hətta yəhər üzərində ustalığı sayəsində Ərəb Olimpiya oyunlarının qalibi olub.

Adrenalin həvəskarı

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Şahzadə təhlükədən qorxmur - əksinə , o adrenalin üçün bütün mümkün vasitələrdən istifadə edir. O, ekstremal idman növləri ilə məşğul olur - paraşütdən tullanır, Fars Körfəzində su skuteri və xizək sürür, akvalanqla suyun altında üzür. Həmdan səyahət etməyi də sevir: Məsələn, o, Afrikaya səyahət edərək, aborigenlərlə görüşüb və şir ovunda iştirak edib. Keçən ildəsə Özbəkistana tərlan ovu etməyə gedib.

Şahzadənin sevgililəri

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Səxsi ailə həyatı isə açıq olaraq qalır: otuz iki yaşlı şahzadə həm də subaydı. Şeyxin şəxsi həyatı uzun illər boyu saysız-hesabsız spekulyasiya obyekti olub - təəccüblü deyil, axı şahzadə minlərlə qız üçün ən "uğurlu ər" variantıdır. Evlənmək mümkünlüyü ilə bağlı suala cavab verərkən, şahzadə deyib ki, anadan olduğu andan ana xətti qohumu ilə nişanlanıb və qız seçimi ilə bağlı problemi yoxdur. Lakin onun 2008-ci ildən 2013-cü ilə qədər adı məlum olmayan bir başqa uzaq qohumu ilə çox ciddi münasibətdə olduğu deyilir. Onların münasibətləri 2013-ci ilin yanvarında bitib və dərhal nikah məlum olmayan səbəblərə görə ləğv olunub. Şahzadə yeni sevgisini çox gözləməli olmayıb. Həmdan bu qızı o qədər çox sevib ki, dərhal nişanlanmaq haqqında elan edib. Onun seçimi isə ərəb eqapolis yoxsullar məhəlləsində böyümüş 23 yaşlı Fələstin qaçqını Kalilə Səid olub. Cavanlar paytaxt rayonlarından birində xeyriyyə layihəsi üzərində işləyərkən tanış olublar. Qızı var-dövlət hərisi adlandırmaq olmaz: vəliəhdə qızın diqqətini çəkmək üçün üç aydan çox vaxt tələb olunub, amma tezliklə cütlük ayrılmaz sevgililərə çevriliblər. Deyilənlərə görə, şeyx Məhəmməd şahzadənin seçimi ilə razı deyildi, hətta oğlunu mirasdan məhrum etməklə hədələyib. Ancaq sevgililəri ayırmaq mümkün olmayıb. O, məhəbbətindən vaz keçmək istəməyərək, mirası deyil, sevgisini seçib, nəticədə ata öz mövqeyinə yenidən baxıb, barışmağa məcbur olub, hətta, artıq cütlüyə öz xeyir-duasını da verib. Amma Həmdanın qız pərəstişkarlarına ruhdan düşmək məsləhət görülmür: BƏƏ-də şeyxin bir neçə arvad almaq hüququ var. Belə ki, deyilənlərə görə, şeyx Məhəmmədin təxminən 5 arvadı var, amma ictimaiyyət onların rəsmən ikisini tanıyır. Həmdanın kiçik qardaşı Səid əl-Məktum da öz ətrafından olan qızla evlənməyib. Yeri gəlmişkən, onun həyat yoldaşı əslən azərbaycanlı olan Natalya Əliyevadır. Onlar, qız Belarusiyada kafelərin birində ofisiant işləyərkən tanış olublar. Əmirlikdə isə o, şahzadə Ayşən əl-Məktum adını alıb.

Atam ideal ilə başçısıdır

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

2006-ci ilin sentyabrında Həmdan əl-Məktum Dubay İcraiyyə şurasının sədri təyin edilib, burada ona əmirliyin hökumət obyektlərinə nəzarət tapşırılıb. Məhz onun sayəsində "2015-ci ilədək Dubayın strategiyası planı" irəli sürülüb. Şeyx Həmdan əl-Məktum Dubay Рђutizm Mərkəzinin, Dubay İdman şurasının, həmçinin şeyx Məhəmməd bin Rəşid adına gənc biznes liderlərin prezidentidir. Bu boyda şöhrətə və milyardlara sahib olmasına baxmayaraq, şahzadə çox sadədir - o, xeyriyyəçiliklə fəal məşğul olur, uşaqların və heyvanların bir neçə yardım fondlarına şəxsən nəzarət edir. "Mənim şeyx Məhəmməd bin Rəşidin oğlu olmağım, mənə öz vəzifələrimdən qeyd-şərtsiz imtina etmək hüququ vermir”, - Hamdan deyir. “Əksinə, hiss edirəm ki, mən və qardaşlarım daha məsuliyyətli olmağa borcluyuq və istənilən işin yerinə yetirilməsinə maksimum dərəcədə ciddi yanaşmalıyıq. Mənim nöqteyi-nəzərimcə, Əlahəzrət şeyx Məhəmməd də, böyük qayğılarının olmasına baxmayaraq, həmişə hamının qayğısını çəkməyə çalışan ideal ailə başçısıdır. Eyni zamanda o, bizə həmişə xalqa yaxın olmağı öyrədir."

Yeganə üzən filin sahibi

Ərəb Əmirliyinin vəliəhdi kasıb qız almasına atasını necə razı saldı?

Şeyx İnstagramdan aktiv istifadə edir. Burada öz çoxsaylı qohumlarının uşaqları ilə xeyirxah əmi təsiri bağışlayan xeyli şəkillər tapmaq olar. Eyni zamanda bu şəkilləri ilə şeyx həmişə xatırladır ki, o, dəbdəbəli həyat sürür - sosial şəbəkədə onun evdə saxladığı pələngi, qartalları, çox bahalı maşınlarla və çox dəbdəbəli bəzədilmiş saraylarda fotolarına rast gəlmək olar. Dubay şahzadəsi dünyada yeganə üzən filə - Radca malik insandır. Bu arada qeyd edək ki, varisin var-dövləti 18 milyard dollar həcmində qiymətləndirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru