Məmurların "elmi ad alveri"nə növbəti ağır zərbə gəlir - Dövlət Elmi Ekspertiza Şurasının yaradılmasının müdhiş pərdəarxası
Tarix: 13-01-2015, 14:24 | Çap et
 Azərbaycanın elm sahəsində yeni struktur yaradılması təklif olunur. Belə ki, "Elm haqqında" qanun layihəsində Dövlət Elmi Ekspertiza Şurası (DEEŞ) adlı qurumun yaradılması nəzərdə tutulur.
Qanunun 32-ci maddəsinin tələbinə əsasən, yaradılacaq qurum elmi və elmi-texniki fəaliyyətin ekspertizasını həyata keçirəcək. DEEŞ-nin yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı təsdiq edilən Əsasnaməyə müvafiq olaraq həyata keçiriləcək. Xatırladaq ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəsi gözlənilir. DEEŞ-in yaradılmasından sonra xüsusilə də plagiat dissertasiyalar və digər yollarla elmi ad alanların "kitabının bağlanacağı" da gözlənilir. Bu sırada xüsusilə məmurların plagiat dissertasiyalar, pulla başqalarına elmi iş yazdıraraq elmi ad almalarını qeyd etmək lazımdır. DEEŞ-in yaradılması ilə bu halların qarşısının alınacağı, eləcə də vaxtilə sözügedən üsullarla elmi dərəcəyə yiyələnənlərin də müəyyənləşdirilərək onların daşıdıqları elmi adlardan məhrum ediləcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanda vəzifəli, imkanlı şəxslərin "alimlik həvəsi" uzun illərdir ictimaiyyət arasında və mediada ciddi müzakirə mövzusudur. Hətta iş o yerə çatıb ki, ötən ilin yayında Azərbaycandakı Dissertasiya Şuralarının vəzifəli şəxslərin elmi ad almaq məqsədi ilə yazdırdığı dissertasiyaları geri qaytarmağa başladığına dair xəbərlər yayılıb. Bildirilib ki, bu, vəzifəli şəxslərin elmi ad almalarına qoyulan yasaqla bağlıdır. Bundan əvvəl isə məlum olmuşdu ki, məmurlara elmi ad almaq qadağan olunub. Həmin vaxt bu barədə mətbuata açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məlumat vermişdi. Ramiz Məmmədov bu addımı məmurların Dissertasiya Şurasına təsiretmə ehtimalları ilə əlaqələndirmişdi. Yeni qaydaya görə, elmi ad almaq istəyən məmur vəzifəsilə vidalaşmalıdır. Bir daha vurğulamaq lazımdır ki, Azərbaycanda son illər məmur və vəzifəli şəxslərin elmi ad alması moda düşüb. Hər yerindən duran məmur çalışır ki, müxtəlif vasitələrlə bu ada layiq görülsün. Heç kimə sirr deyil ki, bu zaman məmurlar elmi dərəcə almaq üçün yazılan işləri heç də özləri həyata keçirmirlər. Buna onların həm vaxtı çatmır, həm də əksər məmurların elmi proseslə məşğul olmaq bacarığı belə yoxdur. Bunun nəticəsidir ki, ölkəmizdə son illər qondarma alimlər də peyda olublar. Hansı ki, belə vəziyyət sonda gətirib elm və təhsilin inkişafına əngəl olur. Ekspertlər isə deyirlər ki, hazırda Azərbaycanda elmi istedadı olan, ancaq maddi imkanı olmayan insanlar elmə yaxın durmurlar. Elmə gələnlər isə müəyyən ad almaq xatirinə bu və ya digər vasitələrlə elmi iş yazmağa can atanlardır. Bu işləri yazanlar isə maddi imkansız vəziyyətdə olan görkəmli alimlərdir. İstisna edilmir ki, ölkədəki "dissertasiya alveri"nin aradan qaldırılmasında əsaslı dönüşü məhz Dövlət Elmi Ekspertiza Şurasının yaradılması aradan qaldıra bilər. Bunun üçün yaradılacaq yeni strukturun öz fəaliyyətini şəffaflıq və obyektivlik prinsipləri üzərində qurması, vəzifəli şəxslərin səlahiyyətlərindən, təsir imkanlarından çəkinməyərək yalnız elm sahəsinin maraqlarını ön planda tutması kifayətdir. Belədə məmurların, həmçinin bizneslə məşğul olan imkanlı şəxslərin elmi fəaliyyətə heç bir aidiyyatları olmadığı halda qaranlıq yollarla, qanunsuz şəkildə elmi dərəcələrə yiyələnməsi də asanlıqla önlənə bilər. Eyni zamanda indiyədək bəzi məmurların şübhəli yollarla elmi ad alması da ekspertizaya cəlb edilməli, lazım gələrsə belələrinin elmi dərəcələri ləğv olunmalıdır ki, bu, gələcəkdə də oxşar niyyətlərə düşənləri öz hədəflərindən çəkindirsin. Unutmaq olmaz ki, elm sahəsinin ölkədəki inkişafı həm də məhz belə güzəştsiz addımlar nəticəsində mümkün ola bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15 |
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
|