İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi nə üçün jurnalistləri seçir? - TƏHLİL
Tarix: 6-01-2015, 16:26 | Çap et
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi nə üçün jurnalistləri seçir?
Son günlər ABŞ-a tabe olan Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycana dair fəaliyyəti ilə əlaqədar ölkəmizdə gündəmə gəldi. Bu qurum haqqında çox geniş məlumatlar yayılmır. Təşkilatın 1947-ci ildə SSRİ-yə qarşı yaradıldığı və hazırda 20 mindən çox əməkdaşının olduğu bildirilir. Lakin dünyada baş verənlər bu rəqəmin xeyli kiçildiyini göstərir. Qısaldılmış şəkildə “CİA” kimi adlanan bu qurumun demək olar ki, dünyanın hər bir yerində agentləri var. Bəs o agentlər necə fəaliyyət göstərirlər?

Hafta.az-ın əməkdaşı qurumla bağlı bəzi məlumatları araşdırıb. Ortaya çıxardığımız faktlara görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) fəaliyyətini iki istiqamətdə qurub. Birincisi, xarici ölkə daxilinə nüfuz edən və bir çox kimliklər daşıyan agentlər, ikincisi isə cəmiyyətin elə öz daxilindən çıxan və sosial əlaqələri daha geniş olan müxtəlif peşə sahibləri. İkincilərin arasında önəmli yeri isə media nümayəndələri, jurnalistlər tutur.

Almaniyanın "Frankfurter Allgemeinzeitung" qəzetinin keçmiş rəhbəri Udo Ulfkotte öz açıqlamasında bildirib ki, qəzetində Amerikanın tapşırığı əsasında yazdıqları hər məqaləyə görə 5-20 min dollar arasında onlara məvacib ödənilib. Bu yazılar isə daha çox Amerika siyasətini tərifləyən və həmin dönəmdə ABŞ-ın hansı ölkə ilə siyasi savaş aparırdısa, bu ölkənin sirlərini yayımlayan məqalələr olub. Beləliklə də, U.Ulfkotte iddia edib ki, məqalələri yazan jurnalistlər MKİ-nin agentləri olub və maliyyə də birbaşa adıçəkilən kəşfiyyat orqanından göndərilib. O iddia edib ki, Türkiyənin "Zaman", "Taraf" və "Bu gün" qəzetlərinin bir çox əməkdaşlarına da eyni məqsədlə çalışdıqlarına görə il ərzində 250 min dollar maliyyə ayrılıb.

Son günlər Azərbaycanda da “Azadlıq” radiosunun bir neçə jurnalistinin bu qurumla əməkdaşlıq etdiyi və onların istəyi ilə yazılar yazıldığı bildirildi. Maraqlısı isə budur ki, bunu radionun keçmiş rəhbəri Mirzə Xəzər açıqladı. M.Xəzər bildirdi ki, 2000-2003-cü illər arasında radio Amerikadan qoyulan konkret qadağalar çərçivəsində çalışıb.

Millət vəkili Zahid Oruc da Hafta.az-a açıqlamasında iddia etdi ki, “Azadlıq” radiosunun bir neçə jurnalisti konkret olaraq Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən idarə olunub. Millət vəkilinin sözlərinə görə, radionun bir sıra gizli sənədləri ortaya çıxarması da jurnalist tədqiqatının deyil, kəşfiyyat idarəsinin səriştəsinin məhsulu olub.

"MKİ əslində bu gün özünə lazım olan hər kəsdən istifadə etməyə qadirdir". Bunu Hafta.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl bildirdi. Ekspert adıçəkilən qurum haqqında çox diqqətçəkən məqamlara da toxundu:

“Mərkəzi Kəşfiyyat İdarəsinin marağında olan dövlət başçısıdırsa, onlar birbaşa onunla işləyirlər. Adi fəhlədirsə, onunla da əməkdaşlıq edirlər. Yəni konkret olaraq bu idarədə hər hansı bir işçi standartı mövcud deyil. Bu idmançı da ola bilər, sadə çəlimsiz bir şəxs də. Onlar jurnalistlərlə, QHT-lərlə də sıx əlaqədə olurlar. Mərkəzi Kəşfiyyat İdarəsi dünyanın ən güclü kəşfiyyat dairələrindəndir. Ümumilikdə isə ən çox maliyyə bazaları məhz bu təşkilatdadır. Onların iş prinsipi hər hansı bir maraq üzərində qurulur. Həmin marağı kim ödəyə bilirsə, informasiyanı sürətli ötürürsə, o, şəxs MKİ üçün lazımlı agentə çevrilir. Burada bir məqam da vardır ki, kim informasiya ilə işləyirsə, məlumata malikdirsə, onlar çalışırlar ki, həmin adamlarla çalışsınlar. Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-yə qarşı yarandığını da söyləmək doğru olmaz. Bu təkcə 20-ci əsrin məhsulu deyil. Dövlət yaranandan onun kəşfiyyat orqanı da olub. İndi də hər bir dövlətin öz kəşfiyyat orqanı fəaliyyət göstərir. Sadəcə olaraq, ABŞ dünyada nəhəng güc kimi qəbul olunduğu üçün onun kəşfiyyat orqanı da diqqət mərkəzindədir. Doğrudur ki, Mərkəzi Kəşfiyyat İdarəsi konkret olaraq İkinci Dünya müharibəsindən sonra yaradılıb. Ancaq fakt budur ki, bundan da əvvəl kəşfiyyat idarəsi olub. Sadəcə olaraq, o Mərkəzi Kəşfiyyat İdarəsi kimi adlanmayıb. Bu qurumun dünyanın hər yerində, istər göydən, istərsə yerdən, texnologiyalardan və ya insanlardan ibarət informasiya mənbələri var”.

Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olmuş özbəkistanlı türk Ruzi Nazar öz xatirələrində yazıb:

"MKİ, Əfqanıstan müharibəsi zamanı, vəhhabilərin yalnız pulundan deyil, eyni zamanda, onların döyüşçü xüsusiyyətindən də faydalanmaq istəmişdi. O dövrdə “Əfqan Ərəbləri” olaraq adlandırılan qrupun liderliyini Abdullah Azzam edirdi. Azzam, MKİ-nin qorunması altında bütün dünyanı gəzmiş, bir çox ölkədə müsəlmanları ruslara qarşı döyüşə çağırmışdı. Pakistanda din təhsili görən məktəblər, eyni zamanda, hərbi təhsil üçün məkan idi. Şagirdlər isə MKİ agentləri tərəfindən öyrədildi. Döyüşdən sonra yaranan "Taliban", o məktəblərdəki MKİ-vəhhabi əməkdaşlığının bir məhsulu idi. ABŞ-ın başına bəla olan Üsəma ben Ladin, Əfqanıstan müharibəsi zamanı MKİ-nin dəstəyi ilə inkişaf etmiş və güclənmişdi”.

MKİ agenti açıq şəkildə etiraf edib ki, "Taliban" da, Üsəma ben Ladin də ABŞ-ın özünün əsəri olub. Onlar bəzi şəxsləri qəsdən yetişdirərək, media oyunu vasitəsilə xalqa başqa cür tanıdıblar.

Bu gün Azərbaycanda konkret olaraq “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin də “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırıb. “Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqalədə deyilir ki, X.İsmayıl və həmkarlarına qarşı ittihamlara görə, onlar əslində jurnalistlər yox, MKİ agentləridir. Məqalənin altında C.Qodminlə yanaşı, Boston kollecinin tələbəsi, ictimai diplomatiya və ABŞ-ın xaricdəki imici üzrə araşdırmaların müəllifi Marta Baylesin də imzası var. Məqalədə deyilir ki, “Azadlıq” radiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsini MKİ gizli həyata keçirirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə konqres “Azadlıq” radiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi.

Bundan başqa, Xədicə İsmayıl həbs edildikdən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan, hazırda Vaşinqtondakı MakKeyn institutunun baş direktoru David Kramer də Azərbaycanı hədələyib.

Baş verən hadisələr və yaşanan proseslər nə qədər dərin, konkret faktlara tam açıqlığı ilə yaxınlaşmaq çətin olsa da, bir həqiqət var. MKİ bu gün də fəaliyyətdədir və bu qurum ABŞ-ın mənafeyinə xidmət edir. Digər dövlətlərdə olan agentlər də yaşadıqları yerdən asılı olmayaraq, eyni missiyanı icra edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru