Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                 

Abdolbari Goozal Azərbaycan vətəndaşları ilə belə davranır
Tarix: 12-01-2015, 13:19 | Çap et
Abdolbari Goozal Azərbaycan vətəndaşları ilə belə davranır
“Azərsun Holdinq”in İmişlidəki Şəkər Zavodunda işdən çıxarılmış 8 fəhləsinin yanvarın 12-də şirkətin baş ofisi qarşısında kütləvi şəkildə intihar edəcəkləri ilə bağlı müraciəti iki gün əvvəl yayılmışdı.

Fəhlələrdən 5 nəfəri virtualaz.org saytına şəkər zavodunda işlədikləri zaman qarşılaşdıqları məşəqqətlərdən danışmışdı.

İntihar anonsu verən fəhlələrdən biri - İmişli sakini Elnur Uluxanov açıqlamasında fəhlələrin nədən belə radikal addım atmaq qərarına gəldiyini açıqlayıb.

E.Uluxanovun deməsinə görə, 2008-ci ildə zavoda işə düzəlib. Ancaq bir müddətdən sonra işdən çıxarılıb. Sonrakı vaxtlarda zavodda əmək müqaviləsi olmadan - “qara işçi” kimi çalışıb.

E.Uluxanov deyir ki, yerli sakinlər bu zavodda məcburiyyətdən, yəni acından ölməmək üçün işləyir. Ağır iş şəraitinə, 16-18 saatlıq iş saatına, istismara dözməli olurlar:

- Məni o vaxt böhtanla işdən çıxartdılar. 6-7 ay get-gəl elədim. Ailə vəziyyətimiz ağır idi. Atam, anam xəstə idi. Dərmana, çörəyə pul tapmırdıq. Rayonda iş yerləri yoxdur. Ona görə də özünə iş tapan adama ən xoşbəxt adam kimi baxırlar. Mən o vaxt çoxlu get-gəldən sonra zavoda işə qaytardılar. Ancaq qara işçi qüvvəsi kimi... Ştata salmadılar. Məni yem zavoduna təmizlikçi işinə götürmüşdülər. Orada ən ağır işə görə saatına təqribən 3 manat hesablanır. Məni təmizlikçi adı ilə işə götürsələr də vəzifəmə daxil olmayan bütün ağır işlərdə işlədirdilər. Çarəsizlikdən heç kəsin yaxın durmadığı bütün ağır işlərə razılaşırdım. Buna görə isə iş saatıma 60, ən yaxşı halda 80 qəpik hesablanırdı. Elə vaxtlar olurdu ki, günün 16, 18, hətta 24 saatını fasiləsiz və ağır işlərdə çalışırdım. Xalis qul əməyi yəni...

- Bəs iş şəraitiniz necə idi?

- Bizə çox vaxt maska, papaq vermidilər. Harada ağır işdə kömək lazım olurdusa, ora yollayırdılar. Günün 18 saatı ərzində bir sexdə kisə tikirdim, o biri sexdə yük daşıyırdım. Bir başqa sexdə operatora kömək edirdim... Maska olmurdu deyə toz-torpaq, dərman, zərərli kimyəvi maddələr ciyərlərimizə hopurdu. Elə sahə və sexlərdə işlərə yollayırdılar ki, orada üfunətdən dayanmaq olmurdu. Mən o sexdə təkbaşına çalışırdım. Hec bir insan buna dözə bilməz. Dərman, toz - hamısı ciyərlərimdədir. Maska istəyəndə deyirdilər ki, qurtarıb, yoxdur. Dərmanların, tozun təsirindən çox pis vəziyyətdə olurdum. Sexdən çıxanda saatlarla özümə gələ bilmirdim. Burnumdan, ağzımdan həmin kimyəvi dərmanların çirki gəlirdi. Məcburiyytədən işləyirdim. Mənim hesablamamla bu ağır qul əməyinə görə ayda azı 600-700 manat almalı idim, ancaq 200 manatdan cox ala bilmirdim. Dediyim kimi, iş saatım 60 qəpikdən hesablanırdı.

- Növbəti dəfə niyə işdən çıxarıldınız?

- Üstümə qənd kisəsi aşdı. Bərk əzildim. Bir tərəfimi hiss etmirdim. Fəhlələr məni sexdən qucaqlarında çıxartdılar. Heç cür işləmək imkanım qalmırdı o vəziyyətdə... Müalicə olunmaq üçün icazə aldım. Dedilər, get, müalicəni bitirib gələrsən. Mən 4 gündən çox işsiz qala bilmədim. Bir az özümə gələn kimi zavoda qayıtdım. Dediyim kimi, ailə vəziyyətimiz çox ağırdır, xəstə valideynlərimə dava-dərmanı mən alırdım. Evi mən saxlayırdım. Ancaq zavoda qayıdanda işə götürmədilər.

- Demişdiniz, sizdən başqa digər ailə üzvünüz də həmin zavodda işləyib və ağır xəstəlik tapıb...

- Qardaşım da zavodda işləyirdi. O, kimyəvi dərmanların təsirindən, işin ağırlığından əməliyyata düşdü... Başından xəstəlik tapdı... 2 ildən çoxdur Maştağadakı ruhi xəstəxanada müalicə alır. Arada vəziyyəti normallaşır. Evə buraxırlar. Gəlir, bir az evdə qalır, vəziyyəti yenə ağırlaşır, təcili ruhi xəstəxanayaq çatdırmalı oluruq. Polis aparmır, yol xərcini ödəməyimizi istəyir. Biz məcburiyyət qarşısında qalıb borca-xərcə girib qardaşımı Bakıya - ruhi xəstəxanaya yollayırıq.

- O zavodda sizdən başqa əmək müqaviləsi olmadan işləyənlər çox idi?

- Zavoda demək olar ki, hər ay “qara fəhlələr” gəlir və haqsızlıqla qarşılaşıb gedir. Qul kimi işlədirlər, sonra da bir bəhanə tapıb işdən qovurlar. Coxu ailəsini saxlamaq üçün məcburiyyətdən ora gəlir. Banka kredit ödəyəni var, xəstəsi olanı var, körpə uşaqları olanı var...

Elnur Uluxanov bir müddətdən sonra yenə zavoda işə götürülüb. Ancaq bu dəfə lap qısa müddətə...

Bu dəfə qohumluq əlaqəsi olanların eyni zavodda işləməsinə icazə verilmədiyini əsas gətirib, onu zavoddan uzaqlaşdırıblar:

- Mən çox dedim ki, qardaşım bu zavodda demək olar ki, həyatını itirib. Özüm bu zavodda belimdən aldığım zədədən hələ də əziyyət çəkirəm. Sonuncu dəfə işə götürüləndə iş vaxtı əlim kəsildi və bir barmağım iflic oldu. Bu zavodda bu qədər ağır işlərdə əməyimi ucuz qiymətə satmışam. Heç olmasa mənə toxunmayın, işləyim, burda xəstəlik tapmış qardaşımın dərmanını alım. Atamın, anamın dərmanını alım. Bir qardaşım da var, o da xəstədir. Onun da balasına mən baxıram. 6 il qardaşım, 6 il də özüm o zavodda ən ağır işlərdə işləmişik. Bunu nəzərə alan olmadı. Ancaq heç kəs məhəl qoymadı. Məni çıxarıb, atdılar çölə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru